Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4308/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X10 X1 vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 avqust 2023 cü il tarixli ******* nömrəli nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə ona 1000 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 08 avqust 2023 cü il tarixli 3-17-5/2-29302/2023 nömrəli inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olaraq onun işəgötürən olaraq işçisi X4 11 may 2023-cü il tarixdə şəxsi ehtiyyatsızlığı nəticəsində almış olduğu xəsarət barədə dərhal X11 məlumat verilməməsi qeyd edilmişdir. İnzibati xətanın törədilməsinə dair qərar qanunsuz və əsassız olduğundan qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və müvafiq münasibətləri tənzimləyən sahəvi qanunvericilik aktlarının imperativ normalarına və təməl prinsiplərinə tamamilə uyğun olmadığından ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstesalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci maddəsində qeyd olunduğu kimi işçi əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, 2.9-cu maddəsində isə birbaşa göstərilmişdir ki, müəssisə ilə hərbi birləşmə arasındakı saziş, yaxud müqavilə üzrə obyeklərində işlərə cəlb edilmiş və həmin işləri müəssisənin məsul işçilərinin rəhbərliyi ilə yerinə yetirən hərbi hissənin şəxsi heyəti ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı, iş gördürən müəssisənin və həmin hissənin komandanlığının nümayəndələrinin iştirakı ilə aparılır. Bədbəxt hadisə müəssisə tərəfindən uçota alınır. Belə ki, X9 11 may 2023-cü il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümumqoşun təlim poliqonu ərazisində yerləşən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Qaraheybət” hərbi şəhərciyinin hamam çamaşırxanasının qarşısında təmizlik işləri gördüyü zaman hamamın qarşısında şəxsi heyətin istirahəti üçün quraşıdırlmış məkan istiqamətində hərəkət edən zaman şəxsi ehtiyatsızlığı nəticəsinə sağ ayağının yerdə düzlümüş daşlara ilişməsi səbəbindən müvazinətini itirərək yıxılması nəticəsində baş vermişdir. Hadisəni görən Z.Y.Ələkbərovanın iş yoldaşı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində camaşırları qəbul edən, çeşidləyən və paylayan vəzifəsində işləyən Rübabə Muradovanın, Mənzil istismar hissəsinin qazanxana operatoru Elgün Xanməmmədovun dərhal ona yaxınlaşaraq ayağa qalxmasına köməklik etmişdir. Hadisədən sonra Z.Y.Ələkbərovanın sol qolunda ağrılar hiss etdiyindən işlədiyi tibb məntəqəsində ona ilkin tibbi yardım göstərilmiş və daha sonra tibb məntəqəsinə çağırılmış təcili tibbi yardım briqadası Z.Y.Ələkbərovanı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına aparmışdır. Orada Z.Y.Ələkbərovaya müvafiq tibbi yardım göstərilmişdir. Hadisə ilə bağlı Təlim-tədris mərkəsində müvafiq araşdırma aparılmış, izahat alınmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən canlı şəxsin eksperizasına dair 17 may 2023-cü il tarixli 643 nömrəli ekpert rəyi tərtib edilmiş, alınan xəsarətin dərəcəsi təyin edilmişdir. Lakin, qüvvədə olan qanunvericiliyin sadalanan imperativ normaları inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqan tərəfindən pozulmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Əmək məcəlləsinin 6-cı maddəsinə əsasən Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Azərbaycan Respublikasının Prezidentinin 13 avqust 2015-ci il tarixli 583 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Ordusunun Təlim və X3 7.2-ci bəndinə əsasən komandanlıq daimi heyətə aiddir. Daimi heyət komandanlıq, dəyişən heyət 7.4-cü bəndə əsasən isə daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsi, Azərbaycan Respublikası Silahlı X7, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu, hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının Prezidentinin aktları, təhsil haqqında Azərbaycan Respublikasının Qanunu bu nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur. Bundan başqa Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin (23 sentyabr 1994-cü il tarixli 887 nömrəli qanunu ilə təsdiq edilmişdir.) 64-cü maddəsinə əsasən komandirin vəzifəsi cinayət və hadisələrin qarşısını alan tədbirlər görməyi cinayət törədiləndə və yaxud hadisə baş verəndə böyük komandirə dərhal məlumat vermək, hərbi prokurorluğa məlumat vermək, cinayət işi başlamaq, təhqiqat aparmaq (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən yerinə yetirilir) ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarına əsasən “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” Əmək Məcəlləsinin təhqiqi, qüvvəyə minməsi, onunla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanunu tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1994-cü il tarixli 122 nömrəli fərmanın icrasının təmin etmək məqsədi ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarına əsasən “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”-nın 1.4cü bəndinə (hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində bas vermiş hadisə nəticəsində alınmış xəsarət İstehsalatda bədbaxt hadisə kimi rəsmiləşdirilməməlidir) əsasən işçi X4 11 may 2023-cü il tarixdə şəxsi ehtiyyatsızlığı nəticəsində almış olduğu xəsarət İstehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilə bilməz qeyd olunan qanunları nəzərə alsaq o, öz vəzifə öhdəliyini qanunla nəzərdə tutulmuş qaydada icra etmişdir. Bununla bağlı xüsusilə qeyd etmək zəruridir ki, inzibati haqqında protokol və qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bilavasitə inzibati xəta törədildikdən qısa müddət sonra məlumat verilməsinə baxmayaraq tərtib edildiyindən bu qərarın AR İXM-nin 135.1.5-ci maddəsinin kontekstindən tamamilə qanunsuzluğuna və əsassızlığına dəlalət edir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit heyətinin təkmilləşdirilmə, ehtiyat zabit hazırlığı kursu, gizir hazırlığı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu aşağıda qeyd olunan kurslar fəaliyyət göstərir və Azərbaycan Ordusunun kadr tələbatına olan ehtiyacını ödəyir. Bundan başqa, cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu Vətən Müharibəsində işğal altında olan torpaqları qısa müddət ərzində düşməndən azad etmişdir. Şanlı Ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatmışdır. İİ Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qəzilik mərtəbəsinə yüksəlmişdir. Təlim və Tədris Mərkəzinin 500 nəfərdən çox hərbi qulluqçusu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur. Odur ki, X14 Xidmətinin rəis müavininin hazırki qərarı ləğv edilməli və onun əməlində inzibati xəta tərkibi olmadığından, ümumiyyətlə inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 vəkili Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X13 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 27 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X4 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün işəgötürən X18 hadisə baş verən gün DƏMX-nə məlumat verməmişdir. X20 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X18 barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Təlim və Tədris Mərkəzinin təhqiqatçısı Rəşad Kərimov tərəfindən qəbul edilmiş 16 iyun 2023-cü il tarixli cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərardan görünür ki, Təlim və Tədris Mərkəzinin mülki işçisi, X4 şəxsi ehtiyatsızlığı nəticəsində xəsarət alması faktında cinayət hadisəsi olmadığından, həmin fakt üzrə Azərbaycan Respublikaının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 09 iyun 2023-cü il tarixli 643 nömrəli ekspert rəyindən görünür ki, Z.Y.Ələkbərovanın almış olduğu xəsarət – sol mil və dirsək sümüyünün terini dəyişən sınığı – bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən, həm də xəsarət nahiyəsinin bu kimi əşyaya (əşyalara) zərblə dəyməsi nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, o cümlədən şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi tarixdə və şəraitdə də əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Sarı Xəlilov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlanmış 07 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X14 Xidmətinin Bakı şəhər İdarəsi barəmdə MN1744669 nömrəli 19 iyul 2023-cü il tarixli və MN1744524 nömrəli 27 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin mülki işçisi X6 22 iyun 2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin aparılan araşdırmanın nəticəsi barədə müvafiq aktı tərtib etməkdən boyun qaçırdığıma görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələssinin (bundan sonra İXM) 555.3-cü maddəsi ilə, həmçinin mülki işçi X5 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə hadisə baş verən gün X14 Xidmətinə məlumat vermədiyimə görə isə İXM-nin 555.1-ci maddəsi ilə barəmdə intizabi xəta haqqında protokol tərtib edilmişdir. Məlumat üçün bildirir ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər, digər hallarda isə ən geci bir il keçənədək verilməsi mümkündür. Mülki işçi L.B.Həsənova isə toplanmış materiallardan göründüyü kimi 22 iyun 2021-ci il tarixdə xəsarət almış, bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq qərarının tələblərinə uyğun olaraq təhqiqat aparılmış, həmin şəxsin öz ehtiyatsızlığı nəticəsində xəsarət aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X14 Xidmətinin Bakı şəhər İdarəsi bu hadisədən 2 ildən artıq müddət keçməsinə, inzibati məsuliyyətdən azad etmə müddətinə əhəmiyyət vermədən barəsində qərəzli olaraq protokol tərtib etmiş, eləcə də mülki işçinin sərbəst hərəkəti zamanı öz şəxsi ehtiyatsızlığından yıxılaraq xəsarət almasını onun təqsirinin ucbatından baş verməsinə dair akt tərtib etdiyi üçün bu akta imza etməkdən imtina etmişdir. Mülki işçi Z.Y.Ələkbərovanın xəsarət alması ilə bağlı da konkret ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qərəzli münasibət göstərilmiş, mülki işçi 11 may 2023-cü il tarixdə xəsarət almış, xəsarət alma tarixi həftə sonuna yaxın olduğundan, bu barədə 15 may 2023-cü il tarixdə Əmək müfəttişliyinə telefon vasitəsilə məlumat verilmişdir. Hər hansı bir ağır hadisə olmamasına, xesarətin öz şəxsi ehtiyatsızlıq nəticəsində alınması nəzərə alınmadan, onun barəsində yenidən əsassız olaraq vaxtında məlumat verilməməsinə görə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş qərəzli və əsassız qərar ona maddi zərərdən əlavə Müzəffər Azərbaycan Ordusunun polkovniki hərbi rütbəsini daşıyan vəzifəli şəxs kimi komandiri-rəisi olduğum hərbi qurumda nüfuzuna xələl gətirir. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X14 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X14 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X14 Xidməti həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, 07 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X18 11 may 2023-cü il tarixdə X4 xəsarət alması ilə bağlı 15 may 2023-cü il tarixdə Əmək müfəttişliyinə telefon vasitəsilə məlumat verilmişdir. Bununda o Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X18in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4308/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4308/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver