Məhkəmə qərarları › İş №3(004)-4387/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4387/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4387/2020 23.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-5440/17 saylı icra sənədi əsasən Şəxs “xxxx” ASC-nin xeyrinə 22.461 (iyirmi ikimin dörd yüz altmış bir) ABŞ dolları ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-5440/17 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 22461 (iyirmi ikimin dörd yüz altmış bir) ABŞ dolları “xxxx” ASC-nin X1 fonduna ödənilməlidir. Şəxs məxsus 2011-ci il buraxılışlı “Hyundai Grandeur” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı tutma yönəldilərək ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən olunmaqla avtomobil açıq hərracdan satılmalıdır. İcra sənədi üzrə icraata xx xxxxx 2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və həmin avtomobil onu adına rəsmiləşdirilsə də faktiki olaraq dostuna məxsus olmuşdur. Kredit müqaviləsi rəsmiləşdirildikdən 2 ay sonra dostu vəfat etmişdir. Avtomobil isə tanımadığı şəxsə satılmışdır. Avtomobil barəsində verdiyi etibarnaməni ləğv etdirmişdir. Avtomobilin olduğu yer və kimin sərəncamında olması barədə məlumatı olmadığından ərizə ilə Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Göstərilən hallar nəzərə alınaraq həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-5440/17 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 13317 (on üç min üç yüz on yeddi) ABŞ dolları 01 (bir) sent əsas borc, 2397 (iki min üç yüz doğsan yeddi) ABŞ dolları 09 (sent) faiz borcu, 6747 (altı min yeddi yüz qırx yeddi) ABŞ dolları 33 (otuz üç) sent dəbbə pulu, ümumilikdə 22461 (iyirmi iki min dörd yüz altmış bir) ABŞ dolları 43 (qırx üç) sent məbləğində pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olanmanatla miqdarı və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin X1 Fondunun xeyrinə ödənilməlidir. Ləğv prosesində olan “xxxx” ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 149/2013 saylı ipoteka müqaviləsinə əsasən Şəxs məxsus 2011-ci il buraxılışlı, “Hyundai Grandeur” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı, tip sedan KMHFH41HBCA120890 ban, ağ-mirvari rəngli minik avtomobilə tutma yönəldilərəkilkin satış qiyməti 27000 manat müəyyən olunmaqla avtomobil açıq hərracda satılmalıdır və onun satışından əldə olunmuş vəsait hesabına ümumilikdə 22461 (iyirmi iki min dörd yüz altmış bir) ABŞ dolları 43 (qırx üç) sent pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin X1 Fondunun xeyrinə ödənilməlidir. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Şəxs verilməlidir. Ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə xx xxxxxx 2017-ci il tarixli 2(103)-5440/2017 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-5440/2017 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs yaşadığı ünvan 2 ünvanına gedilmişdir. Ünvanda olarkən tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Və borclunun həmin ünvanda yaşamadığı məlum olmuşdur. İş materiallarında olan “borclunun əmlakının axtarılması haqqında” xx.xx.2020-ci il tarixli qəradan görünür ki, Şəxs məxsus “Hyundai Grandeur” markalı, **-SD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil barəsində axtarış elan edilmiş və Yasamal rayon icra və probasiya şöbəsinə təhvil verilməsi xahiş edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-5440/2017 saylı icra sənədinə əsasən borclu Şəxs “Hyundai Grandeur” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq açıq hərracda satılmalı və onun satışından əldə olunmuş vəsait hesabına ümumilikdə 22461 (iyirmi iki min dörd yüz altmış bir) ABŞ dolları 43 (qırx üç) sent pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin X1 Fondunun xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmiş və izahatında bildirmişdir ki, həmin avtomobil hal-hazırda faktiki onun sərəncamında olmadığından məhkəmənin qətnaməsinin tələblərini yerinə yetirə bilmir. İcra sənədi bugünədək icra olunmur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar