Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-448/2025 03.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X23 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9, X1 vəkili – “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə1 iştirakları ilə X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X21 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda qeyd edilmişdir ki, "xxxx" MMC-nin işçisi X10 16 noyabr 2024-cü il tarixində xəsarət alması ilə bağlı işəgötürən X21 tərəfindən hadisə baş verdiyi gün deyil, xx.xx.2024-cü il tarixində məlumat verilmişdir. Bu səbəbdən, X23 Xidmətinə məlumat verilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsi rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, hadisə xx.xx.2024-cü il saat 16:20 radələrində baş vermiş, X19 ayağında ağrının olmasını bildirmişdir. Qeyd olunan hadisə baş verən zaman onun xəsarət alıb-almamasını müəyyən etmək üçün Ə.Q.Qitəliyev ilə birlikdə ərazidə olan digər əməkdaş Roman Komışenko tərəfindən təqribi 16:30 rədələrində "xxxx" MMC-nin əməkdaşlıq etdiyi Paşa Tibbi Sığorta şirkətinin qaynar xəttinə məlumat verilmişdir. Təxmini 17:15 radələrində Paşa sığortanın X29 maşını hadisə yerinə çatmış və X19 ərazidən Mərkəzi Klinikaya evakuasiya olunmuşdur. X31 göstərilmiş və rentgen müayinəsindən sonra X8 ayağının topuq hissəsində sınıq diaqnozu qoyulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, X10 xəsarət almasının müəyyən edilməsi vaxtı, X18 Mərkəzinin qeyri-iş saatlarına təsadüf etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixindən saat 18:00-dan sonra X18 Mərkəzi işləmədiyi üçün həmin gün inzibati orqana məlumat vermək mümkün olmamışdır. Əlavə olaraq bildirir ki, Əmək Müfəttişliyinə bu hadisə haqqında ətraflı məlumat 18 noyabr 2024-cü il tarixində həm yazılı formada, həm də X18 Mərkəzinə zəng olunub məlumat verilmişdir. Qeyd olunan bədbəxt hadisə ilə bağlı təhqiqat aparan inzibati orqan hesab etmişdir ki, hadisə baş verən günü X23 Xidmətinə xəbər verilməməsinə görə məsuliyyət daşıyır. Aşağıdakı göstərilən əsaslara görə Qərar ləğv olunmalıdır: Bununla bağlı bildirmək istəyir ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.6-cı bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Yuxarıda qeyd olunduğu kimi, X10 xəsarət alması ilə nəticələnən hadisə xx.xx.2024-cü il tarixində baş vermiş və xəsarət olması faktı həmin gün qeyri-iş saatlarında müəyyən edilmişdir. 17 noyabr 2024-cü il tarixində isə qeyri-iş günü olduğu üçün, əmək funksiyalarının icrasından azad edilmişdir. Bununla yanaşı, onunla barəbər xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin idarəetmə ofisinin bütün əməkdaşlarının qeyri iş günü olmuşdur. Qeyd olunan tarixdə əmək funksiyalarının icrası vəzifəsi olmadığı üçün, xəsarət ilə bağlı məlumatı ilk iş günü, yəni xx.xx.2024-cü il tarixində X18 Mərkəzinə bildirilməsini tapşırmışdır. Hesab edir ki, hər hansı işçinin qeyri-iş günlərində onun üzərinə qanunvericiliklə nəzərdə tutulmuş hər hansı öhdəliklərin icrası tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, onun əməlində hər hansı inzibati xəta tərkibi yoxdur və hazırki inzibati iş üzrə verilmiş qərar ləğv olunmalıdır. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-4319/2025 nömrəli məktubu poçt vasitəsilə "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. AR inzibati xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. AR inzibati xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati icraata xitam verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, AR İnzibati xətalar Məcəlləsinin 134.1- ci maddəsinə əsasən, şikayətin təmin olunması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəmdə qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli nömrəli İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X1 vəkili “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X21 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda qeyd edilmişdir ki, "xxxx" MMC-nin işçisi X10 16 noyabr 2024-cü il tarixində xəsarət alması ilə bağlı işəgötürən X21 tərəfindən hadisə baş verdiyi gün deyil, xx.xx.2024-cü il tarixində məlumat verilmişdir. Bu səbəbdən, X23 Xidmətinə məlumat verilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsi rəhbər tutularaq, X6 Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə olunmuşdur. X10 xəsarət almasının müəyyən edilməsi vaxtı, X18 Mərkəzinin qeyri-iş saatlarına təsadüf etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixindən saat 18:00-dan sonra X18 Mərkəzi işləmədiyi üçün həmin gün inzibati orqana məlumat vermək mümkün olmamışdır. Əmək Müfəttişliyinə bu hadisə haqqında ətraflı məlumat 18 noyabr 2024-cü il tarixində həm yazılı formada, həm də X18 Mərkəzinə zəng olunub məlumat verilmişdir. X10 xəsarət alması ilə nəticələnən hadisə xx.xx.2024-cü il tarixində baş vermiş və xəsarət olması faktı həmin gün qeyri-iş saatlarında müəyyən edilmişdir. 17 noyabr 2024-cü il tarixində isə qeyri-iş günü olduğu üçün, əmək funksiyalarının icrasından azad edilmişdir. Bununla yanaşı, onunla barəbər xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin idarəetmə ofisinin bütün əməkdaşlarının qeyri iş günü olmuşdur. Qeyd olunan tarixdə əmək funksiyalarının icrası vəzifəsi olmadığı üçün, xəsarət ilə bağlı məlumatı ilk iş günü, yəni xx.xx.2024-cü il tarixində X18 Mərkəzinə bildirilməsini X21 tapşırmışdır. Hesab edir ki, hər hansı işçinin qeyri-iş günlərində onun üzərinə qanunvericiliklə nəzərdə tutulmuş hər hansı öhdəliklərin icrası tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X11 əməlində hər hansı inzibati xəta tərkibi yoxdur və hazırki inzibati iş üzrə verilmiş qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 4319/2025 nömrəli məktubu poçt vasitəsilə "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X21 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X16 inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu, çağrı mərkəzinin şənbə günü 18:00-a kimi işlədiyini, bazar günü isə işləmədiyini, müəssisə tərəfindən ilk iş günü ilkin olaraq məlumat verildiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən X19 izahat verərək hadisənin keçən il noyabr ayında baş verdiyini, gəmiyə avadanlıq apararkən sürüşərək yıxıldığını, 10-15 dəqiqə oturuduğunu, ayağına buz qoyduqlarını, ayağının burxulduğunu zənn etdiyini, daha sonra isə işə davam etmək istəyərkən şiddətli ağrılarının olduğunu, təcili yardım çağırıldığını, təcili yardımın 30-40 dəqiqəyə gəldiyini, daha sonra rentgen olduğunu, bunun da 2-3 saat çəkdiyini, buna görə də artıq müfəttişliyə xəbər vermək üçün gec olduğunu, həmçinin işəgötürən X17 da bu barədə məlumat təxminən 19:00 dan sonra verildiyini qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq X19 yerin çınqıl olduğu üçün yıxıldığını, rentgenin nəticəsinin axşam 19:00-20:00 radələrində çıxdığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X24 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin işçisi X10 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə bağlı işəgötürən X21 tərəfindən hadisə baş verdiyi gün deyil, xx.xx.2024-cü il tarixdə məlumat vermiş, nəticədə X21 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, həmçinin X21 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir; "xxxx" MMC-nin X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, 16 noyabr 2024-cü il tarixində hadisə günü o, məzuniyyətdə olmuş, bu hadisə iş yerindən kənarda baş vermişdir və hadisə barədə ona həmin günü təxminən saat 21:00-da, X2 göndərildikdən və müayinə edildikdən sonra məlumat verilmişdir; 463 nömrəli əmrdən görünür ki, Baş X3 xx.xx.2022-xx.xx.2023-cü il iş dövrü üçün 2 təqvim günü müddətinə 16,23 Noyabr 2024-cü il tarixlərinə növbəti əmək məzuniyyəti verilmiş, 25 Noyabr 2024-cü il tarixindən işə başlamalıdır. Socar Fugro MMC-nin Baş X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ərizənin məzmunu “16 Noyabr 2024-cü il tarixinə 1 təqvim günü müddətinə növbəti əmək məzuniyyət qeydiyyata alınsın” kimi olmuşdur; Mərkəzi Klinika Bakı xəstəxanası tərəfindən verilmiş epikrizdən görünür ki, Əyyub Qitəliyev klinikaya xx.xx.2024-cü il tarixdə giriş etmiş, xx.xx.2024-cü il tarixdə isə çıxış etmişdir. xx.xx.2024-ci il tarixdə Arxa ön döş qəfəsi rentgenografiyası(bir proyeksiyalı) döş qəfəsinin Rentgenoqrafiyası Ön - düz proyeksiyada çəkilmiş döş qəfəsinin icmal Rentgenoqrammasında döş qəfəsi normostenikdir, qabırğaarası sahələr və onların istiqaməti dəyişməmişdir. Görünən sümüklərdə destruktiv və travmatık dəyişiklər qeyd olunmur. Ağciyər sahələrində şəffaflıq müqayisədə bərabərdir, ocaqlı-iltıhabı kölgəliklər aşkar edilmir. Divararalığı və bronxətrafi limfa düyünlərinin böyüməsi qeyd olunmur. Diafraqma və sinuslar sərbəstdır. Ürək - vəziyyəti, forması və hüdüdlan norma daxilindədir. İri damarlardan aorta və arteriya pulmonalis qövsləri dəyişməmişdir. xx.xx.2024-cü il tarixdə Topuq oynağı rentgenoqrafiyası ikiproyeksiyalı, sağ) RENTGEN MÜAYİNƏSİ Sağ aşıq-baldır oynağının sarğıda iki proyeksiyada çəkilmiş rentgenoqrammasında incik sümüyünün distal hissəsində olan sınıq fraqmntləri osteosintez olunmuşdur. Medial topuq şurup ilə osteofiksə olunmuşdur. mailto:demx@sosial.gov.azElektron ünvan 1 mail ünvanına mailto:a.imanov@fugro.comElektron ünvan 2 mail ünvanından 18 noyabr 2024-cü il tarixdə ünvanlanmış müraciətin mətnindən görünür ki, müracətin mətni “16 noyabr 2024cü il tarixində, saat 16:06 radələrində, "xxxx" MMC şirkətinin əməkdaşları loqistik koordinatoru (sürücü) vəzifəsində çalışan X19 ilə birlikdə PA2564 layihəsinə cəlb olunmuş SOCAR Fugro şirkətinin mühəndisi Roman Komişenko ASCO bazasında yan alan "Lənkəran" gəmisində geofiziki işləri görmək məqsədi ilə cihazı kranın üzərinə quraşdırmalıydılar. Maşınla əraziyə çatdıqdan sonra, nəzərdə tutulan işləri görmək üçün alətləri götürərək Q.Ə.Qitəliyev gəmiyə daxil olmaq üçün körpü istiqamətinə gedərkən çınqılla üstü örtülmüş nahamar yerdə ayağı burxularaq zədə almışdır. Q.Ə.Qİtəliyev ilə birlikdə olan Roman Komişenko dərhal X31ı çağırmışdır. X31 tərəfindən lazımi tədbirlər görülmüşdür. Ondan sonra Q.Ə.X14 Xəstəxanaya müalicəsini davam etdirmək üçün çatdırılması təmin edilmişdir. Xahiş edirik nəzərə alasınız” məzmunlu olmuşdur. 19 noyabr 2024-cü il tarixli Socar Fugro MMC-nin baş direktoru Fikrət Əliyev tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin rəisi cənab Rüfət Əliyevə ünvanlanmış müraciətdən görünür ki, “16 noyabr 2024-cü il tarixində, saat 16:06 radələrində, "xxxx" MMC şirkətinin əməkdaşları loqistik koordinatoru (sürücü) vəzifəsində çalışan X19 ilə birlikdə PA2564 layihəsinə cəlb olunmuş SOCAR Fugro şirkətinin mühəndisi Roman Komişenko ASCO bazasında yan alan "Lənkəran" gəmisində geofiziki işləri həyata keçirmək üçün getməli idilər. Maşınla əraziyə çatdıqdan sonra, Roman Komişenko nəzərdə tutulan işlərin icrası üçün alətləri götürüb və Q.Ə.Qitəliyev ona kömək məqsədi ilə götürdüyü elektrik uzatma kabeli və fərdi mühafizə vasitələri çantasını götürüb və gəminin körpüsü istiqamətinə gedərkən, çınqılla örtülmüş nahamar yerdə ayağı burxularaq zədə almışdır. Q.Ə.Qİtəliyevin yanında olan Roman Komişenko dərhal X31ı çağırmışdır. X31 xidməti tərəfindən lazımi tədbirlər görülmüş və daha sonra Q.Ə.Qitəliyev X15 müayinəyə aparılıb və orada lazım olan müalicə tədbirləri görüləcəkdir” məzmunlu olmuşdur. 13 fevral 2025-ci il tarixli mail yazışmasından görünür ki, mailto:demx@sosial.gov.azElektron ünvan 1 mail adresinə “16 noyabr 2024-cü il tarixində saat 16:06 radələrində SOCAR Fuqro MMC şirkətində loqistik koordinator vəzifəsində çalışan X19 ilə birlikdə PA2564 lahiyəsinə cəlb olunmuş SOCAR Fuqro şirkətinin mühəndisi Roman Komişenko ASCO bazasında yan alan Lənkəran gəmisində geofiziki işləri görmək məqsədilə cihazı kranın üzərinə quraşdırmalıydılar. Maşınla əraziyə çatdıqdan sonra, nəzərdə tutulan işləri görmək üçün alətləri götürərək Q.Ə.Qitəliyev gəmiyə daxil olmaq üçün körpü istiqamətinə gedərkən çınqılla üstü örtülmüş nahamar yerdə ayağı burxularaq zədə almışdır. Q.Ə.Qitəliyev ilə birlikdə olan Roman Komişenko dərhal ona yardım etmək üçün X31ı çağırmışdır. X31 tərəfindən lazımı tədbirlər görülmüşdür. Ondan sonra Q.Ə.X14 Xəstəxanaya müalicəsini davam etdirmək üçün çatdırılması təmin edilmişdir. Xahiş edirik nəzərə alasınız” məzmunlu müraciət ünvanlanmışdır. 27 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış aktından görünür ki, ZGTTZ-nin Gəmi tikintisi bölməsinin Layihə koordinatoru Əliyev İlham, Gəmi tikintisi bölməsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə mühəndis Həsənov Əli və ZGTTZ-nin Əməyin mühafizəsi,təhlükəsizlik texnikasının və ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Babək Hüseynov, bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2024-cü cü il tarixində “SOCAR Fuqro MMC -nin işçisi X7 əsasında “Lənkəran” gəmisinə gəlmiş, avtonəqliyyatdan avadanlıq və materialları boşaldıb hər iki əlində yük olmaqla təyin olunmamış yerdən gəmiyə keçmək istəyərkən sağ ayağı burxulmuşdur. “Lənkəran” gəmisinin həkimi tərəfindən X31 göstərilmiş, "xxxx" tərəfindən sığorta xətti ilə xəstəxanaya aparılmışdır. Hadisə yerinə baxış zamanı ərazidə 1 ədəd 12 metrlik konteyner, ətrafı bankada olunmuş gəmilərin müxtəlif avadanlıqları, gəminin giriş çıxış trapı və trapın qoruyucu toru və ərazidə lazımı, xəbərdaredici və qadağan edici təhlükəsizlik nişanları mövcuddur. Əmək müqaviləsi bildirişindən görünür ki, X21 tərəfindən X19 əmək müqaviləsi üzrə təchizat üzrə koordinat vəzifəsində xx.xx.2024-cü il tarixdə işə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X23 Xidmətinin Bakı şəhər idarəsi yerli bölməsinə (və ya birbaşa X23 Xidmətinin Bakı şəhər idarəsi aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X23 Xidməti həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 16 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərara əsasən "xxxx" MMC-nin işçisi X10 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə bağlı işəgötürən X21 tərəfindən hadisə baş verdiyi gün deyil, xx.xx.2024-cü il tarixdə məlumat vermiş, nəticədə X21 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, həmçinin X21 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi əsas şərt kimi çıxış edir. Lakin şikayətçinin vəkili və şahidin izahatlarından, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, X19 xəsarət alan vaxt işəgötürənin məlumatı olmamış və əksinə əmək məzuniyyətində olmuş və həmçinin məlumatın Əmək Müfəttişliyi Xidmətinə verilməməsi onun iradəsindən asılı olmadığından mümkün olmamışdır. Bundan əlavə məhkəmə nəzərə çatdırır ki, İXM-nin 555.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, hadisə barədə işəgötürənin məlumatı olan gün, yəni 16 noyabr 2024-cü il tarixdə saat 21:00-da X23 Xidmətinə bu barədə məlumat vermək istəsə də, artıq çağrı mərkəzinin iş saatı sona çatmışdır. O da qeyd edilməlidir ki, işəgötürən X21 hadisə barədə məlumat aldığı vaxt onun əmək funksiyalarının icrası üçün nəzərdə tutulan iş saatı olmamış, lakin növbəti iş günü bu barədə məlumatı X23 Xidmətinə göndərmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi "xxxx" MMC-nin X5 tərəfindən bədbəxt hadisənin baş verməsi barədə səlahiyyətli orqana ilk iş günü məlumat verilmişdir. Aktın göndərilməsi və bədbəxt hadisənin baş verməsi faktları proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Bu işin mübahisəsiz hallarıdır. Göründüyü kimi hadisənin baş verməsi ilə bağlı səlahiyyətli orqana məlumat işəgötürən X21 tərəfindən verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin işçisi X10 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X21 tərəfindən X23 Xidmətinə hadisə baş verdiyi gün məlumat verilməməsinin onun təqsirindən olduğu sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin X5nun barəsində qəbul edilmiş 16 yanvar 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsaəsən xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 şikayəti təmin edilsin. X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-448/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-448/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver