Məhkəmə qərarları › İş №3(004)-4374/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4374/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4374/2020 22.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 38-ci polis bölməsinin əməkdaşı polis kapitanı X3 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “38-ci polis bölməsinin əməkdaşı polis kapitanı X3 üçün lazımi tədbir görülməsi və E.Şahverdiyev barəsində əsassız tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət şikayətçi X2 tərəfindən imzalanmamışdır. Eyni zamanda, X2 şikayətində barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. Halbuki, qanunvericiliyə əsasən, səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Digər tərəfdən, X2 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, X1 38-ci polis bölməsinin əməkdaşı polis kapitanı X3 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan şikayəti imzalanmadığından, eyni zamanda Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsində nəzərdə tutulmuş tələblər pozulduğundan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: X1 38-ci polis bölməsinin əməkdaşı polis kapitanı X3 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolundan verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar