Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4494/2022 07.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində X5 ünvan 2 ünvanında döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X4 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vətəndaş Şəxs ilə X8 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu mübahisə zamanı Şəxs X2 gicgah nahiyyəsinin , sağ bazunun sağ budun şişkinlik halında əzilməsi, sol bazunun qançırı və sıyrıqları küt əşyanın təsirindən törənə bilən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bu xüsusat məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 730 nömrəli müvafiq rəyi və digər materiallarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs izahatında göstərdi ki, o 2015-ci ildə İsrafilov Rövşənlə ailə həyatı qurub və bu nikahdan iki azyaşlı uşaqları var. Buna baxmayaraq, 2022-ci ildə məhkəmə qaydasında həyat yoldaşından boşanmışdır. Boşanmalarına baxmayaraq xx.xx.2022-ci il tarixdən qaynatası ilə bərabər yaşayır. Yaşadığı müddətdə qaynatası İsrafilov Rüstəm və qızı Bikə Əhmədova onu şərləmişlər və Vahid adlı şəxslə münasibətdə olduğunu bildirmişlər. xx.xx.2022-ci il tarixdə axşam saatlarında anası Əliyeva Məlahət, İsrafilov Rüstəm, Əhmədova Bikə, o və Vahid adlı şəxslə Əlibəy Hüseynzadə küçəsindəki yaşadığı ünvanda üzləşmə zamanı Vahid adlı şəxs onunla münasibətdə olmadığını deyəndə uşağı şahid kimi gətirmək istəyəndə o qoymadığından Bikə Əhmədova və İsrafilov Rüstəm hücüm etmişlər. Həmin vaxt Vahid adlı şəxs evdən qaçmışdır. Bikə yalandan qışqıraraq polisə zəng etmişdir. xx.xx.2022-ci ildə anası Məlahət Əliyeva, qızı İsrafilova Səbinəni və onu evdən qovmuşlar.O, anası və Vahid adlı şəxs onlara heç bir xəsarət yetirməmişlər.Azyaşlı qızının onda olmağı üçün böhtan xarakterli şikayət etmişlər.Onun Vahid adlı şəxslə heç bir əlaqəsi olmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, gəlinləri Şəxs qardaşından ayrıldıqdan sonra ona iki azyaşlı uşaqları ilə birlikdə atasının yaşadığı Ə.Hüseynzadə küçəsi dalan 4 ev 3 ünvanında yaşamağa icazə vermişlər.Buna baxmayaraq X10 adlı şəxslə münasibət qurduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə atası ilə telefon əlaqəsi saxladıqda Günayın münasibətdə olduğu Vahid adlı şəxsin onunla görüşmək istədiyini bildirmişdir.Vahid atasına xx.xx.2022-ci il tarixdə atasının evində görüşüb həmin məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir.O da bu məsələyə aydınlıq gptirmək üçün atasıgilə gəlmişdir.Saat 19 radələrində evdə üzləşmə zamanı Vahid atasına Günayla münasibətdə olduğunu təkzib edərək sonuncunun onu şərlədiyini bildirmişdir.Bundan sonra atası Günaydan azyaşlı uşaqlarının Günayın Vahidlə münasibətdə olduğunu və görüşdüyünü deyərək uşağı gətirmək istədikdə Günay və onun anası Məlahət atasının üzərinə hücum çəkərək uşağı gətirməyə imkan verməmişlər.Bundan sonra onlar anlamışlar ki, Günay vıə anası Məlahət həqiqəti demək istəmirlər.Bu səbəbdən onlar arasında yaranmış mübahisə zamanı gəlinləri Günay, anası Məlahət və Vahid onun ünvanına nəlayiq ifadələr işlədərək təhqir etmişlər.O da onlara söyüşlə cavab verdikdə mübahisə daha da qızışmışdır.Mübahisə zamanı Günay təpiklə onun sağ bud nahiyəsinə, bundan sonra anası Məlahət əlləri ilə onun hər iki bilək və qol nahiyələrinə vurmuşdur.Bu vaxtı atası araya girmiş və onları ayırmağa çalışmışdır.Buna baxmayaraq Vahiddə onu nəlayiq söyüşlərlə söyüb təhqir edərək yumruqla onun sol gicgah nahiyəsinə vurmuşdur.O tarazlığını saxlaya bilməyib yıxılmış və başının arxa hissəsi divara dəymişdir.Daha sonra o 102 xidmətinə məlumat vermiş və onlar polisin gələcəyini bilib qaçıb getmişlər.Hadisə zamanı o xəsarət almışdır, həmin vaxt evdə atasından başqa kənar şəxslər olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İşdə olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Tahir Əzizov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X3 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın 730 saylı 21,07.2022-ci il tarixli rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər-sol gicgah nahiyəsinin, sağ bazunun, sağ budun şişkinlik halında əzilməsi, sol bazunun qançırı və sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir.Yuxarıda qeyd olunan xəsarətləri X3 özü-özünə yetirməsi nəticəsində törənməsi inkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4494/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4494/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver