Məhkəmə qərarları › İş №3(004)-4299/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4299/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4299/2024 29.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə, X8 və onun nümayəndəsi, vəkil Nümayəndə X8 barəsində Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 00800/01095 nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : X2 və onun nümayəndəsi, vəkil Nümayəndə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 00800/01095 nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (bundan sonra-Baş İdarə) xx.xx.2023-cü il tarixli, 00800/01095 nömrəli qərarına əsasən X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 483-cü madc əsinə əsasən 1638,4 manat məbləğində inzibati cərimə edilmişdir. Baş İdarənin xx.xx.2023-cü il tarixli, 0E 00/01095 nömrəli qərarı aşağıda qeyd ediləcəklərə əsasən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. ilk öncə bildirir ki, X8 tərəfindən xx.xx.2018-ci il tarixli **********2648 nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən mallar sahibkarlıq fəaliyyəti ilə bağlı ixrac edilməmişdir. Həmin mallar sahibkarlıq fəaliyyəti ilə bağlı ixrac edilmiş olsa belə həmin mallar xx.xx.2018-ci il tarixdə ixrac edilmişdir. Həmin mallar sahibkarlıq fəaliyyəti ilə bağlı ixrac edilmişdirsə həmin malların müqabilində vəsait 180 gün ərzində 28 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablara köçürülməli idi. Bununla da X5 təqsirləndirildiyi əməli 29 iyun 2019-cu il tarixdə törətmiş hesab edilmiş olmalı idi. Belə olduğu təqdirdə 29 iyun 2019-cu ildən hazırda 1 ildən çox müddət müddət keçmişdir. Qərarda qeyd edilmişdir ki, İXM 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta uzanan inzibati xətalara aiddir. Həmin xəta uzanan inzibati xətalara aid deyil. Çünki həmin xətanın törədilmə vaxtı dəqiq vaxt müddəti ilə müəyyən edilmişdir. Yəni inzibati xəta tərkibi varsa inzibati xəta hadisəsi 29 iyun 2019-cu ildə törədilmiş və başa çatmışdır. Baş İdarə şəxsi əsassız yerə inzibati məsuliyyətə cəlb etməsi üçün həmin xətanı uzanan xəta kimi qiymətləndirir. Əgər həmin xəta uzanan xətadırsa Baş İdarə niyə 4 il hərəkətsiz qalmışdır? Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrindən biri inzibati xətaların qarşısını almaqdan ibarətdir. Niyə Baş İcarə 4 il ərzində inzibati xətanın qarşısını almaqdan ötrü hərəkət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 17 may 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Həmin qərardan, habelə aparılmış icraatdan X5 ümumiyyətlə məlumatı olmamışdır. Onun həmin qərardan məlumatı 27 iyul 2024-cü il tarixdə olmuşdur. Belə ki Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 ilə əlaqə saxlamış qərar haqqında məlumat vermiş və qərarın fotoşəkillərini ona vatsap vasitəsi ilə ona göndərmişdir. Buna görə də Qərarın surəti şikayətə əlavə edilir. Qərarda həmçinin 28 sentyabr 2023-cü il tarixli 00800-00627/23 nömrəli protokol qeyd edilmişdir. Həmin protokoldan şəxsin ümumiyyətlə məlumatı olmamışdır. Həmin protokol nə vaxt, harada və necə tərtib edilmişdir? Ümumiyyətlə Baş İdarə şəxsə heç bir məlumat verməmiş və ona heç bir sənəd göndərməmişdir. Qeyd edilənlər hamısı sübut edir ki Baş İdarə qərəzli şəkildə şəxsə inzibati cərimə tətbiq etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01095 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, X2 və onun nümayəndəsi, vəkil Nümayəndə və inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qərarın qəbul edilməsinə əsas olmuş iş materiallarını təqdim edilməsi tələb olunsa da təqdim edilməmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 00800/01095 nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Vəzifəli şəxs X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına olan nisbətdə dəyərinin 50 (əlli) % həddində, yəni 1638,4 manat məbləğində inzibatı cərimə tətbiq edilməsi, vəzifəli şəxs X7 izah edilsin kı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.2 və 31.5-ci rnaddələrinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibatı tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir və bu xətaya görə inzibatı məsuliyyətə cəlb olunduqdan sonra da xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunacağı, Azərbaycan Respublikası vətəndaşı X3 Nəqliyyatında Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə xx.xx.2018-ci il tarixli **********2648 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 1927,53 (bir min doqquz yüz iyirmi yeddi dollar əlli üç sent) ABŞ dolları, yəni həmin bəyannamələrin 45-ci qrafalarına əsasən 3276,80 (üç min iki yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində vəsaitin inzibatı tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etməsi, Azərbaycan Respublikası vətəndaşı X5 adına Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirilməklə xx.xx.2018-ci il tarixli **********2648 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 1927,53 (bir min doqquz yüz iyirmi yeddi dollar əlli üç sent) ABŞ dolları, yəni həmin bəyannamələrin 45-ci qrafalarına əsasən 3276,80 (üç min iki yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində X5 Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin edilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi (əvvəlki Gömrük Əməliyyatları İdarəsi) zəruri tədbirləri həyata keçirməsi, qərarın surəti barəsində qərar qəbul edilmiş vəzifəli şəxsə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Lakin məhkəmə AR İXM-nin 38 və 53-cü maddələrinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, X5 AR CM-nin 483-cü maddəsi ilə nəzərdə tutumuş inzibati xətanı törətdiyi gündən qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən şikayət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 tərəfindən AR İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta 29 dekabr 2018-ci il tarixdə törədilmiş və xətanın törədildiyi gündən inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş 01 illik müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta 29 dekabr 2018-ci tarixdə törədildiyindən və həmin xətanın törədildiyi gündən qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X8 barəsində Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 00800/01095 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X8 barəsində Azərbaycan Respublikasının Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 00800/01095 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar