Məhkəmə qərarları › İş №3(004)-4334/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4334/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4334/2024 26.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Cəbrayıl rayonu, Maralyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 26 avqust 2024-cü il tarixdə saat təxminən 03:30 radələrində Tbilisi prospektində BMW markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman nəaliyyat vasitəsini təhlükəli idarə edərək qəflətən sürətlənmələrlə yolda nəqliyyət vasitələri arasında keçidlər etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsinə dair bir neçə ödənilməyən cəriməsindən dolayı həbsi və səs boğucu sistemdə kustar üsulla dəyişikliklər edildiyi məlum olmuşdur. Sürücüyə qayda pozuntuları izah olundu və nəqliyyat vasitəsinin duracağa aparılmasının təmin olunmalı olduğu bildirildi. Lakin sürücü tələblərə tabe olmayaraq tabesizlik göstərdi. Buna görə də, polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nə gətirmişlər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 26 avqust 2024cü il tarixdə saat təxminən 03:30 radələrində Tbilisi prospektində BMW markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman nəaliyyat vasitəsini təhlükəli idarə edərək qəflətən sürətlənmələrlə yolda nəqliyyət vasitələri arasında keçidlər etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsinə dair bir neçə ödənilməyən cəriməsindən dolayı həbsi və səs boğucu sistemdə kustar üsulla dəyişikliklər edildiyi məlum olmuşdur. Sürücüyə qayda pozuntuları izah olundu və nəqliyyat vasitəsinin duracağa aparılmasının təmin olunmalı olduğu bildirildi. Lakin sürücü tələblərə tabe olmayaraq tabesizlik göstərdi. Buna görə də, polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nə gətirmişlər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 26 avqust 2024-cü il tarixdə saat təxminən 03:30 radələrində Tbilisi prospektində BMW markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qayda pozduğuna görə, polis əməkdaşları onu saxlamışlar, nəqliyyat vasitəsinin duracağa aparılmasının təmin olunmalı olduğu bildirmişlər. Burada o, razılaşmaq istəməmiş, tabesizlik göstərmişdir, polis əməkdaşı ilə arasında anlaşılmazlıq olmuşdur. Çünki həmin an çox hirsli və həyacanlı olmuş və nəqliyyat vasitəsini idarə edə bilməzdi. Əməlindən peşmandır. Törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X2 izahatında bildirmişdir ki, 26 avqust 2024-cü il tarixdə saat təxminən 03:30 radələrində Tbilisi prospektində BMW markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü manevr qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılmışdır. Saxladıqdan sonra nəqliyyat vasitəsində səs boğucusunda qaynaq görərək sürücüyə avtomobili istismardan kənarlaşdırılaraq duracağa təmin olunacağını bildirmişlər. Bu zaman sürücü özündən çıxaraq polis əməkdaşı ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşının ona nizam-intizamlı olmağı barədə xəbərdarlıq etməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşları onu çağırdıqları naryadın köməyi ilə 27-ci Polis Şöbəsinə aparmışlar. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 05:00 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar