Məhkəmə qərarları › İş №3(004)-4477/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4477/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4477/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı AZ1012, ünvan 1rım və Ticarət LTD ŞTİ» MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AZ1012, Bakı şəh,Yeni Yasamal 1, ev 12, mənzil 157 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən ölkə ərazisinə gətirilərək **********9959 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallar üçün müəyyən olunmuş xüsusi gömrük prosedurunun başa çatması müddəti bitənə qədər **********9959 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 360 kq mis əsaslı qırıntı yükləri emal edilərək ixrac edilməmiş, digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün bəyan edilməmiş və ya daxıldə emal xüsusi qömrük prosedurunun başa çatması müddətinin uzadılması barədə müraciət edilməmişdir. Bununla da "xxxx" MMC İXM-in 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, EP0155825 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMC - nin əməlində inzibati xətanın tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9959 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş 19640 kq alüminium qırıntıları və 3000 kq mis ərintisindən tullantılar adlı yüklərin daxildə emal müddətinin son tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Həmçinin, **********9959 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş 19640 kg alüminium qırıntıları yükü emal müddəti bitməmiş emal edilərək **********4984, **********568, **********3901, **********5000, **********4559, **********7198 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək ixrac gömrük proseduru altında rəsmiləşdirilmişdir, lakin 1 kq-ı 7 ABŞ dolları olmaqla ümumilikdə 21000 ABŞ dolları olan 3000 kq mis ərintisindən tullantılardan 2640 kq-ı emal rnüddəti_bitməmiş emal edilərək **********5568 **********3901, **********4559 **********7198 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək ixrac gömrük proseduru altında rəsmıləşdirilsə də, 360 kq- (1 kq-ı 7 ABŞ dolları olmaqla ümumilikdə milli valyutaya nisbətdə 4284 manat təşkil edən 2520 ABŞ dolları olan 360 kq( ixrac edilməmiş, digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün bəyan edilməmiş və ya daxilə emal xüsusi gömrük prosedurunun başa çatması müddətinin uzadılması barədə muracıət edilməmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqgında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına 94331196 nömrəli nəgliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gısa idxal bəyannaməsi verilməmişdir. Odur ki, daxildə emal müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq **********9959 sorğu nömrəli xx.xx.2022-cı il tarixıi gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş 360 kq (1 kq-ı 7 ABŞ dolları olmaqla ümumilikdə milli valyutaya nisbətdə 4284 manat təşkil edən 2520 ABŞ dolları olan 360 kq) mis ərintisindən tullantılar yükünün daxildə emal müddəti bitməmiş "xxxx".ŞTİ MMC tərəfindən həmin yükün daxildə emal müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 nömrəli 14 yanvar 2014-cü il tarixli “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 7.1-ci bəndinə əsasən daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. Həmin qərarın 7.6-cı bəndinə əsasən icazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı daxildə emal xüsusi gömrük prosedunun başa çatma müddətinin 1 (bır) ilədək uzadılması barədə qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmaması inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, xx.xx.2024-cü il tarixli raport, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursundan çıxarış və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi olmaqla 1286 manat (bir min iki yüz səksən altı manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar