Məhkəmə qərarları › İş №3(004)-44/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-44/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-44/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22896409 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22896409 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22896409 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 13:05-də Z.Bünyadov prospekti ilə hərəkət edərək "Ayna Sultanova" istiqamətində geriyə dönmə əməliyyatı aparmışdır. Bu zaman ondan sağda quraşdırılmış 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) yol nişanı və həmin nişanın saat 07:00-10:00 və 17:00- 20:00 aralığında qüvvədə olma zamanını müəyyən edən 7.5.4 məlumat lövhəciyi quraşdırılmışdır. O, həmin zolağa daxil olaraq hərəkətini davam etdirmişdir. Quraşdırılmış növbəti 5.9 nişanı isə saat 07:00-20:00 aralığında həmin nişanın qüvvədə olma zamanını müəyyən edən 7.5.4 əlavə məlumat lövhəciyi ilə quraşdırılmışdır. Lakin protokola əlavə edilmiş fotoşəkildən göründüyü kimi nişandan bilavasitə əvvəl və ya sonra ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağı tərk etmək üçün 1.11 mövcud deyil, yalnız 1.1 üfüqi nişanlanma xətti mövcuddur. Belə olduqda isə o məcbur qalaraq hərəkətini davam elətdirərək növbəti 1.11 üfuqi nişanlanma xəttindən zolağı tərk etmişdir. Bu faktı onunla təsdiq edir ki, ondan xeyli məsafədə irəlidə hərəkət edən gümüşü rəngli avtomaşının sağında qeyd edilən 5.9 nişanı quraşdırılmış və həmin avtomaşının sol hissəsində isə zolağa daxil olmaq üçün 1.11 üfuqi nişanlanma xətti çəkilmişdir. Lakin zolağı tərk etmək üçün həmin ərazidə nişanlama xətti yoxdur. Bundan əlavə avtomaşını idarə etdiyi ərazidə çəkilmiş fotoşəkillərdə o ümumiyyətlə 5.9 nişanının təsir zonasına daxil olmamışdır. Habelə, çəkilən fotəşəkillərdə hansı qaydanı pozmağı ümumiyyətlə müəyyən olunmur. O, tərtib edilmiş protokol və qarar barədə məlumatlandırılan kimi “ASANPay” vasitəsi ilə şikayətini bildirmişdir. Lakin şikayətinə cavab verilmədiyini görüb xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin rəisinə və xx.xx.2024-cü il tarixə Bakı şəhər BPİ DYPİ-nin rəisinə ərizə ilə müraciət etməyinə baxmayaraq, hələ də araşdırmanın nəticəsi barədə ona məlumat verilməmişdir. “ASANPay” vasitəsi ilə şikayət ünvanlamağına baxamayaraq, inzibati xəta haqqında iş üzrə qərarın icrası dayandırılmamış, cərimənin üzəri müvafiq dəbbə pulu hesablanmış və idarə etdiyi avtomaşının saxlanılması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən məcbur olub cəriməni və hesablanmış dəbbə pulu ilə birgə 159 manat ödəmişdir. Qanununvericiliyin normalarına əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozmağı düzgün sənədləşdirilməmiş, qeyd edilən normaların heç birinə istinad edilməmiş, əksinə onun tələbləri kobud surətdə pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş qərardan şikayət vermiş X2 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqdan bilavasitə əvvəl və ya sonra həmin zolağı tərk etmək üçün 1.11 mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli EQ 22896409 saylı inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22896409 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22896409 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar