Məhkəmə qərarları › İş №3(004)-4335/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4335/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4335/2020 18.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs Şəmşad oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şəmşad oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş material baxılmağa hazırlanan zaman nəzərdən keçirilib müəyyən edildi ki, barəsində protokol tərtib edilmiş Şəxs Şəmşad oğlu tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növündə tənbeh tədbirinin nəzərdə tutulmasına baxmayaraq barəsində protokol tərtib edilmiş şəxsin, yəni hazırki iş üzrə Şəxs Şəmşad oğlunun iştirakı məcburi olmasına baxmayaraq, onun dərhal məhkəməyə gətirilməsi təmin olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Bundan başqa, Yasamal rayon Rayon Polis İdarəsinin 27-ci PB-si tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində protokol tərtib edilmiş şəxs tərəfindən imzalanmamış, sonuncunun xəta haqqında mülahizəsi protokolda qeyd edilməmiş, onun izahatının alınması, hüquq və vəzifələrinin izah edilməsi, eyni zamanda müdafiəçinin iştirakında istifadə hüququ təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokolda göstərilməli; 100.2-ci maddəyə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli və bu barədə protokolda müvafiq qeyd aparılmalı; 100.4-cü maddəyə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmalı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməklə onların bu izahatları və mülahizələri protokola əlavə olunmalıdır. Hazırki işin hallarında isə görünür ki, İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, yuxarıda sadalananlar nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və barəsində icraat başlanmış şəxsin məhkəmədə iştirakı təmin edilmədiyindən, protokola əlavə edilmiş material natamam olduğundan mövcud natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında iş üzrə toplanmış material Yasamal RPİ-nin 27-ci PB-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 99, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Şəmşad oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci PB-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar