Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4473/2023 12.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X5 iclas katibliyi, AR ƏƏSMN yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X3 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X7 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 23 İyun 2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi ("Cavabdeh") tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (“Bank") X12 Davit Tsiklauri ("Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs”) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ("İnzibati Xətalar Məcəlləsi") 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətam törətməsi barədə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan tərəflərindən xx.xx.2023cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə şikayət verilmişdir. xx.xx.2023-cü il tarixli şikayətə aidiyyəti üzrə baxılmış və İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında 07 avqust 2023-cü il tarixli. 3-17/1- 16074/2023 saylı Qərara əsasən şikayəti təmin edilməmiş və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Bankın keçmiş əməkdaşı X10 xx.xx.2023-cü il tarixində ərizə ilə işəgötürənə müraciət edərək əmək müqaviləsinin xitam verilməsini xahiş etmiş və xx.xx.2023-cii il tarixində Bankın müvafiq struktur bölməsindən işdən azad olunmasını tələb etmişdir. 04 May 2023cü il tarixində isə X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə son haqq-hesabın düzgün aparılmaması iddiası ilə müraciət ünvanlamışdır. Onun müraciətinin araşdırılması çərçivəsində Cavabdeh 10 May 2023-cü il tarixli, 3-17- 5/2-16214/2023 nömrəli məktubu ilə Bankdan iş ilə əlaqədar sənədlərin təqdim edilməsini tələb etmiş, müvafiq sənədlər aidiyyəti üzrə Cavabdehə təqdim edilmişdir. Cavabdehin tələb etdiyi bütün sənədlər məktubda qeyd edilən müddət ərzində ona təqdim edilmiş və müvafiq sənədlər əsasında işin faktiki halları tam araşdırılmadan 14 iyun 2023-cü il tarixli. MN ******* nömrəli protokol tərtib edilmişdir. Tərəfindən qoşma olaraq əlavə edilmiş 3-17- 5/2-21763/2023 nömrəli bildirişdən görünür ki, AR Əmək və Əhalinin Sosial Miidatiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 23 iyun 2023-cü il, saat 1 l:00-a təyin edilmişdir. Belə ki, həmin bildiriş prosessual tələblər pozularaq iclasın təyin olunduğu gündə təqdim edilmişdir. Nəticədə xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin Qərardan xx.xx.2023-cü il tarixində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən X9 Xidmətinə şikayət verilmişdir. İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında 07 Avqust 2023-cü il tarixli 3-17/1-16074/2023 nömrəli qərar ilə şikayətimiz təmin edilməmiş və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* nömrəli Protokol və onun əsasında inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Qərarın qəbul edilməsinin əsası kimi əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi iddia edilmişdir. Lakin, müvafiq faktı hər hansı sübut ilə təsdiq edilə bilməmişdir. Hesab edir ki, 14 iyun 2023-cü il tarixli. MN ******* nömrəli Protokol aşağıda qeyd olunanlara əsasən İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinin tələbləri pozularaq təıtib edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi işə baxarkən gəldiyi qənaət bunu göstərir ki, səlahiyyətli orqanı vətəndaşın şikayətinə baxarkən faktiki olaraq şikayətdə mübahisələndirilməyən, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi halları üzrə qərar qəbul etmişdir. Müvafiq qərarın verilməsi zamanı səlahiyyətli orqanın vətəndaşın iradə ifadəsinin nəzərə almaması və inzibati iş üzrə icraatın aparılmasında prosessual hüquq pozuntularına yol verməsi, gəldiyi qənaət üzrə mlihüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Belə ki, hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır və şəxslərin iradə ifadəsi bir başa onların hərəkət və ya hərəkətsizliyi ilə ifadə olunur. Həmçinin iradə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin formalaşmasında isə motiv mühüm əhəmiyyət kəsb edir. X1 əmək müqaviləsinə xitam verilməsinə dair 10 Aprel 2023-cü il tarixli ərizəsi onun iradə ifadəsini bəyan etsə də ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməməsi öz-özlüyündə işdən çıxarılma müddətinin 1 ay hesab olunmasına dair iradənin ifadəsi sayıla bilməz. Çünki ərizədə müddət göstərilməyibsə və vətəndaş əmək münasibətlərinə xitam verilməsinin 1 (bir) aydan tez həyata keçirmək motivi ilə iş yerində aidiyyatı struktur bölmələrə könüllü olaraq yaxınlaşıb işəgötürənlə son haqq hesabın edilməsini tələb edərək müvafiq sənədləri şəxsən imzalayırsa bu zaman işə götürən işçini öz əmək funksiyasının davam etdirilməsinə məcbur edə bilməz. Müvafiq qərarda vəzifəli şəxs nəzərdə tutulmuş xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş aparılan şəxsin təqsirini dəqiq müəyyən etməlidir. Hazır ki, iş üzrə barəsində inzibati xəta haqqında iş aparılan şəxsin məsuliyyətini istisna edən hal kimi işçinin birbaşa əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərməməsinə baxmayaraq 01 May 2023-cü il tarixində son haqq hesabın aparılmasını tələb etməsi nəzərə alınmalıdır. Həmçinin yalnız bu İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əmək Məcəlləsinin 69-cu maddəsinin mahiyyətinin aydınlaşdırılması xüsusi əhəmiyyət kəsb edir belə ki. bu maddə əmək azadlığı və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirir. Əməyin azadlığı prinsipi istənilən vaxt işçinin əmək münasibətlərini dayandırmaq hüququnu nəzərdə tutur. Əmək azadlığı prinsipi isə əmək funksiyalarından asılı olmayaraq bütün işçilərə şamil olunur. Bununla birlikdə Əmək Məcəlləsinin 69-cu maddəsində göstərilən xəbərdarlıq müddətinin hüquqi əhəmiyyəti məhz ondan ibarətdir ki, işəgötürən işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanına malik olsun. İşçi qabaqcadan əmək müqaviləsinin ləğv etmək barədə yazılı ərizə verməklə işəgötürənə belə bir imkan vermiş olur. İşəgötürən isə öz növbəsində ərizə verilən gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Hətta Əmək Məcəlləsinin müvafiq müddətin bitməsi halında işçinin işə çıxmamaq hüquqi təsbit edilmişdir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki xəbərdarlıq müddəti işəgötürənə iş rejiminin normal qaydada aparılmasını təmin etmək üçün qanunvericilik tərəfindən verilən təminatıdır. Qeyd edilməsi zəruridir ki, xəbərdarlıq müddəti ərzində işçi əvvəlki tərzdə işləməlidir, yəni əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca və işəgötürənin sərəncamlarına uyğun olaraq yerinə yetirməlidir. Əks təqdirdə işəgötürən işçi ilə əmək müqaviləsini onun öz ərizəsi əsasında deyil digər əsaslarda xitam verilə bilər. Göründüyü kimi bu maddə işəgötürən tərəfindən işçinin bir təqvim ayından daha artıq müddətdə işdə saxlanılmasını məhdudlaşdırır. Bir sözlə həmin maddə işəgötürənin vəzifəsi kimi işçini bir təqvim ayı müddətində işdə saxlamaq kimi deyil, bir təqvim ayından dalıa artıq müddətdə əmək münasibətlərinin davam etdirilməməsini müəyyən edir. Eyni zamanda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü yarımbəndini əlaqəli şəkildə təhlil etdikdə, qanunverici işəgötürənin bir təqvim ayı müddətində işçini işdə saxlamaq müddətini məhdudlaşdırdığı halları da müəyyən edir. Həmin maddənin 3-cü bəndinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bununla da həmin yarımbənddə qeyd olunan hallarda işəgötürənin işçini bir təqvim ayı müddətində işdə saxlamaq hüququ məhdudlaşdırılır. Göründüyü kimi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 3-cü yarımbəııdləri işəgötürənin işçini işdə saxlamasının maksimum dövriliyini müəyyən edir. Digər tərəfdən, həmin Məcəllənin 69-cu maddəsinin 5-ci yarımbəndinə görə İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə. xəbərdarlıq müddəti bilənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bununla da qanunverici, işçi tərəfindən ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günün müəyyən olunmadığı ərizəyə ümumiyyətlə 69-cu maddənin, yəni əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi kimi yanaşmır və həmin maddənin tətbiqini istisna edir. Müvafiq olaraq hesab edir ki, işçi tərəfindən öz ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilməyibsə, bu halda işəgötürən tərəfindən işçi ilə əmək münasibətlərinin dayandırılmasına dair xəbərdarlığın edildiyi və ya müvafiq olaraq tərəflərin iradə ifadəsinin əks olunduğu tarix əmək münasibətlərinin dayandırılması tairixi kimi müəyyən oluna bilər. Əlavə olaraq, hesab edirik ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci yarımbəndindəki "xəbərdarlıq müddəti" ifadəsi işçi tərəfindən edilən xəbərdarlığı deyil, işəgötürən tərəfindən müvafiq olaraq işçinin ərizəsi qəbul olunduğu andan etibarən əmək münasibətlərinin dayandırılması tarixi ilə bağlı işçiyə verilən xəbərdarlıq müddətini özündə ehtiva edir. Eyni zamanda, bu halda işəgötürənin müəyyən etdiyi tarix məhdudlaşdırılmır, və işəgötürənin mülahizəsinə uyğun olaraq onun miiəyyən etdiyi istənilən tarix ola bilər, o şərtlə ki. o. bu barədə işçini xəbərdar etmiş olsun. Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci yarımbəndində qeyd olunan “xəbərdarlıq müddəti" ilə həmin maddənin 1-ci yarımbəndində nəzərdə tutulan “xəbərdar etməklə” ifadəsini eyniləşdirmək hər iki yarımbəndin, həmçinin əlaqəli şəkildə təhlil edildikdə həmin maddənin 3-cü yarımbəndin mahiyyəti ilə ziddiyyət təşkil edir. Həmçinin qeyd edilməlidir ki, hal-hazır ki, iş üzrə əmək münasibətlərinə xitam Əmək Məcəlləsinin 68-ci maddəsinin müvafiq bəndi üzrə aparılmışdır. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində işçinin əmək müqaviləsini ləğv etmək barədə işəgötürənə verdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi konkret müddəti göstərməmişdirsə, ərizə verildiyi gündən bir aylıq xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin elə məhz 69-cu maddənin tələbləri çərçivəsində xitam edilməsinə yol verilməməsi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində işçinin iradə ifadəsinin əhəmiyyəti vurğulanmışdır. Buradan da aydın olur ki, əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulması yalnız işdən çıxma haqqında ərizənin onun öz iradəsinin könüllü ifadə etməsinin nəticəsi olsun. Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki. Protokol tərtib edilərkən həmin protokolda Əmək Məcəlləsinin 192.4-cü maddəsinin tələbinin pozulmasına dair qeyd edilsə də. müvafiq pozuntunun əsasları qeyd edilməmişdir. Belə ki. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən müvafiq sənədlər kağız daşıyıcıda təqdim edilmiş, və müvafiq sənədlərdən işçinin qanunvericiliyin tələblərinə uyğun olunmuş qaydada əmək fəalliyyətinə cəlb edilməsi və onunla son-haqq hesab edilərkən aidiyyəti üzrə hesablanmış haqq-hesabın onun hesabına köçürülməsi təsdiq olunmuşdur. Buna baxmayaraq, Cavabdeh tərəfindən pozuntu faktının nədən ibarət olması barədə hər hansı qeyd edilmədən Protokola formal olaraq İnzibati Xətalar Məcəlləsinin bəndi əlavə edilmişdir. Göründüyü kimi, Anar Şeydayevin şikayətləri onun əvvəlki vəzifəsinə qayıtmaq barədə olmamış. Bank tərəfindən onun əmək hüquqları pozulmamışdır. X16 X2 Məcəlləsində nəzərdə tutulan əsas olmadan, eləcə də Anar Şeydayevin əvvəlki vəzifəsində işləmək istəməməsini. Bankın əməkdaşı kimi işdən azad olunması ilə bağlı onun əmək hüquqlarının pozulmasını iddia etmədiyini, əmək münasibətlərinə könüllü qayda da xitam verilməsi üçün aidiyyatı üzrə müraciətini nəzərə almadan İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq qərəzli surətdə vəzifəli şəxs barəsində protokol tərtib edib bu protokol üzrə qərarla onun barəsində inzibati cərimə tətbiq etmişdir. Digər tərəfdən səlahiyyətli orqan tərəfindən müvafiq işə baxılması zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 60-cı maddəsinə əsasən İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Hazır ki iş üzrə qoşma olaraq əlavə edilmiş 3-17-5/2-21763/2023 nömrəli bildirişdən görünür ki. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyun 2023-cii il tarixli. MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 23 iyun 2023-cii il, saat 11:00-a təyin edilmiş və bu barədə bildiriş iclasın olduğu gün 23 iyun 2023-cii il tarixdə daxil olmuşdur. Belə ki. səlahiyyətli orqan tərəfindən bildirişin qərarın verilməsindən 5 (beş) gün əvvəl verilməsi təmin edilməyərək ciddi prosessual pozuntuya yol verilmişdir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X8 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, AR ƏƏSMN yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X7yə lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə X3 iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçılsını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən "xxxx" QSC-nin X12 David Tsiklauri tərəfindən işçi X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinmiş və törətdiyi hüquqpozmanın aradanqaldırılması üçün 30 gün müddət müəyyən edilməklə 1600 (bir min altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim olunmamışdır. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası aşağıdakı kimidir:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
X3 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən:Murad Məmmədov