Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4341/2020 18.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1992-ci ildə Gürcüstan Respublikası, Dmanisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 211.1 və 535.1-ci maddələri ilə xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Pizza Mizza” restoranda yerində xidmət göstərməsə də, restorandan çöldə vətəndaşlardan sifarişlər qəbul edib, hazırlanmış məhsulları vətəndaşlara satmışdır. Bununla da protokol tərtib etmiş səlahiyyətli şəxs hesab etmişdir ki, bu əməl yerində xidmət kimi qiymətləndirildiyindən, xüsusi karantin qaydalarını pozaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydada rejim qaydaları pozulmuşdur. Bu səbəbdən də restoranın vəzifəli şəxsinin barəsində inzibati icraatın aparılması üçün Polis Bölməsinə dəvət etmiş, lakin o, bəhanələr gətirərək getməkdən imtina etmiş, polislə mübahisə etmiş, polis əməkdaşları onu polis avtomaşına əyləşdirmək istəyərkən, həmin vaxt o, küçədə polislə mübahisə etmiş, polisin qanuni tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini, xüsusi karantin qaydalarını pozmadığını bildirdi. Göstərdi ki, o, “Pizza Mizza” restoranının statistika filialında işçidir. xx.xx.2020-ci il tarixində restorandan kənarda müştəridən hesab alan vaxt polis əməkdaşları yaxınlaşıb qanunsuz fəaliyyət göstərdiklərini bildirdi və onları Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə aparmaq istəmişlər, lakin o heç bir qanun pozuntusuna yol vermədiyi üçün bölməyə getməkdən imtina etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə rəisi Vüsal Kərimov məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Pizza Mizza” restoranda yerində xidmət göstərməsə də, restorandan çöldə vətəndaşlardan sifarişlər qəbul edib, hazırlanmış məhsulları vətəndaşlara satmışdır. Bununla da protokol tərtib etmiş səlahiyyətli şəxs hesab etmişdir ki, bu əməl yerində xidmət kimi qiymətləndirildiyindən, xüsusi karantin qaydalarını pozaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydada rejim qaydaları pozulmuşdur. Bu səbəbdən də sifariş qəbul edən Şəxs barəsində inzibati icraatın aparılması üçün Polis Bölməsinə dəvət etmiş, lakin o, bəhanələr gətirərək getməkdən imtina etmiş, polislə mübahisə etmiş, polis əməkdaşları onu polis avtomaşına əyləşdirmək istəyərkən, həmin vaxt o, küçədə polislə mübahisə etmiş, polisin qanuni tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Onun barəsində qeyd edilən protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, inzibati xəta haqqında protokolda göstərilmiş əməldə İXM-nin 211.1-ci maddəsinin tərkibi yoxdur. Çünki restoranların restorandan çöldə sifariş qəbul edib, məhsulu hazırlayıb, restorandan çöldə sifariş vermiş şəxsə məhsulu təhfil verib məhsulun dəyərinin alınmasına dair qadağa mövcud deyildir. Belə olduğu təqdirdə əməlində inzibati xəta tərkibi olmayan şəxsin barəsində inzibati icraat aparılması üçün polis bölməsinə dəvət edilməsi qanuni hesab edilə bilməz. Polisin bu barədə tələblərinin yerinə yetirilməməsi İXM-nin 535.1-ci maddəsinin tərkibini yarada bilməz. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarındakı xx.xx.2020-ci il tarixli tutma protokola əsasən Şəxs həmin gün saat 17:10 radələrində tutulmuşdur. İş üzrə icraata xitam verildiyi üçün şəxs həbsdən azad edilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4341/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4341/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver