Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4373/2020 22.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Neftçala rayonunun, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs narkotik vasitə istifadə etdiyi aşkar olunmuşdur. Həmin hal müvafiq tibbi aktla təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin PB-nin polis sahə inspektoru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək etdiyi əməli səmimi etiraf etmiş və vaxtaşırı müxtəlif narkotik vasitələrdən istifadə etdiyini, lakin tez tez istifadə etmədiyi üçün onda narkomaniya xəstəliyinin olmadığını bildirmişdir. İki azyaşlı uşağı var bundan əlavə onun birinci qrup əlil olan qaynı onların himayəsindədir və ailədə yeganə işləyən şəxs odur. Hazırda isə əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq bildirdi ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Yasamal rayonu, Xarici dairəvi yolda yerləşən “Royal Park” yaşayış kompleksinin ərazisində Yasamal RPİ-nin post patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq 28-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Şəxs üzərindən narkotik vasitə aşkar edilərək götürülmüş və həmin maddənin tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş və ekspertizanın nəticəsinə əsasən müəyyən edilmişdir ki, saxlanılan Şəxs üzərindən aşakar edilərək götürülmüş bir ədəd bükümdəki maddə təmiz çəkisi 0.070 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Şübhəli şəxs Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi yarandığından onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 28-ci PB-nə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 104.1.3 və 104.7-ci maddələrinə uyğun olaraq başlanılmış iş üzrə icraat gizlənməsi səbəbilə dayandırılmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə dayandırılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirkar bilinən xx.xx.1989-cu il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində qeydiyyatda olduğu ünvan 2 ünvanının qarşısında saxlanaraq polis bölməsinə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Mərkəzinin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 448 nömrəli aktdan görünür ki, Şəxs Morfin və Opioidlər aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci tarixdə saat 10:00-da inzibati qaydada tutulmuş və hamən tarixdə saat 17:00-da azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə Bakı şəhəri, x xxx 2020-ci il tarixli 69-VİQD nömrəli Qanunla müvafiq dəyişikliklər edilmiş və Qanunun 2-ci bəndinə əsasən dəyişikliklər xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmişdir. Dəyişikliyə müvafiq olaraq İXM-nə 31.4-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin məzmununa görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 206 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4373/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4373/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver