Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-448/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1949-cu il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəxs MMC-nin qanuni təmsilçisi, ünvan 1 ünvanında yaşayan Şəxs MMC-nin qanuni təmsilçisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin qanuni təmsilçisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında icra məmuru O.O.Abdullayev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-290/2017 saylı, xx xxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs MMC-dən xx xxx 2004-cü il tarixli müqavilə üzrə aparılmış ödənişin əvəzi qismində 22.000 (iyirmi iki min) ABŞ dolları, əldən çıxmış fayda formasında maddi zərərin əvəzi qismində 40.436 (qırx min dörd yüz otuz altı) manat, iş üzrə ödənilmiş ekspertiza xərcinin bir hissəsinin əvəzi qismində 168 (bir yüz altmış səkkiz) manat və dövlət rüsumunun bir əvəzi qismində 28 (iyirmi səkkiz) manat, cəmi 40.632 (qırx min altı yüz otuz iki) manat və 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla X3 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx xxxx 2018-ci il tarixli qərarla başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş təqdim olunmuşdur. Buna baxmayaraq borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bu günədək icra etməməsi, əmlak və gəlirləri barədə dəqiq məlumat verməməsi, Şəxs MMC-nin qanuni təmsilçisi Z.B.Muradovanın icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Bununla da Şəxs MMC-nin qanuni təmsilçisi Z.B.Muradova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Göstərilənlərə əsasən Z.B.Muradovanın barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Z.B.Muradovanın müdafiəçisi E.X.Nuriyev bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Z.B.Muradova barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Z.B.Muradova Şəxs MMC-nin formal rəhbəridir, faktiki rəhbər isə onun mərhum həyat yoldaşıdır və həmin MMC-nin fəaliyyətinə görə də Z.B.Muradovanın mərhum həyat yoldaşı məhkum edilmişdir. Hazırda Z.B.Muradovanın inzibati məsulliyyətə cəlb olunaraq barəsində məhkəmə tərəfindən hər hansı inzibati tənbeh tədbiq edilməsi də məqsədəmüvafiq deyildir. Belə ki, Z.B.Muradovanın formal rəhbərlik etdiyi Şəxs MMC-nin adına qeydiyyata alınmış hər hansı daşınmaz və ya daşınar əmlak da yoxdur. İcra məmuru tərəfindən Z.B.Muradovanın icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırması qeyd olunsa da, lakin bu halı təsdiq edən sənədlər nə onların özünə, nə də məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən Z.B.Muradovanın barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin qanuni təmsilçisi Z.B.Muradovanın Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-290/2017 saylı, xx xxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs MMCdən xx xxx 2004-cü il tarixli müqavilə üzrə aparılmış ödənişin əvəzi qismində 22.000 (iyirmi iki min) ABŞ dolları, əldən çıxmış fayda formasında maddi zərərin əvəzi qismində 40.436 (qırx min dörd yüz otuz altı) manat, iş üzrə ödənilmiş ekspertiza xərcinin bir hissəsinin əvəzi qismində 168 (bir yüz altmış səkkiz) manat və dövlət rüsumunun bir əvəzi qismində 28 (iyirmi səkkiz) manat, cəmi 40.632 (qırx min altı yüz otuz iki) manat və 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla N.N.Aslanovanın xeyrinə ödənilməlidir. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin Şəxs MMC-yə ünvanladığı tələbin könüllü icrası haqqında xx xxxx 2018-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-290/2017 saylı, xx xxx 2017-ci il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs MMC-yə xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin saytından çıxarışdan görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi Z.B.Muradovadur. Beləliklə inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-290/2017 saylı, xx xxx 2017ci il tarixli icra vərəqəsinə əsasən Şəxs MMC-dən xx xxx 2004-cü il tarixli müqavilə üzrə aparılmış ödənişin əvəzi qismində 22.000 (iyirmi iki min) ABŞ dolları, əldən çıxmış fayda formasında maddi zərərin əvəzi qismində 40.436 (qırx min dörd yüz otuz altı) manat, iş üzrə ödənilmiş ekspertiza xərcinin bir hissəsinin əvəzi qismində 168 (bir yüz altmış səkkiz) manat və dövlət rüsumunun bir əvəzi qismində 28 (iyirmi səkkiz) manat, cəmi 40.632 (qırx min altı yüz otuz iki) manat və 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla N.N.Aslanovanın xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx xxxx 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borclu təşkilata göndərilmişdir. Borclu təşkilat tərəfindən isə könüllü icra müddəti ərzində heç bir ödəniş edilməmişdir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmiş, borclunun əmlak vəziyyətinin öyrənilməsi üçün ayrı-ayrı təşiklatlara sorğular verilərək müvafiq cavablar alınmışdır. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində heç bir ödəniş edilməmiş, həmçinin borclu təşkilatın nümayəndəsi icra şöbəsinə gəlməmiş və icra sənədinin icra edilməməsini səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MMC-nin qanuni təmsilçisi Z.B.Muradovanın rəhbərlik etdiyi MMC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra şöbəsinə gəlməməsi, həmçinin bugünədək heç bir ödəniş etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs MMC-nin qanuni təmsilçisi Z.B.Muradova vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs MMC-nin qanuni təmsilçisi Z.B.Muradovanın barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Z.B.Muradovanın törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin qanuni təmsilçisi X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-448/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-448/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver