Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4416/2020 28.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Azadlıq prospekti, 60 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra və Probasiya Şöbəsi (icra məmuru Emil Abiyev) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1254/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay hər biri üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X1na ödənilməlidir. Borclu icra vərəqələrində göstərilən tələbləri tam icra etməmişdir və bunun nəticəsində hazırkı vaxtadək 1110 manat aliment borcu yığılmışdır. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs bildirdi ki, o icra sənədinin icra edilməsindən imtina etmir. Müəyyən qədər ödənişlər etmişdir, bundan sonra da ödəniş edəcəkdir. Özünün heç bir gəliri, əmək haqqısı, əmlkı yoxdur. Sahibliyində heç bir dəyərli əmlakı yoxdur. Tələbkar ilə nikahda olmamışdır. Onların iki uşağı vardır. Tələbkar uşaqların özü ilə Türkiyəyə aparılması üçün ondan icazə istəmişdir, o da notariat qaydada ona icazə vermişdir. Tələbkar uşaqları da götürüb Türkiyəyə getmişdir, uzun müddətdir ki Türkiyədə uşalqalra birlikdə aşayır, ondan xəbəri yoxdur. Alimenti də tələbkarın bank hesabı üzrə kartına yükləyir. Hər ay müntəzəm olaraq pul yükləyir. Özünün pulu olmasa da anası alimentin ödənilməsində ona köməklik göstərir. əvvəllər alimentin miqdarı az idi, lakin xx.xx.2020-ci il tarixdən tələbkarın müraciətinə əsasən alimentin məbləği ardırılmışdır. Hər ay ödənişlər etdiyi üçün az miqdarda aliment borcu yığışmışdır. əgər ödəniş etməsəydi, üzürsüz səbəbdən alimenti ödəməsəydi onda hər ay 340 manatdan hesablanmaqla x xxx 1140 manat aliment borcu yığışardı. Lakin göründüyü kimi hər ay müntəzəm ödənişlər etdiyi üçün, lakin imkansızlıq ucbatından tam ödənişlər edə bilmədiyi üçün müəyyən aylardan yığılmış borclarına görə 1140 manat aliment borcu yığışmışdır. Həmin borcun da bir hissəsini bir neçə günə ödəyəcəkdir. Həmçinin 2-ci ailəsi də vardır və həmin nikahdan 2 uşağı vardır. uşağının biri xəstədir. Göstərilən halların nəzərə alınaraq işin icraatına xitam verilməsini xahiş etdi. X1 iş materiallarındakı Elektron Məhkəmə Sistemindəki məlumatlara əsasən xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasından kənara, Türkiyə Respublikasına getmişdir. Ölkəyə qayıtmamışdır. Buna görə də onun xaricdə olması nəzərə alınaraq işə onun iştirakı olmadan baxılmışdır. Protokol tərtib etmiş Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Abiyev məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu icra vərəqələrində göstərilmiş tələblər üzrə xəbərdar edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, borclunun adına gəliri, maaşı, pulu, daşınar və ya daşınmaz əmlakı olması aşkar edilməmişdir. Borclu imkanı olduqca müəyyən qədər ödənişlər etmişdir, lakin buna baxmayraq tam ödəniş edilməmişdir. Borclu qətnamənin icrasından imtina etmir. Borclu çağırışlardan yayınmamışdır, bir neçə dəfə izahat vermişdir. Tutmanın yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Tələbkar tələb etdiyi üçün barəsində inzibati qaydada protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Həmçinin bildirdi ki, tələbkar xarici ölkədə, yəni Türkiyədədir, ona görə də məhkəmə iclasında iştirak edə bilmir. İcra məmuru icra işini məhkəməyə təqdim etmişdir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sonrğulara cavab olaraq, borclunun adına tutmanın yönəldilə biləcək əmlakı, gəliri və bankda pul olması müəyyən edilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin iş materiallarındakı ödəniş qəbzlərindən görünür ki, hər ay müntəzəm olaraq ödənişlər edilmişdir: sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 100 manat olmaqla ödənişlər edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, borclunun bu günə müntəzəm ödənişlər etməsi onun məhkəmə qətnaməsinə hörmətlə yanaşdığının və icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmadığının göstəricisi kimi qiymətləndirilməlidir. Bununla da toplanılmış materiallardan, icra işi materiallarından, izahatlardan görünür ki, borclu icra sənədini icra etməkdən yayınmamış, icra sənədində göstərilən borcun yarıdan çox hissəsini müntəzəm olaraq hər ay ödəmişdir. Belə ki, ən azından sonuncu dəfə alimenti məbləği artırılaraq xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 340 manat olmuşdur. Belə olduğu təqdirdə həmin vaxtdan hazırkı vaxtadək 3060 manat aliment borcu edərdi. Göründüyü kimi ödənişlər olduğu üçün hazırda borc 1110 manat təşkil edir. Yəni ödəniləcək məbləğin yarıdan çoxu, yəni 3-də 2 hissəsi ödənilmişdir. Beləliklə aliment borcu tam şəkildə ödənilməsə də, qeyd edilmiş ödənişlərin olması şəxsin əməlində icra sənədinin üzürsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. İcra məmuru həm özü qeyd edir, həm də məhkəməyə təqdim edilmiş icra işindəki məlumatlardan da görünür ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, lakin həmin sorğulara cavablarda əmlak və gəlirin olmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra işi materiallarına əsasən icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, borclunun adına pul, əmək haqqı, gəlir, bankda pulu, daşınar və ya daşınmaz əmlak yoxdur. İcra məmuru borclunun adına tutmanın yönəldilə biləcək əmlakını müəyyən edə bilməmişdir. Həmçinin icra işi materiallarına əsasən borclu bir neçə dəfə icra şöbəsində olmuş, izahatlar vermişdir. Bununla da borclu icra məmurunun çağırışlarından da yayınmamışdır. İcra məmuru da məhkəmədə bildirdi ki, borclu çağırışlardan yayınmamışdır. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun maddi imkanının olması, daimi iş yerinin olması, gəlirinin olması, tələbi ödəmək işqtidarında olması lakin ödəməməsi, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında borclunun qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4416/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4416/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver