Məhkəmə qərarları › İş №3(004)-4346/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4346/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4346/2020 18.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov, ev 34, mənzil 81-də qeydiyyatda olan, Binəqədi rayonu, 4-cü mkr, Hüseyn Seyidzadə küçəsi, ev 21A, mən 59-da yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə ölkə ərazisində sərbəst hərəkət etməsi üçün icazənin verilməsindən ötrü müraciət etdiyi X2 bu işdə ona köməklik göstərməsi üçün Şəxs ilə əlaqələndirilmiş xx.xx.2020-ci il tarixdə sonuncu 200 manat müqabilində F.Abdullayevin məlumatlarını “icazə.gov.az” portalına daxil edərək onun sərbəst hərəkət etməsini təmin edən müvafiq icazə alınmışdır. Bu hərəkətləri ilə Şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejim qaydaları pozulmuşdur. Bununla da Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2020-ci il tarixdə Baş Prokurorun müavini Elmar Camalov tərəfindən qərar qəbul olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə tanışı Pərviz Cahangirli ona zəng vuraraq Fərhad Abdullayev adlı şəxsin sərbəst hərəkət edə bilməsi üçün ona icazə düzəltməsi ilə bağlı xahiş edəcəyini bildirmiş, əvvəldən danışdıqları kimi F.X1 adlı taksi fəaliyyəti ilə məşğul olan tanışlarının adına istifadəsiz olan VÖEN və ASAN imza vasitəsilə portala daxil etmələri ilə bağlı razılaşmışlar. Daha sonra F.Abdullayev ona qeyd edilən məsələ ilə bağlı müraciət etmiş, məsələnin həll edilməsi üçün 200 manat pul və şəxsiyyət vəsiqəsinin surətini tələb etdikdə F.Abdullayev onunla razılaşaraq pulu və vəsiqəni ona göndərmişdir. Bundan sonra Pərvizlə görüşüb F.Abdullayevin şəxsiyyət vəsiqəsindəki məlumatları Gərayın ASAN imza və VÖEN-i ilə portala daxil edərək icazə məsələsini həll etmiş və Fərhaddan aldığı 200 manatın 100 manatını Pərvizə vermişdir. Törətdiyi əməldən peşmandır, yüngül tənbeh verilməsini xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin X7 bildirdi ki, xx.xx.2020-ci il tarixdə ölkə ərazisində sərbəst hərəkət etməsi üçün icazənin verilməsindən ötrü Şəxs X2 ilə birlikdə sonuncu 200 manat müqabilində F.Abdullayevin məlumatlarını “icazə.gov.az” portalına daxil edərək onun sərbəst hərəkət etməsini təmin edən müvafiq icazə alınmışdır. Bu əməllərinə görə barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əməli inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin mühüm işlər üzrə əməliyyatçısı E.Baxşəliyevin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs təqsirli bilindiyi inzibati xətanı törətməsi, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” həmin qərarı təsdiq edilir. Bununla da Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün (on gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixindən, saat 18:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar