Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-430/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, ünvan 1 ünvanda yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş (hüquq departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi R.Məmmədov) tərəfindən 12.01.2022-ci il tarixli, EP ******* saylı protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materiallar natamam olmuşdur. Belə ki, iş materiallarında olan 12.01.2022-ci il tarixli, EP ******* saylı protokola əsasən Şəxs MMC 1333923,75 ABŞ dolları məbləğində vəsaiti 26.11.2019-cu il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 1333923,75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 27.11.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Halbu ki, iş materiallarında olan 26.11.2019-cu il tarixli köçürmə ərizəsinə əsasən 1333923,75 məbləğ Evro məbləğində qeyd olunmuşdur. Beləliklə də pul xaricə Evro ilə köçürülmüşdür, lakin protokolda bu valyuda ABŞ dolları ilə göstərilmişdir. Bununla da protokol düzgün tərtib edilməmişdir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılsın. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-430/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-430/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver