Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4338/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1992-ci ildə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MTK-nın icraçı direktoru, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 15, mənzil 82də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Bəxtiyar Babayev) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı İnzibati Məhkəməsinin MXMT (112)-141/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsasındı verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ərizəçi Zərərçəkmiş şəxs yaşadığı fərdi evinə bilavasitə yaxınlığında hər hansı söküntü işlərinin aparılması, həmçinin fərdi evə hər hansı müdaxilə "xxxx" MTKya qadağan edilmişdir. Lakin xəbərdarlıqlara baxmayaraq MTK-nın icraçı direktorunun rəhbərliyi ilə Zərərçəkmiş şəxs evinin yaxınlığında tikinti işləri aparılır, ağır texnika ilə işlər görülür, qəzalı vəziyyətdə olan evin uçma təhlükəsi yaranıb. Beləliklə icra sənədi icra edilməmişdir. Bununla da icra məmuru hesab etmişdir ki, borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev məhkəməyə verdiyi izahatında bildirdi ki, Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Bəxtiyar Babayev) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı İnzibati Məhkəməsinin MXMT (112)-141/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ərizəçi Zərərçəkmiş şəxs yaşadığı fərdi evin bilavasitə yaxınlığında hər hansı söküntü işlərinin aparılması, həmçinin fərdi evə hər hansı müdaxilə "xxxx" MTK-ya qadağan edilmişdir. Lakin icra sənədində “yaşadığı fərdi yaşayış evinin bilavasitə yaxınlığında dedikdə, hansı məsafənin nəzərdə tutulması ilə bağlı, həmçinin həmin ərazidə bünövrə qazıntısının aparılması barədə ətraflı izah verilmədiyi üçün, məhkəməyə ərizə ilə müraciət edərək izah istəmişdir. Bundan sonra ərizəyə baxılaraq, xx.xx.2023-cü il tarixli Bakı İnzibati Məhkəməsinin qərardadı ilə müəyyən edilmişdir ki, “bilavasitə yaşadığı fərdi yaşayış evinin yaxınlığında” dedikdə “20 metr məsafəsi” başa düşülməsi kimi qeyd edilmişdir. Hazırda həmin ərazidə hər hansı bir söküntü işi aparılmır, yalnız tikinti işləri aparılır. Həmçinin həmin MTK isə tikinti işlərini 22 metr məsafədən də uzaqda aparmışdır. Bununla belə tələbkar şikayətlər etdiyindən, dəfələrlə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə ərazidə olmuş, foto və videoşəkillər çəkmişdir. Foto və videoçəkilişlərdən də görünür ki, hər hansı bir söküntü işləri aparılmır, yalnız 22 metrdən uzaq məsafədə tikinti işləri aparılır, bu barədə tələbkarın iştirakı ilə bir neçə akt da tərtib edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs şikayətlənir ki, tikinti işləri aparılarkən orada işləyən maşınlar Zərərçəkmiş şəxs evinin yaxınlığındakı yoldan keçirlər və tikintiyə materiallar həmin yoldan daşınır. Həmin yol isə Zərərçəkmiş şəxs evinə yaxındır və 20 metr məsafənin içərisindədir. Buna görə də Zərərçəkmiş şəxs çoxsaylı şikayətlər etmişdir ki qərar icra edilmir, bu səbəbdən də borclu barəsində hazırkı işlə bağlı protokol tərtib edilib məhkəməyə verilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, qətnamədə göstərilmişdir ki, 20 metr məsafədə söküntü işləri aparıla bilməz. Lakin ümumiyyətlə orada söküntü işləri aparılmır. Sadəcə 20 metrdən də uzaq məsafətə tikinti işləri aparılır. Həmçinin həmin tikintiyə tətirilən materiallar Zərərçəkmiş şəxs evinin yanındakı yoldan keçir. Məhkəmə qərarında yoldan istifadə, tikinti üçün material daşınmasına qadağa qoyulmamışdır. Həmçinin Zərərçəkmiş şəxs evinin bütün ətrafındakı torpaq sahələri evlərlə birlikdə onlar tərəfitndən alınmışdır və hazırda MMC-nin mülkiyyətindədir. MMC öz mülkiyyətində olan torpaqdan keçərək tikintiyə mal material daşıyır. Buna qadağa qoyluması barədə məhkəmə qərarı yoxdur. Həmçinin artıq bir neçə ildir ki, Zərərçəkmiş şəxs tikintinin aparılmasına süni maneələr törədir, MMC isə orada evləri alınmış adamların qarşısında öhdəlik götürüb ki, bina tikilib, sakinlərə evlər verilmlidir. Tikinti başa çatana qədər isə sakinlərə hər ha kirayyəpulu ödənilir. Zərərçəkmiş şəxs əsassız şikayətləri ucbatından həm tikintinin vaxtında başa çatdıra bilmirlər, həm sakinlər uzun müddət evlərinin tikilib qurtarmasını gözləməli olublar, həm də MMC maddi ziyana duşərək, sakinlərə tikintinin gecikməsi ilə bağlı kirayəpulları ödəməyə məcbur qalır. Göstərilənlərə əsasən tikintinin aparılmasında MMC-nin və onun hər hansı bir təqsiri yoxdur. Bu səbəbdən də işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, icra məmuru və borclu yalan danışır. O, bildirir ki, evinin yanında aparılan bu tikinti işlərinə görə onun evinin divarlarında çatlar yaranır, o, narahatçılıq keçirir, tikinti işlərinin aparılmağını ümümiyyətlə istəmir, bildirir ki, tikinti işləri aparılsa onun evi uçacaq. Həmçinin tikintidə istifadə edilən materiallar, armatur onun evinin yaxınlığına tökülür. Evinin yaxınlığında maşınlar keçərək tikintiyə material daşıyır. Materilların onun evinin yanına tökülməsindən, material daşıyan maşınların onun evinin yanından keçməsindən, həmçinin tikintinin aparılmasından şikayətçidir. Həmçinin tikinti və söküntü işlərinin aparılmasına inzibati xətaya dair işə baxılması çərçivəsində qadağa qoyulmasını məhkəmədən xahiş etmişdir. Ona görə də ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş məhkəmə qərardadı Bakı İnzibati Məhkəməsinin MXMT (112)-141/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Qərara əsasən ərizəçi Zərərçəkmiş şəxs yaşadığı fərdi evin bilavasitə yaxınlığında hər hansı söküntü işlərinin aparılması, həmçinin fərdi yaşayış evinə hər hansı müdaxilənin edilməsi Yasamal RİH-nə, "xxxx" MTK-ya və digər hüquqi və fiziki şəxslərə qadağan edilmişdir. Həmin icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, qərara əsasən tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə borcluya xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Bundan sonra icra məmuru Bakı İnzibati Məhkəməsinin MXMT (112)-141/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar izah verilməsi üçün məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin MXMT (112)-141/22 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin MXMT (112)-141/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadında göstərilmiş: “Zərərçəkmiş şəxs yaşadığı fərdi evin bilavasitə “yaxınlığında” dedikdə, fərdi yaşayış evinin perimetr üzrə 20 metr məsafəsi” başa düşülməsi kimi izah edilsin. İş materiallarında icra məmurunun xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı fərdi evinin bilavasitə yaxınlığında söküntü işləri aparılmır, həmçinin evə hər hansı bir müdaxilə edilməmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs şikayəti ondan ibarətdir ki, ərazidə tikinti işləri aparılır, pəncərəsinin qarşısında bir həftə öncə işləyən qaldırıcı kran ilə bağlıdır. Aktları Zərərçəkmiş şəxs da imzalamışdır. Beləliklə icra edilməli icra sənədi yuxarıda qeyd edilmişdir, həmçinin həmin icra sənədinə izah da verilmişdir. İcra məmuru və tələbkar hesab edirlər ki, baxmayaraq ki, nəinki evin 20 metrliyində, ümumiyyətlə söküntü işləri yoxdur və evə hər hansı bir müdaxilə yoxdur, lakin evin 22 metr uzaqda tikinti işlərinin aparılması, avinin yaxınlığında qaldırıcı kranın işləməsi, evinin yaxınlığına tikinti materialları armaturun tökülməsi, əraziyə tikinti materiallarını daşıyan maşınların girib çıxması yuxarıda qeyd edilən icra sənədini icra etməmə kimi hesab edirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, ümumiyyəttə nəinki evin 20 metrliyində, ümumiyyətlə evin yaxınlığında MMC tərəfindən hər hansı bir söküntü işi apaarılmır. Qərardad iki hissədən ibarətdir, söküntü işlərinə qadağa və evə müdaxilə. Həmçinin məhkəmə qərardadlarındakı “evin bilavasitə yaxınlığındakı” ifadəsi məhz söküntü işlərinin apırılmaması ilə bağlıdır, həmin izahdan da görünür ki, “fərdi yşayış evinin perimetr üzrə 20 metr məsafədə” yalnız söküntü işlərinə qadağanın qoylumuşdur. Fərdi yaşayış evinə müdaxilənin qadağan edilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, bu qadağa fərdi yaşayış evinin məhö özü ilə bağlıdır. Qəradadda evin 20 metrliyinə müdaxilənin də qadağan edilməsi qeyd edilməmişdir. Belə olduğu təqdirdə əgər fərdi yaşayış evinə müdaxilə yoxdursa və evin 20 metrliyindən söküntü işləri aparılmırsa, belə bir halda qərardada əməl edilmiş olur. Ona görə də hər hansı bir şəxsin əməlində inzibati xəta tərkibi mövüd olmur. Həmçinin tikinti və söküntü işlərinin aparılmasına "xxxx" MTK-ya qadağa qoyluması barədə Zərərçəkmiş şəxs ərizə təqdim etsə də, məhkəmə qeyd edir ki, inzibati xətalara dair işlərə baxılması çərçivəsində müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə baxılmır. Ərizəyə baxıla bilmədiyi üçün o, baxılmamış saxlanılmalıdır. Çünki ərizə baxıla bilməlidir ki, təmin və ya rədd edilə bilsin. Həmin məsələlər mülki məhkəmə icraatı qaydasında və ya İnzibati Prosessual Məcəlləsinin tənzimlədiyi qaydalar əsasında baxılan məsələlərə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MTK-nın icraçı direktoru Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Tikinti və söküntü işlərinin aparılmasının "xxxx" MTK-ya qadağa qoyluması barədə Zərərçəkmiş şəxs ərizəsi baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4338/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4338/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver