Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4345/2020 18.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Carçalova Nuranə Həsrət qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki, natamam ali təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs X1 karantin rejimi dövründə ölkə ərazisində sərbəst hərəkətlərinin təşkil etməsi məqsədilə karantin rejimi qaydalarının pozularaq "icaze.gov.az" portalına saxta məlumatlar daxil etmişdir. Belə ki, X4 xx.xx.2020-ci il tarixdən etibarən sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət edə bilməsi üçün - tanışı X12 ilə faktiki olaraq barəsində təşkilati- sərəncamverici vəzifələri yerinə yetirdiyi X8 adlı taksi fəaliyyəti ilə məşğul olan şəxsin adına istifadəsiz olan VÖEN və ASAN imza vasitəsilə, sonuncuya birbaşa göstəriş verərək və onun istifadəsində olan mobil telefonuna gələn kodu tətbiq edərək - X3 barəsində məlumatları Bakı şəhəri Nəsimi rayonu ərazisində "icaze.gov.az" portalına daxil etmiş, həmçinin X4 ilə X8 arasında əmək müqaviləsi bağlanmadığı halda X3 adının icaze.e-gov.az portalına yalnız onun xüsusi karantin rejimi dövründə Respublika ərazisində sərbəst hərəkətinə şərait yaratmaq məqsədilə daxil edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən X2 Pərviz Vasif oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bir neçə gün bundan öncə Fərhad Abduttayev adlı şəxs ona müraciət edərək sərbəst hərəkət etməsi üçün adının icaze.e-gov.az portalına daxil etməyini xahiş etmişdir. O isə onu tanımadığı üçün onu birbaşa öz adına olan VÖEN üzrə sürücü kimi rəsmiləşdirmək istəməmişdir, lakin onu köməklik göstərməsi üçün öz adına olan VÖEN-də sürücü kimi rəsmiləşdirdiyi X9 ***-***- **-** mobil telefon nömrəsini vermişdir. Belə ki, bir imza olduğunu, istəyən şəxs olarsa onun adını həmin VÖEN və ASAN imza üzrə əlavə edə biləcəklərini bildirmişlər, həmin tanışının ad-soyadını hazırda tam xatırlamasa da, onun Gəray adlı yaşlı şəxs olduğunu bilir. Onun kim olduğunu Elçin Kərimov bilir. O da yuxarıda qeyd edilənləri nəzərə alaraq, F.Abdullayevi bu yolla portala daxil edə biləcəklərini düşünmüşdür. F.Abdullayev E.Kərimovla danışdıqdan bir müddət sonra Elçin onunla əlaqə saxlamış və Fərhadla bu iş üçün 200 manata razılaşdıqlarını bildirmişdir. Fərhad Gəray adlı şəxsin adına olan ASAN imza və VÖEN-lə portala daxil etməyi təklif etmişdir. O da onun bu təklifi ilə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə axşam saatalarında Etçinlə Bakı şəhəri, Yaşamal rayonu ərazisində görüşmüşlər, mobil tetefondan istifadə etməklə F.Abdullayevin adını portala daxil etmişlər, bunu edərkən ASAN imzanın adına olan şəxsə xüsusi şifrə göndərilmişdir, həmin şifrəni portala daxil etmək üçün Elçin Gərayla əlaqə saxlayıb şifrəni öyrənmişdir və Elçinin göstərişi əsasında Gəray nömrəsinə gələn kodu Elçinə dedikdən sonra onlar onu da portala daxil edərək, F.Abdullayevə sərbəst hərəkətinə icazə verilməsini təmin etmişlər. Bu barədə Elçin Fərhada məlumat vermişdir. Bundan sonra E.Kərimov Fərhaddan aldığı 200 manat pulun 100 manatını ona vermişdir. Gərayın ona məxsus VÖEN vasitəsilə Fərhada portaldan icazə almalarından məlumatı olmamışdır, o yalnız Elçinlə onun göstərişini icra edib icazə üçün nömrəsinə gələn kodu onlara göndərmişdir. O, Elçin Kərimovla xx.xx.2020-ci il tarixdə ona məxsus olan taksi fəaliyyəti ilə məşğul olmaq üçün nömrəsini xatırlamadığı VÖEN üzrə əmək müqaviləsi bildirişini elektron hökümət portalına daxil etmişdir. Lakin onunla yazılı faktiki əmək müqaviləsi bağlamamışdır. Elçinin özünün də VÖEN-i və asan imzası vardır və karantin dövründə həmin asan imza ilə icazə alaraq taksi fəaliyyəti ilə məşğul ola bilir. X4 ilə Gəray adlı şəxsin arasında əmək müqaviləsi bağlanmamışdır və Fərhad Gərayın işçisi olmamışdır. X3 adını onun xüsusi karantin rejimi dövründə respublika ərazisində sərbəst hərəkətinə şərait yaratmaq məqsədilə icaze.gov.az portalına o və X12 tərəfindən daxil edilmişdir. O, X3 adını xüsusi karantin rejimi dövründə respublika ərazisində sərbəst hərəkətinə şərait yaratmaq məqsədilə icaze.gov.az portalına daxil etməklə karantin rejimini pozduğuna görə peşmandır. Əvvəllər bu kimi əməllərə yol verməmişdir və bir daha yol verməyəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 19582-20 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, xx xxxxxx 2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin azadlığı faktiki məhdudlaşdırılan vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 13:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 13:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın və qərarın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4345/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4345/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver