Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4551/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 94/48 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal RPİ-nin 27-ci Poli Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal RPİ-nin 27-ci Poli Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Yasamal rayonu ərazisində narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanılaraq, müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 5 ay əvvəl narkotik vasitə istifadə etmişdir. Lakin saxlanılarkən narkotik vasitə istifadə etməmişdir. Bütün göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal RPİ-nin 27-ci Poli Şöbəsinin sahə inspektoru Vüsal Məmmədov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Yasamal rayonu ərazisində narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanılaraq, müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 5585 saylı Amblator X1 rəyində Şəxs götürülmüş sidik və ya qan nümunəsində narkotik və ya psixotrop maddə istifadə etməsinə dair hər hansı bir qeyd yoxdur. Rəyə əsasən onun yalnız narkomaniya xəstəliyinin olması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd edilmişdir. Bununla da Şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra narkotik vasitələrdən istifadə etdiyi üçün təqsirli bilinsə də, yuxarıda qeyd edilən tibbi müayinə sənədlərinə əsasən onun nnarkotik və ya psixotrop maddə istifadə etməsi ilə bağlı hər hansı bir rəy və ya tibbi sənəd mövcud deyildir, bu səbəbdən də onun inzibati xəta törətməsinə dair sübut mövcud deyildir. Belə ki, İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati xəta kimi müəyyən edilsə də, həmin maddədə göstərilən maddələrdən istifadə etməsi öz təsdiqini tapmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4551/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4551/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver