Məhkəmə qərarları › İş №3(004)-446/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-446/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-446/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-02895/22 nömrəli 10 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında geydiyyatda olan ARCON MMC-nin ünvanına 99JR359/10ZK559 nömrəli nəgliyyat vasitəsi ilə, 822-030 saylı xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********1780 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük organına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məgsədilə X2 idarəsinə müraciət olunmuş, həmin idarədən 2200-015/0xx-xx/006266 saylı məktubun nəticəsində məlum olmuşdur ki, invoysun 27-ci mal mövqeyi üzrə idxal olunan “Domino MC-261YL MAKE-UP Cartridge, 0.825L” nişanlı metil etil keton (CAS 78-93-3) Azərbaycan Respublikasının 960-İİQ saylı xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Qanunun İV siyahısının 12-ci bəndinə aiddir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150-ci maddəsinə əsasən ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə. həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Nəticədə Şəxs MMC barəsində İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat və Təhqiqat İdarəsinin rəisinin vəzifələrini müvəqqəti icra edən Rauf Rüstəmov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/026010 saylı, xx.xx.2022-ci il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan ARCON MMCnin ünvanına 99JR359/10ZK559 nömrəli nəqliyyat vasitəsi ilə, 822-030 saylı xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********1780 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-015/0xx-xx/006266 saylı məktubun nəticəsində məlum olmuşdur kı, invoysun 27-ci mal mövqeyi üzrə idxal olunan “Domino MC-261YL MAKE-UP Cartridge, 0.825L” nişanlı metil etil keton (CAS 78-93-3) Azərbaycan Respublikasının 960-İİQ saylı xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarnın təsdiq edilməsi haqqında” Qanunun İV siyahısının 12-ci bəndinə aiddir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı Şəxs MMC-nin direktoru, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, son dəfə şirkətin ünvanına Çexiya Respublikasından 99JR359/10ZK559 nömrə nişanlı yük avtomaşınında daxil olmuş yüklər Bakı Baş Gömrük idarəsində **********1780 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Çexiya Respublikasından 99JR359/10ZK559 nömrə nişanlı yük avtomaşınında göndərilmiş və Bakı Baş Gömrük idarəsində **********1780 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara baxış zamanı invoysun 27-cui pozisiyasında olan mallar MGEİ-nə verilmiş və həmin idarədən alınmış 2200-015/0xx-xx/006266 nömrəli rəyə əsasən müəyyən edilmişdir ki, həmin malların içərisində metil etil keton aşkar edilmiş və bu malların idxal üçün lisenziya tələb olunur. Həmin malları sifariş edərkən kartricin içərisində olan məhlulun tərkibində lisenziya düşən maddə olduğunu bilmirdi. Hal-hazırda həmin mallara dair lisenziya alınması üçün iqtisadiyyat Nazirliyinin Lisenziya şöbəsinə müraciət edilmiş, tələb olunan sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC nin ünvanına Çexiyadan 99JR359/10ZK559 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair gömrük orqanına gömrük bəyannaməsi ilə verilməli olan sənədlər Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da, Şəxs MMC tərəfindən gömrük bəyannaməsi ilə birlikdə verilməli olan sənədlərin təqdim edilməsi müddəti pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150-ci maddəsinə əsasən ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 493-cü maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar