Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-43/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EPQ1568402 nömrəli inzibati tənbeh vermə haqqında Qərar tamamilə qərəzli olaraq tərtib edilmişdir. Belə ki, o Yasamal rayonu Elmlər Akademiyası metrostansiyası yaxınlığında 10 ilə yaxındır ki, müxtəlif bərbər salonlarında bərbər kimi fəaliyyət göstərmişdir. Hər zaman salonda saç qurutmaq üçün istifadə etdiyikləri dəsmalları hava günəşli olduğu zamanlarda salonun qarşısında quruducunun üzərinə qoyub qurudurlar. Salonun qarşısı gedib-gəliş üçün nəzərdə tutulmadığından və piyadalar tərəfindən səki kim istifadə edilmədiyindən kənar heç bir vətəndaşa maneçilik törətmir və bununla bağlı heç kəs ona indiyə kimi müraciət etməmişdir. xx.xx.2024-cü il tarixdə bir nəfər şəxs mülki geyimdə salona yaxınlaşaraq, polis vəsiqəsini göstərmədən özünü bu ərazinin polis sahə inspektoru kimi təqdim edərək, quruducunu içəri qoymaqlarını söyləmişdir. O da heç bir şey demədən quruducunu içəri qoymuşdur. Daha sonra o və digər bərbər yoldaşı ilə kobud şəkildə danışaraq qaydaları pozduqlarını, barələrində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. O hansı xəta törətdiklərini soruşduqda, “Siz bilmərsiz, özünüzü ağıllı aparmayın” deyə kobud cavab vermişdir. Ondan şəxsiyyət vəsiqəsini istəmiş, daha sonra da gigiyena qaydalarını yoxlayacağını bildirmişdir. Halbuki, onun bu barədə heç bir səlahiyyəti yoxdur. Vəsiqənin şəklini telefonu ilə çəkdikdən sonra, ona inibati xəta haqqında protokol tərtib etdiyini belə bildirmədən çıxıb getmişdir. Bir neçə gün sonra, təxminən 07 və ya 08 dekabr 2024-cü il tarixdə bu barədə telefonuna SMS gəlmiş və barəsində AR İXM-in 454-cü maddəsi ilə inzibati xəta haqında protokol tərtib etdiyini öyrənmişdir. Həmin maddəyə görə “qanunsuz küçə ticarəti və ya təyin olunmamış yerdə mallar satıb, xidmət göstərilməsi” inzibati məsuliyyətə səbəb olur. Lakin, o bu maddənin tərkib hissəsindəki heç bir hərəkəti etməmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarlar əsassız olaraq tərtib edildiyindən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, o, X7 ilə birlikdə eyni bərbər salonunda işləyir. Onlar heç vaxt küçə ticarəti ilə məşğul olmamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EXP seriyalı ******* saylı protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə səhər saatlarında qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğuna görə barəsində xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslı olaraq qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarı qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilsin. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-43/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-43/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver