Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4385/2020 23.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 oğlunun iclas katibliyi ilə, xx.xx.1971-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2177/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 530 manat pul tutularaq tələbkar X1 ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 930 manat pul tutularaq tələbkar Əsgərova Xalidə Şövkət qızına ödənilməlidir. Borclu həmin icra sənədlərini icra etməmişdir. Borclu icra vərəqələrində göstərilən tələbləri tam icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində olan icra sənədlərindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Maddi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Hazırda da imkanı olmadığı üçün ödəyə bilmir. Yaxın vaxtlarda borcunun bir hissəsini ödəyəcəkdir. Həmçinin bir müddət xəstəxanada müalicədə olduğundan ödənişlər edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X3 bildirdi ki, borclu icra sənədində göstərilən borcu ödəmir. Borclunun hazırda gəlirinin olması, əmlakının olması barədə məlumatı yoxdur. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) Əsgərova Xalidə Şövkət qızı bildirdi ki, borclu icra sənədində göstərilən borcu ödəmir. Borclunun hazırda gəlirinin olması, əmlakının olması barədə məlumatı yoxdur. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəhruz Bayramov məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, borcunu ödəməmişdir, bununla da icradan yayınmış və üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2177/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 530 manat pul tutularaq tələbkar X1 ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 930 manat pul tutularaq tələbkar Əsgərova Xalidə Şövkət qızına ödənilməlidir. İcra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 saylı xəstəxananın Cərahiyyə şöbəsində müalicə olması barədə məhkəməyə xəstəlik tarixindən çıxarış təqdim etsə də, müəyyən edilir ki, qətnamələrin icraya göndərildiyi vaxtdan həmin xəstəlik tarixədək 1 ildən artıq vaxt keçmişdir və həmin müddətlərdə də borclardan heç bir məbləğ ödənilməmişdir. Ona görə də xəstəliyinin olması inzibati məsuliyyətdən azad etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin qadın olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4385/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4385/2020
23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver