Məhkəmə qərarları › İş №3(004)-4515/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4515/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4515/2025 10.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə X1 və X2 Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, EQ 28765746 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 və X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, EQ 28765746 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, taksi fəaliyyəti ilə məşğul olarkən günün pik vaxtlarında hərəkətdə olanda sağa dönərkən qarşısında sıxlıq olduğu üçün yaşıl işıqda keçmiş, qarşısında avtomobil dayanmışdır və bu anda qırmızı işıq yanmışdır. O isə keçməyərək maşını arxaya vermişdir. Onun barəsində EQ 28765746 nömrəli, xx.xx.2025ci il tarixli qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, EQ 28765746 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və barəsində İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, EQ 28765746 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 23 iyun 2025-ci il tarixli, EQ 28765746 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində, saat 13:55:59-da Qis-2-Talıblı-Ə.Əhmədov küç M.Xiyabani küçəsi istiqamətində “BYD minik markalı”, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməyərək İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuş və 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixində, saat 13:55:59-da Qis-2-Talıblı-Ə.Əhmədov küç M.Xiyabani küçəsi istiqamətində “BYD minik markalı”, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada keçidinin üzərində dayanmış və daha sonra avtomobili arxaarxaya idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.1-ci maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə videogörüntünü və digər sübutları müqayisəli təhlil edərək, xx.xx.2025-ci il tarixində, saat 13:55:59-da Qis-2-Talıblı-Ə.Əhmədov küç M.Xiyabani küçəsi istiqamətində “BYD minik markalı”, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin piyada keçidinin üzərində dayandığını, daha sonra avtomobilin arxa-arxaya idarə edildiyini və nəticədə yol nişanlarının tələblərinə riayət edilmədiyi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, EQ 28765746 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli, EQ 28765746 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar