Məhkəmə qərarları › İş №3(004)-4372/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4372/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4372/2020 21.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, Bakı Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X8 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 573/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən həmin məhkəmənin xx xxxxx 2016-cı il tarixli, 2(003)-1928/2016 saylı qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı artırılmış və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment iddiaçı X6 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-573/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən həmin məhkəmənin xx xxxxx 2016-cı il tarixli, 2(003)- 1928/2016 saylı qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin iddiaçı X6 ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qətnamə üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə xx xxxx 2020-ci il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Məcburi icra tədbirləri zamanı onun mülkiyyətində hər-hansı bir əmlakının olması aşkar edilməmişdir. Borclu Şəxs icra sənədini tam icra etməmiş və hal-hazıradək borc məbləğindən hər hansı bir vəsait ödəməmişdir. Borclu Abiyev X7 rayon icra və probasiya şöbəsinə dəfələrlə dəvət edilmiş, izahatı alınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati və həmçinin cinayət məsuliyyəti barədə ona yazılı və şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Buna görə də, onun barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. X4 qeyd etmişdir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə faktiki borcu 2300 (iki min üç yüz) manat təşkil edir. Göstərilənlərə əsasən o, Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, icra sənədi üzrə borcunun olmasını etiraf edir. Lakin o, borcunu ödəməkdən yayınmır, himayəsində beş uşağı olmaqla özü taksi fəaliyyəti ilə məşğul olur və son dövrlər pandemiya ilə bağlı qazancı az olduğundan öhdəliyini vaxtında icra edə bilmir. Buna baxmayaraq mümkün qədər az mirdarda olsa da aylıq ödənişlər həyata keçirmiş, iki gün ərzində isə mülkiyyətində olan nəqliyyat vasitəsini satıb ödəyəcəyinə vəd verir. Odur ki, o, məhkəmədən göstərilən halların nəzərə alınmasını və ona yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) X6 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə müvafiq olaraq işə tələbkar (zərərçəkmiş şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(003)-573/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X3 xeyrinə xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment ödənilməlidir. İcra sənədi üzrə icraata xx xxxx 2020-ci il tarixli qərarla başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs rəsmi qaydada təqdim edilmişdir. Şəxs tələbin könüllü icrası haqqında bildiriş əsasında və Yasamal rayon İcra və probasiya şöbəsinə verdiyi izahatında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməklə imzalamışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, Şəxs barəsində verilmiş axtarış əsasında Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən saxlanılaraq məhkəməyə gətirilmişdir. Həmçinin icra işindən müəyyən edilir ki, Şəxs əvvəllərdə həmin icra işi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(004)-1798/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində 10 gün müddətinə həbs növündə tənbeh tədbiri təyin edilmişdir. Bundan başqa borclu Şəxs hazıradək icra sənədi üzrə az miqdarda ödəniş həyata keçirmişdir. O, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları Şəxs öz öhdəliklərindən qəsdən yayınması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar