Məhkəmə qərarları › İş №3(004)-444/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-444/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-444/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanda həm qeydiyyatdadır, həm də faktiki yaşayır. Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə ona 200 manat cərimə edilmişdir. Bildirmişdir ki, o, həmin tarixdə evinin yaxınlığında yerləşən aptekə getmək üçün yola düşmüşdü. Yola çıxmazdan öncə yaşayış yerini tərk etmək üçün “1” indeksi üzrə 13:30 radələrində sms göndərmiş və 13:45 radələrində yaşayış yerini tərk etmək etmək üçün sms icazəsi təsdiqlənmişdir. Bu zaman aptekə çatmağına az qalmış Polis mayoru onu çağıraraq sms icazəsinin olub-olmadığını və şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etdi və onu portalda yoxlayaraq çıxıb getdi. Daha sonra o, evə gəldikdə cərimə yazıb-yazmamağı ilə bağlı “Asan ödəniş” saytına daxil olaraq FİN nömrəsini yazaraq cəriməsini yoxladı və ona aydın oldu ki, həmin o, polis mayoru ona sms icazəsi ola-ola qanunsuz cərimə yazıb. Sms icazəsinin olmağın iş materiallarına əlavə etdiyi telefondan çıxarılmış ksero surətdən görünür. Hesab edir ki, tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir, inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməyi əsassız olmuşdur, ona görə bu barədə qərar ləğv olunmaqla barəsində başlanmış icraata xitam verilməlidir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2021-ci il tarixdə saat 13:50 dəqiqədə elektron və “SMS” icazələri olmadan yaşayış yerini tərk etdiyinə görə İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan X3 telefondakı SMS məlumatlarına əsasən o, SMS icazə ilə yaşayış yerini tərk etmişdir. Belə ki, onun şəxsiyyət vəsiqəsi məlumatları qeyd edilməklə, xx.xx.2021-ci il tarixdə saat 13:30-dan hesablanmaqla 3 saat müddətində yaşayış yerini tərk etmək üçün icazəsi təsdiq edilmişdir. Bununla da şəxs xx.xx.2021-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar