Məhkəmə qərarları › İş №3(004)-4388/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4388/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4388/2020 23.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-10359/2018 nömrəli və xx xxxx 2020-ci il tarixli 2(004)- 1988/2020 nömrəli icra sənədlərinə əsasən borclu X1 1538,13 manat tutularaq “xxxx” MMC-yə və 6660,1 manat tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Lakin o, icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-10359/2018 nömrəli və xx xxxx 2020-ci il tarixli 2(004)- 1988/2020 nömrəli icra sənədlərinə əsasən borclu X1 1538,13 manat tutularaq “xxxx” MMC-yə və 6660,1 manat tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-10359/2018 nömrəli icra sənədi üzrə icraata xx xxxx 2019-cu il tarixli qərarla, xx xxxx 2020-ci il tarixli 2(004)-1988/2020 nömrəli icra sənədi üzrə icraata isə xx xxx 2020-ci il tarixli qərarla başlanılmışdır. Eyni şəxs barəsində Yasamal rayon İcra və probasiya şöbəsinin icraatında bir neçə icra sənədi olduğundan onlar xx xxxxxx 2020-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İlkin icra sənədi üzrə borcluya qanunla müəyyən edilmiş müddətdə tələbin könüllü icrasına dair bildiriş təqdim edilmiş, lakin icra sənədində olan tələbin icrası könüllü olaraq təmin edilməmişdir. Buna görə də ona xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada xəbərdarlıq təqdim edilərək İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət barədə qanunun tələbləri izah edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1988/2020 nömrəli icra sənədi üzrə də icraata başlanıldığı eyni gündə, yəni xx xxx 2020-ci il tarixdə borcluya tələbin könüllü icrasına dair bildiriş təqdim edilmiş, lakin icra sənədində olan tələbin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədləri bir icraatda birləşdirildikdən sonra da borclu X6 dəfələrlə icra şöbəsinə dəvət edilib izahatları alınmış, buna baxmayaraq o, icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmış və onun icrası ilə əlaqədar icra məmuru olaraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin məcburi icra tədbirləri olaraq aidiyyəti qurumlara sorğular göndərilmiş, lakin borclu X3 tələbin yönəldilə biləcəyi hər hansı əmlakı, pul vəsaiti və ya gəliri aşkar edilməmişdir. Göstərilənlərə əsasən protokol tərtib etmiş E.R.Nəsibov borclu X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar barəsində tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs X6 izahatında bildirmişdir ki, o, aqro sahibkarlıqla, yəni kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda ölkədə mövcud olan həm müharibə vəziyyəti, həm də pandemiya ilə bağlı müflisləşmiş və bu səbəbdən borcunu vaxtında ödəyə bilməmişdir. O, icra sənədini icra etməkdən qəsdən yayınmamış, üzrlü səbəbləri olmuş və göstərilən bu hallar nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkarlar xxxx” MMC-yə və “xxxx” ASC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin Cəmiyyətlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbələri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə proses iştirakçılarının mülahizələrini dinləyib işə Azərbaycan Respublikası İXM-nin 62.4, 64.1 və 112.1.4-cü maddələrinə əsasən tələbkar hüquqi şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Yasamal rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, icra işi materialları məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş X3 müvafiq olaraq məşğulluq mərkəzində qeydiyyata alınıbalınmaması, onun borcun yönəldilə biləcəyi hər hansı bir digər əmlakının olub-olmaması, icra sənədlərinin icra edilməməsində üzrlü səbəblərin olub-olmaması yoxlanılmadan protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, cari ilin mart ayından etibarən ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsi və yeni növ “Covid-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə ticarət mərkəzlərinin bağlanması, dolayısı ilə hazırda bir sıra vətəndaşların, o cümlədən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş X3 işsiz olması səbəbindən icra sənədi üzrə onun borcunun ödənilməsində real olaraq müəyyən çətinliklər yaratmışdır. Bu halda isə məhkəmə hesab edir ki, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməkdən heç bir söhbət gedə bilməz və bunun əksini sübut edən iş materiallarına hər hansı bir mötəbər dəlil əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 100 və 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar