Məhkəmə qərarları › İş №3(004)-4518/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4518/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4518/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində saat 15:14 radələrində Bakı Baş Gömrük İdarəsindən "Samur" gömrük postuna təyinat alan ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən Rusiya Federasiyası, Moskva şəhəri, ext.ter. bələdiyyə rayonu Municipialniy, Bogorodskoe vil, Boyçovaya küç, ev 27, ofis 316 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə **********2194 nömrəli bəyannamə ilə rəsmiləşən, brutto çəkisi 21400 kq, invoys dəyəri 10000000(on milyon) rus rublu olan "tərkibində piyin miqdarı 82.5 kütlə faizdən çox olmayan təbii kərə yağları" yükü aparan 0468XK05/BK577878 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində saat 22:45 radələrində "Samur" gömrük postunun terminalına çatmışdır. Bundan sonra 0468XK05/BK577878 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində saat 02:09 radələrində "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olmuşdur. Yük nəqliyyat vasitəsinin tərəzidəki çəkisinin faktiki sənədlərdə göstərilən çəkisi ilə müqayisəsi zamanı uyğunsuzluq aşkarlanmış, bu səbəbdən xx.xx.2025-ci il tarixində saat 07:45 radələrində 0468XK05/BK577878 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi uyğunsuzluğun aradan qaldırılması üçün "Samur gömrük postunun terminalına yönləndirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində X1 alınan məlumat əsasında məlum olmuşdur ki, 0468XK05/BK577878 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi "Samur" gömrük postunun terminalina girməmiş, gömrük orqanlarına məlumat vermədən "tərkibində piyin miqdarı 82.5 kütlə faizdən çox olmayan təbii kərə yağları" yükünü digər yerdə boşaltmış və X2 istiqamətində hərəkət etmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də məhkəmə İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın və və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Samur” Gömrük Postunun rəisi Elçin Hacıbalayev tərəfindən Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimova ünvanlanmış 12 iyun 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 15:14 radələrində Bakı Baş Gömrük İdarəsindən "Samur" gömrük postuna təyinat alan ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən Rusiya Federasiyası, Moskva şəhəri, ext.ter. bələdiyyə rayonu Municipialniy, Bogorodskoe vil, Boyçovaya küç, ev 27, ofis 316 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə **********2194 nömrəli bəyannamə ilə rəsmiləşən, brutto çəkisi 21400 kq, invoys dǝyǝri 10000000(on milyon) rus rublu olan "tərkibində piyin miqdarı 82.5 kütlə faizdən çox olmayan təbii kərə yağları" yükü aparan 0468XK05/BK577878 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində saat 22:45 radələrində "Samur" gömrük postunun terminalına çatmışdır. Bundan sonra 0468XK05/BK577878 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində saat 02:09 radələrində "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olmuşdur. Yük nəqliyyat vasitəsinin tərəzidəki çəkisinin faktiki sənədlərdə göstərilən çəkisi ilə müqayisəsi zamanı uyğunsuzluq aşkarlanmış, bu səbəbdən xx.xx.2025-ci il tarixində saat 07:45 radələrində 0468XK05/BK577878 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi uyğunsuzluğun aradan qaldırılması üçün "Samur" gömrük postunun terminalına yönləndirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində X1 alınan məlumat əsasında məlum olmuşdur ki, 0468XK05/BK577878 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi "Samur" gömrük postunun terminalına girməmiş, gömrük orqanlarına məlumat vermədən "tərkibində piyin miqdarı 82.5 kütlə faizdən çox olmayan təbii kərə yağları" yükünü digər yerdə boşaltmış və X2 istiqamətində hərəkət etmişdir. 04 iyun 2025-ci il tarixli, **********2194 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 04 iyun 2025-ci il tarixdə ümumilikdə brutto çəkisi 21400 kq, invoys dǝyǝri 10000000(on milyon) rus rublu məbləğində mallar bəyan olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 491.3 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 491.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar