Məhkəmə qərarları › İş №3(004)-4501/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4501/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4501/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilmiş Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi X4 X1 iştirakı ilə, X1 Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat cərimə edilmişdir. **-FE-*** dövlət qeydiyyat nişanlı, BMW 320 Minik markalı avtonəqliyyat vasitəsi qardaşı X7 məxsusdur. O, Avtonəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində hərəkətdə olarkən ona saxla əmri verilmişdi, və nəqliyyat vasitəsinə heç bir baxış keçirilmədən qanunsuz olaraq ona İXM-nin 342.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Buna görədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. X9 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, onun idarə etdiyi avtomobilin üzərində istehsalçı tərəfindən nəzərdə tutulmayan səsboğucunun quraşdırılmasından (olmasından) xəbərdardır və o, hesab edir ki, həmin avadanlığın quraşdırılnması qanunvericiliyin tələblərinə zidd deyildir. Qərarından şikayət verilən Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi X6 qərarı müdafiə edərək bildirmişdir ki, X5 idarə etdiyi avtomobilə baxış keçirilərkən həmin avtomobildə mühərrikin səs gücünün artirılması üçün həmin avtomobil üçün nəzərdə tutulmayan səsboğucu quraşdırıldığı aşar edilmişdir. Bu halnan bağlın aydınlaşdırılması məqsədi ilə ixtisaslaşdırılmış müəssisəyə müraciət edilmiş və onların təqdim etdiyi akta əsasən sözügedən avtomaşına zavod tərəfindən nəzərdə tutulmuş avadanlıq dəyişdirilmiş və mühərrikin səs gücünün artırılması məqsədi ilə “kustar” üzulla hazırlanmış avadanlığın quraşdırılması faktı öz təsdiqini tapmışdır.Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə saat 23:49-da Bakı şəhəri Yasamal rayonu Abdulvahab Salamzadə məhəllə 593, 2 c ərazisində “BMW 320” minik markalı **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə baxışı zamanı baxış keçirilmiş, protokolda yazılanlar göstərilən video görüntülərdə öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli X12 Servisin 009 saylı Aktından görünür ki, xx.xx.2022-ci tarixində 77FE578 qeydiyyat nişanli bmw *** **** markali wbacb21000al75041 şassili avtomobil yasamal ypx-nin əməkdaşlarin iştrakı ilə avtomaşina baxiş keçirilmiş, avtomaşinda zavod tərəfindən nəzərdə tutulmuş avadanliq dəyişdirilmiş və "kustar" usulla hazirlanmiş avadanliq mühərrikin səs gücünün artirilması məqsədi ilə normativ tələblər pozularaq təchiz olunması müəyyən olunmuşdur. Avtomobilin səs boğucu sisteminə edilən konstruksiya dəyişikliyi avtomobilin mühərrikinin səsinin gücləndirilməsinə və işlənmiş qazların ekoloji standartlara uyğun olmayaraq xaric edilməsinə səbəb olur. AZS ECE 51-2012 standartının 6.2.2.1 bəndindən səs səviyyəsinin hədlərini müəyyən edən çıxarışdan görünür ki, sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş, sürücünün oturacağı daxil olmaqla oturacaqlarının sayı 9-dan çox olmayan nəqliyyat vasitələri üzrə səs səviyyəsinin maksimal həddi 74 db müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və yadəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar