Məhkəmə qərarları › İş №3(004)-45/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-45/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-45/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 08 oktyabr 2021-ci il tarixində saat 10:53 radələrində Bakı şəhəri Xəqani 45 küçəsində "Yol hərəkəti haqqında" AR Qanunun dayanma qaydalarını pozulmağına qörə İnzibati Xətalar Məcəlləsinin 346.1- ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törətdiyinə görə, EQ ******* saylı inzibatı tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokoldan 12.10.2021 ci il tarixdə “Asan Ödəniş" portalı vasitəsi də elektron qaydada şikayətini bildirmişdir. Bakı ş. Xəqani 45 küçəsinin sol tərəfində dayanma və durma qadağa edıcı heç bir nişan olmadığı üçün o, parklanma üsulunu pozmağına gorə yəni İXM-nın 346-1.2 maddəsi ilə cərimə oluna bilərdi, hazırda barəsində səhv qərar tərtib olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayəti müdafiə edərək təmin edilməsini, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08.10.2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 tərəfindən 08.10.2021-ci il tarixdə 10:53 radələrində idarə etdiyi “Honda pilot” minik markalı 99OR310 dövlət qeydiyyat nişanlı avtomobilin dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X2 tərəfindən dayanma qaydalarının pozulması öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarda göstərilmiş vaxtda X2 tərəfindən dayanma qaydalarının pozulması barədə heç bir əsaslandırma (sübut) mövcud deyildir. Digər tərəfdən şikayət ərizəsinə əlavə edilmiş, həmin yerdə quraşdırılmış yol nişanının (5.15-duracaq yeri) foto şəklindən görünür ki, E.Bektimirov avtomobilini duracağa icazə verilən yerdə saxlamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08.10.2021-ci il tarixli, EQ ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar