Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4555/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4, Tələbkar (zərərçəkmiş şəxs) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1984-cü il tarixdə Hamamlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-453/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqələrinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X9 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu tərəfindən icra qeydi üzrə yaranmış borc tam olaraq ödənilməmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xalası uşaqlıqdan onu övladlığa götürmüş və öz evini də vərəsilik əsasında ona vermişdir. Hal-hazırda həmin evdə onun keçmiş həyat yoldaşı Yeganə Əliyeva və onun üç azyaşlı övladı yaşayırlar. Həmin evin kommunal ödənişləri ilə bağlı qəbzlər də onun adına gəlir. Bu da onun evin sahibinin olduğunu təsdiq edir. Həmin fərdi yaşayış evinin həyətində əsas evdən əlavə iki ayrı otaq vardır. Həmin otaqların da mülkiyyətçisi özüdür. Otaqlardan biri icarəyə verilmişdir, boşandıqları gündən təminən 4 ilə yaxındır ki, hər ay 130 manat icarəhaqqını onun keçmiş həyat yoldaşı X5 alır. Eləcə də, onun tərəfindən keçmiş həyat yoldaşı və övladlarının yaşadıqları evin təmiri üçün də müəyyən məbləğdə pul xərcləmişdir. Bundan əlavə, o, övladları ilə görüşdükdə onlara əlavə xərclərini qarşılamaları üçün hər dəfə 20-30 manat olmaqla pul verir. Hazırda borcun ümumi məbləğindən 375 manat ödəməyə hazır olduğunu bildirmiş və tələbkarla aralarında razılıq əldə edildiyini qeyd etmişdir. Barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 borclunun ona 7500 (yeddi min beş yüz) manat məbləğində pul ödəməli olduğunu bildirmişdir. Eləcə də, o, Şəxs məxsus fərdi yaşayış evində övladları ilə birlikdə yaşadığını və hər ay 130 manat icarəhaqqı alması faktını təsdiqləmişdir. Hazırda borcun ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunduğuna görə Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-453/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməlidir. Alimentin tutulma müddəti 07 noyabr 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan barışıq ərizəsindən görünür ki, tələbkar X2 borclu Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ona borclu Şəxs tərəfindən 375 (üç yüz yetmiş beş) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin könüllü icrası müddəti keçmədiyindən və həmin müddət ərzində Şəxs tərəfindən X5 ilə aralarında borcun ödənilməsi ilə bağlı razılaşma əldə edildiyindən, tələbkarın ondan heç bir şikayət və tələbi olmadığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4555/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4555/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver