Məhkəmə qərarları › İş №3(004)-4363/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4363/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4363/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şikayətçi "xxxx" QSC-nin sədri Davit Tsiklaurinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 3-17/1-16074/2023 saylı, xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin sədri Davit Tsiklauri şikayətlə məhkəməyə müraciət edərək, həmin qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd edilən MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan xx.xx.2023cü il tarixdə şikayət verilmiş, şikayət məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Şikayətdən görünür ki, inzibati tənbehvermə haqqında qərar xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. Şikayətçi həmin qərardan ilk əvvəl qərar qəbul etmiş səlahiyyətli orqana müraciət etmişdir, səlahiyyətli orqanda həmin şikayətə baxılıb, xx.xx.2023-cü il tarixli qərarla şikayət təmin edilməmişdir. Bununla da həmin qərarın tənbeh verilmiş şəxsə rəsmi qaydada çatdırıldığı vaxtdan 10 gündən çox müddət keçdikdən sonra hazırkı şikayətlə məhkəməyə müraciət edilmiş olur. Belə olduğu təqdirdə qərardan məhkəməyə şikayət vermə müddəti buraxılıb. Belə ki, İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmçinin İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə desək işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. Barəsində şikayət verilmiş qərarın tarixindən görünür ki, həmin qərardan şikayət vermək üçün İXM ilə müəyyən edilmiş müddət ötürülmüşdür. Şikayətdə həmin qərarın rəsmi qaydada əldə edildiyi müddət, bu barədə sübutlar və həmin sübutlara istinad, məhz həmin müddətdən hesablanmaqla İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində hazırkı şikayətin verilməsi barədə hər hansı bir əsaslandırma aparılmamışdır. Həmçinin ötürülmüş müddətin bərpası barədə şikayətə hər hansı bir vəsatət də əlavə edilməmişdir. Həmçinin hazırkı barəsində şikayət edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 3-17/1-16074/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, inzibati tənbeh vermə haqqında qərarı deyildir. Həmin qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti yuxarı səlahiyyətli orqan kimi çıxarmışdır, yəni inzibati tənbehvermə haqqında qərarından ona edilmiş şikayətə baxılması nəticəsində çıxarmışdır. İnzibati tənbehvermə haqqında qərardan yuxarı səlahiyyətli orqana edilmiş şikayətə baxılması nəticəsində, həmin yuxarı səlahiyyətli orqanın qəbul etdiyi qərardan məhkəməyə şikayət verilməsi İXM-də nəzərdə tutulmamışdır. Çünki İXM-də inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarların (qərardad) nədən ibarət olması qeyd edilmişdir: 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-nin 115-ci maddəsində isə İXM-nin 114-cü maddəsi üzrə çıxarılan həmin qərarlarda göstərilməli məlumatlar öz əksini tapmışdır. İXM-nin 128-ci maddəsində şikayət verilməsi hüququ müəyyən edilmiş qərarlar isə İXM-nin 114-cü maddəsində nəzərdə tutulmuş qərarlara aid edilmişdr. İXM-nin 128-ci maddəsinə əsasən inzibati tənbehvermə haqqında qərarından məhkəməyə şikayət verilə bilər. İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. X1 Məcəlləsində belə bir tələb yoxdur ki, məhkəməyə şikayət vermək üçün ilk öncə qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) yuxarı orqanına şikayət verilməlidir və yaxud yalnız yuxarı orqana şikayət verildikdən sonra məhkəməyə şikayət verilə bilər. Bununla da həm hazırda şikayət verilmiş qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır, həm də inzibati tənbehvermə qərarından şikayət vermə müddəti də ötürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Qeyd edilən hallar qərardan verilmiş şikayətə baxılmasını mümkünsüz edir və şikayətə baxıla bilmir. Şikayətə baxıla bilmədiyi üçün geri qaytarılmalıdır. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar