Məhkəmə qərarları › İş №3(004)-445/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-445/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-445/2023 27.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsinin direktoru X2 vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsinin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 04 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsinin direktoru X6 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X10 04 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 “K.Y.Fərəcova adına X1” publik hüquqi şəxsin tərkibində olan “X17”da işləyirdi. İşdə yola verdiyi kobud nöqsanlara görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərək işdən azad olmuşdur. X13 “K.Y.Fərəcova adma X1” publik hüquqi şəxsdən qanunvericiliyin tələblərini pozmadan düzgün və əsaslı olaraq işdən azad edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı qanunsuz və əsasızdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixdən şifahi olaraq, xx.xx.2022-ci il tarixli, PHŞ/6-3.1-2022-764 əmrinə əsasən yazılı olaraq “K.Y.Fərəcova adına X1” publik hüquqi şəxsin strukturuna daxil olan “X17”nı “X19” publik hüququ şəxsin strukturuna daxil edildiyindən X9 “X17”na işə bərpa edilməsi səlahiyyətləri xaricində olmuşdur. X16 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar tam, düzgün və ətraflı görsədilməklə tərtib olunmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarda X13 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM- nin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərək işdən azad olunmasını qanunvericiliyin tələblərini pozulmaqla edildiyi görsədilsədə, X9 əmək müqaviləsinə xitam verilərək işdən azad olmasını qanunvericiliyin tələblərinin hansı hissəsində pozulduğu tam, düzgün və ətraflı görsədilməmiş, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərara bu hall üzrə heç bir sübut əlavə edilməmişdir. Məhkəmə baxışı zamanı şikayət vermiş K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsinin direktoru X2 nümayəndəsi və vəkili X11 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X14 bildirmişdir ki, müzakirə zamanı onlara pozuntular izah edilmişdir. Ondan sonra X6 barəsində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Bu müddət ərzində hüquqpozma aradan qaldırılsaydı cərimə ödənilməyəcəkdir. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsi-nin direktoru tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsinin 27 dekabr 2022-ci il tarixli 984 K nömrəli əmrindən görünür ki, K.Fərəcova adına ştat və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında əmr verilmişdir. Əmr edirəm hissəsində “İnstitutun strukturuna daxil olan "X17" NTM-in strukturuna, X5 və X22 X20 strukturuna daxil edilməsi ilə əlaqədar olaraq X12, X22,X5 əməkdaşları xx.xx.2022-ci il tarixindən ARƏM -nin 68 ci maddəsinin 2-ci hissəsinin " a" yarımbəndinə əsasən işdən azad edilsinlər” göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu məcəllənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin məcəllənin 84.3-cü maddəsinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsinin direktoru X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci və 84-cü maddəsinin tələblərini nəzərə almadan X7 əmək müqaviləsinə xitam vermişdir. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir (inzibati cərimə şərti olaraq tətbiq edilmişdir).İş materiallarına əlavə olunan sənəddən görünür ki, sözügedən qərar qarşı tərəfə vaxtında təqdim edilsə də A.Musayev tərəfindən müvafiq tədbilər görülməmişdir. Məhkəmə hesab edir ki, K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsinin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsinin direktoru X2 vəkili X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar