Məhkəmə qərarları › İş №3(004)-4418/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4418/2020

30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4418/2020 30.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu, İnşaatçılar prospektində xüsusi karantin rejimi qaydalarını pozmaqla yanaşı, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) və Azərbaycan Respublikasının İXM-nin 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs inzibati xəta haqqında protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə rəisi X2 protokolu müdafiə edərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:10 radələrində Yasamal rayonu İnşaatçılar prospektində yerləşən stasionar postda yoxlama aparılarkən Şəxs xüsusi karantin rejimi dövründə icazəsi olmadan yaşayış yerini tərk etməsi və eyni zamanda sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Sonuncu barəsində post rəisi təyin edilmiş sahə inspektoru F.Aslanov tərəfindən protokol tərtib edilərkən onun qanuni tələblərinə tabe olmaqdan imtina etmiş və səs-küy salaraq ictimai qaydanı pozmuşdur, həmçinin polis işçisinin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs barəsində qanuni tədbir görülməsi məqsədilə bölməyə gətirilmiş, lakin sərxoş halda özünü yenidən aqressiv apararaq əməkdaşların qanunu tələblərini dəfələrlə kobud şəkildə pozaraq müvəqqəti saxlama yerinin qapısını yumruq və təpik ilə vurub bölmənin iş rejimini 40 dəqiqə ərzində pozaraq intizamsızlıq göstərmişdir. Odur ki, X2 göstərilənlərə əsasən Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə dostları ilə yeyib-içdikdən sonra onlarla birlikdə öz evinə gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt o, içkili olmasına baxmayaraq xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində hərəkətinə icazəsinin olmadığından ona cərimə tətbiq edilməsini bildirilmişdir. Lakin polis əməkdaşları onu bölməyə dəvət etdikdə, o, etiraz etmiş və yerində protokol tərtib edilməsini tələb etmişdir. O, bölməyə gətirildikdən sonra tibbi müayinədən keçirilmiş, orada olarkən ayaqyoluna getmək istəməsini bildirdikdə ona istehza ilə gülən polis əməkdaşlarına əsəbləşərək ucadan onlara qarşı nalayiq ifadələr işlətmişdir. Hal-hazırda törətdiyi əməlindən peşmandır və barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X3 izahatında göstərdi ki, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydaları ilə bağlı Yasamal rayonu ərazisində İnşaatçılar prospektində təşkil edilmiş stasionar postda xx xxxxxx 2020-ci il tarixdə heyət rəisi təyin edilmişdir. Həmin tarixdə xidməti vəzifəsini icra edərkən saat 23 radələrində bir qrup kişi və qadının sərxoş halda yüksək gülüş səsləri ilə danışmasını müşahidə etmişdir. O, həmin şəxslərin yaşayış yerlərini tərk etmələri üçün rəsmi icazələrinin olub-olmamasını yoxlayarkən məlum olmuşdur ki, həmin şəxslərdən yalnız Şəxs sms-icazəsi yoxdur. Eyni zamanda onun vizual olaraq hərəkətlərindən sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Şəxs protokol tərtib edilərkən o, “tez ol cəriməni yaz, cərimə 200 manatdırsa mənim geyindiyim kurtka 1000 manatdır” və başqa nalayiq ifadələr işlətməklə onu və həmin vaxt yanında olan digər polis işçilərini təhqir etmişdir. Bu hərəkətlərini davam etdirdiyi üçün Şəxs Yasamal RPİ-nin 27-ci PB-nə dəvət edilmişdir. Bölmədə raport tərtib edilmiş və Şəxs araşdırma zərurəti ilə bağlı tibbi müayinədən keçirilmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəxs polis bölməsində də aparılan araşdırma zamanı polis işçilərinin qanuni tələblərinə tabe olmaqdan imtina edərək, qərəzli hərəkətlərlə iş rejimini pozmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi tam sübuta yetirilir. Belə ki, protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş inzibati hadisənin qeydə alındığı videogörüntünün olduğu 01 ədəd CD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olundu ki, Şəxs onun barəsində xüsusi karantin rejimi qaydasını pozmasına görə tərtib ediləcək protokola etiraz olaraq xidməti vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabe olmayaraq onlara qarşı nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru Faiq Aslanov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Yasamal rayonu, İnşaatçılar prospektində stasionar postda olan zaman bir neçə şəxsin küçədə bir-biri ilə danışaraq hərəkət etdiklərini görüb onlara yaxınlaşmış, özlərini təqdim edib, onların sms icazələrinin olub-olmamasını yoxlayan zaman onlardan bir nəfərinin icazəsinin olmadığını aşkar etmişlər. Bu vaxt həmin şəxsin spirtli içki qəbul etdiyi məlum olmuşdur. Həmin şəxsi onlar nizam-intizama dəvət edən zaman özünü nəlayiq apararaq polis əməkdaşlarını təhqir etməyə başlamışdır. Onu PB-nə dəvət etmiş, o, isə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirməyə başlamışdır. Həmin şəxs PB-nə gətirilmişdir. PB-də məlum olmuşdur ki, sərt karantin rejimi qaydasını pozan, spirtli içki qəbul edib, polisin qanuni tələbinə qəsdən tabe olmayan, küçədə xuliqanlıq edən şəxs xx.xx.1989-cu il təvəllüdlü Şəxsdur. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları M.İsmiyev, E.Rəsulov, T.Talıblı və Z.Seyfullazadə tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 23:10 radələrində sərxoş halda polis bölməsinə gətirilmiş Şəxs orada özünü aqressiv aparıb polis işçilərinin qanuni tələblərini dəfələrlə kobud şəkildə pozmuş və bölmənin müvəqqəti saxlama yerinin qapısını yumruq və təpik ilə vuraraq iş rejimini pozmuşdur. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin məsul növbətçisi Toğrul Talıblı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:10 radələrində Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X3 tərəfindən Yasamal rayonu İnşaatçılar prospektində yerləşən stasionar postdan PB-yə gətirilmiş Şəxs özünü aqressiv apararaq polis əməkdaşlarının qanuni tələblərini kobud şəkildə pozmuşdur. Şəxs sakitləşməsi və ictimai qaydaya riayət etməsi dəfələrlə təklif edilməsinə baxmayaraq, o, polis işçilərinin qanuni tələblərinə tabe olmamış, polisin ünvanına nalayiq söyüşlər söymüş, müvəqqəti saxlama yerinin qapısını təpikləyərək sındırmış və bununla da PB-nin iş rejimini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilmiş tibbi müayinəyə dair xx xxxxxx 2020-ci il tarixli 2/14136 nömrəli protokoldan görünür ki, Şəxs tibbi müayinəsi zamanı onda yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli AZA seriyalı 003833 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib edən şəxsin və şahidin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş digər sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsi iş materialları əsasında tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər üçün iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər üçün beş min manatdan on bir min manatadək məbləğdə cərimə tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli Qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Həmin Qərarın 2.1-2.5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadıqda digər şəxslər 2.6-cı bəndə əsasən yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər. Həmin Qərarın 2.10-cu bəndinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS-məlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən, 33.1.7-ci maddəsinə əsasən inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən ona törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri təyin edilməli və həbsetmənin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 23:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 31-34, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1 və 130.1 maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələri ilə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 23:20dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar