Məhkəmə qərarları › İş №3(004)-4334/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4334/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4334/2020 18.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən “KFC” restoranında sərt karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X4 onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejim qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları ərazidə xidmət apararkən xx.xx.2020-ci il tarixdə polis əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən “KFC” restoranının qarşısında 10 nəfər şəxsin toplaşdığını görüb oraya yaxınlaşmışlar və restoranın yerində satış xidməti göstərdiyini aşkar etmişlər. Restoranın məsul şəxsi, ikinci dərəcəli növbə meneceri vəzifəsində işləyən Şəxs məlumat verilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarının tələblərinə əməl etməyərək yalnız online xidmətinə icazə verilən halda yerində satış xidmətin həyata keçirməklə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini pozması bildirilmişdir. Bu səbəbdən onun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 27-ci PB-nə gətirilib və Şəxs barəsində müvafiq protokol tərtib edilərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır tənbeh tədbirinin, yəni inzibati həbs növündə tənbeh tədbirinin tədbiq edilməsi məqsədəmüvafiq hesab edildiyindən onun barəsində tərtib edilmiş protokol qərardadla baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq həmin restoranın icərisinə müştərilərin daxil olmadığını, lakin restəranın qapısının qarşısında dayanaraq sifarişlərinin gözlədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Yasamal rayonu, Məhəmməd ünvan 2 ünvanında yerləşən “KFC” restoranında ikinci dərəcəli növbə meneceri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə həmin restoranında qapının qarşısında 2 nəfər müştəri və 6 nəfər kuryer xidmətinin əməkdaşları olmuşdur. Restoranın işçiləri tərəfindən qapını açılaraq müştərilər tərəfindən daha əvvəl online qaydada verilmiş sifarişlər onlara təqdim edilmilmişdir. Restoranın icərisinə müştəri daxil olmamış, yalnız Bankın əməkdaşı restoranda olan post terminalın təmiri ilə bağlı gəlmişdir. Bu hal restoranın kameraları vasitəsi ilə qeydə alınmış və həmin görüntülər polis əməkdaşlarına təqdim edilmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onlayn xidmətin düzgün aparılmadığını bildirərək, onu polis bölməsinə dəvət etmişlər. Yekun olaraq o Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında icazə verilən qaydada xidmət həyata keçirdiklərini və heç bir qanun pozuntusuna yolvermədiyini nəzərə alınaraq barəsində tərtib edilmiş protokol üzrə inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi olan X6 yazılı vəsatət təqdim edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2017-ci il tarixdən etibarən “xxxx” MMC-nin nümunəvi işçisidir və Statistika Komitəsinin yanında yerləşən “KFC” restoranında ikinci dərəcəli növbə meneceri vəzifəsində çalışır. “xxxx” MMC dünyada tanınmış “KFC” və “Pizza Hut” restoranlar şəbəkisinin Azərbaycanda Respublikasında olan sahibidir və bu sahədə artıq illərdir ki, fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə 27-ci Polis Bölməsinin əməkdaşları “KFC” restoranının qarşısında dayanan və nəzarətçi funksiyasını yerinə yetirən əməkdaş Şəxs qərəzli sürətdə yaxınlaşıb karantin qaydalarının pozulmasını irad tutaraq bölməyə aparmışlar. Bölmədə Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyini və onu vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edərək barəsində inzbati xəta haqqında protokol tərtib edib, barəsində inzibati qaydada tutma həyata keçirmişlər. Şəxs polis əməkdaşları ona yaxınlaşan vaxt gigiyenik maskada olmuş, sosial məsafəyə riayət etmiş və ən əsası da onun vəzifəsinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar hər hansı inzbati xətaya yol verməmişdir. Azərbaycan Respublikasında 2020ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli Nazirlər Kabinetinin Qərarının 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin sirasına Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış) aid edilmişdir. Həmin qərara əsasən “xxxx” MMC müştərilərə çatdırılma və onlayn satış həyata keçirir. 1-ci variantda müştəri hansısa çatdırıma xidmətinə (WOLT, VOOP, 189 Delivery və s) onlayn sifariş verir və öz ünvanını qeyd edir, çatdırılma şirkətinin əməkdaşı restorana yaxınlaşaraq içəriyə girmədən restoran əməkdaşı çölə çıxaraq sifarişi kuryerə verir və o öz növbəsində müştəriyə çatdırır. 2-ci variantda müştəri özü kuryer xidməti olmadan onlayn sifariş və öz restorana yaxınlaşaraq eyni qaydada restoran əməkdaşı çıxıb sifarişi müştəriyə verir. Burda qeyd etmək lazimdir ki, hazırda ölkədən sürən covid-19 pandemiya dövründə qapıqapı qəzib sifariş çatdıran və böyük ehtimalla hansısa koronovirus xəstəsi ilə təmasda olan kuryerdən sifarişi almaqdansa daha təhlükəsiz variant 2-ci variantdır. Yəni müştərinin özünün sifarişi birbaşa restoranının çölündən götürməsi. Nəticədə, sağlamlığını qoruyur və eyni zamanda əlavə çatdırılma üçün kuryer xidmətinə ödəniş etmir. Sadalanan hər iki halda nə müştəri, nə kuryer restorana daxil olmadan, yalnız çöldə gözləyərək sifarişi götürə bilir. Restoran qarşısında duran nəzarətçinin əsas funksiyası isə içəri restoran əməkdaşlarından kənar şəxslərin daxil olmamasına nəzarət etməkdir. Həmin gün nəzarətçi funksiyasını yerinə yetirən Şəxs hər hansı kənar şəxsi içəri buraxmamış, özü gigiyenik maskada olmuş və sosial məsafəni qorumuşdur. Yəni onun hərəkətlərində vəzifəsinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar hər hansı inzbati xətaya yol verilməmişdir. Buna sübut olaraq restoranlarlarında quraşdırılmış və 24 saat fəaliyyətdə olan kamera görüntüləri mövcuddur. Yekun olaraq o hüquqularını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan müyyən edilir ki, xx.xx.2020-ci il tarixdə inzibati ərazidə xidmətdə olan zaman Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən “KFC” restoranının qarşısında təxminən 10 nəfər şəxsin toplaşdığını görmüşdür. Həmin yerə yaxınlaşaraq restoranın müştərilərə yerində xidmət göstərdiyini bunu isə Azərbaycan Respublikasında tətbiq olunan sərt karantin qaydalarına zidd olduğnu müəyyən etmişdir. Bu barədə “KFC” restoranının məsul şəxsi olan Vüqar adlı şəxsə məlumat vermiş həmin şəxs bildirmişdir ki, onlar yalnız online xidmət göstərir. Ona həmin restoranın məsul şəxsinin polis bölməsinə getməli olduğu bildirilmişdir. Vüqar bildirmişdir ki, qanun pozuntusu aşkar edilən restoranın məsul şəxsi Ağadır. Həmin şəxs 27-ci PB-nə qanuni tədbir görülməsi üçün dəvət edilmiş və barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 19:25-də inzibati qaydada tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə saat 11:25-də azad edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs “KFC” restoranında ikinci dərəcəli növbə meneceri vəzifəsində çalışır. Məhkəmə iclası zamanı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis Bölməsinin polis sahə inspektoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilmiş və məlum olmuşdur ki, “KFC” restoranın qapısı işçisi tərəfdən açılaraq cöldə dayanan müştərilərə sifərişləri təqdim edilmişdir. Restoranın icərisinə müştəri daxil olmamış, yalnız Bankın əməkdaşları restoranın içəzisinə daxil olaraq, post terminalın təmiri ilə məşğul olur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs ikinci dərəcəli növbə meneceri vəzifəsində işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani 1 ünvanında yerləşən “KFC” restoranında əvvəlcədən edilmiş sifarişlərin obyektin qarşısında gözləyən müştərilərə və çatdırma fəaliyyətini həyata keçirən şirkətin əməkdaşlarına təqdim edilməsi xidməti həyata keçirmişdir, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarı ilə ictimai iaşə obyektlərində, o cümlədən restoran, restoran və çay evləri tərəfindən göstərilə bilən xidmətlər siyahısına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Qərarına əsasən Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 5.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, restoran və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış) icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli məlumatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı” müəyyən edilmişdir. Həmin Siyahıda nəzərdə tutulan fəaliyyət sahələri 2021-ci il 18 yanvar saat 00:00-dək həftənin bütün günlərində fəaliyyət göstərə bilərlər. Siyahının 5.5-ci bəndinə əsasən ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər. Bu rejimin tətbiqinin əsas məqsədi ictimai iaşə obyektlərində qapalı yerlərdə (zallar, otaqlar və s.) insanların sayının çoxluğu ilə əlaqədar müştəriyə yerində xidmət zamanı virusa yoluxma riskinin qarşısının alınmasıdır. Bu baxımdan ictimai iaşə obyektlərində əvvəlcədən edilmiş sifarişlərin hər hansı bir məkana və ya xidmət göstərən obyektin qarşısında gözləyən müştəriyə çatdırılması (təqdim edilməsi) qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddənin tərkib əlamətləri olmadığı üçün Yasamal RPİ-nin 27-ci PB tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə X5 məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-də olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130, 211 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddənin tərkib əlamətləri aşkar edilmədiyindən barəsində Yasamal RPİ-nin 27-ci PB tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 4 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. X5 göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxx” ASC-nin Cəfər Cabbarlı filialı kod: 200048; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ41AİİB********************; VÖEN- **********. hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar