Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4560/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin sahə inspektoru X2, Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi (oğlu) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs aralarında baş vermiş şəxsi münaqişə zəminində Zərərçəkmiş şəxs2 Respublika Kliniki Xəstəxanasında döymüşdür və fakt əsasında xx.xx.2023-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 bildirmişdir ki, 09 mart 2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar əsasında tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək dayısı Zərərçəkmiş şəxs1 qeyri-rəsmi olaraq yaşadığı Zərərçəkmiş şəxs2 onun haqqında yaxın qohumlarına qeyri-etik, “Tik-tok”-da tərbiyəsizliklə məşğul olması, pozğun qadın olması, şərəf və ləyaqətini alçaldan söhbətlər danışdığını, bu səbəbdən ciddi problemlərlə qarşılaşdığını bildirmiş və Zərərçəkmiş şəxs2 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə və Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə dayısı Zərərçəkmiş şəxs1 qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs2 tərəfindən Respublika Kliniki Xəstəxanada döyülməsi və təhqir edilməsi barədə məlumat vermişdir. Belə ki, Zərərçəkmiş şəxs2 anası Suqra Hüseynovanın və onun barəsində kənar şəxslərə qeyri-etik sözlər danışmış və bundan əsəbiləşərək xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Zərərçəkmiş şəxs2 çalışdığı Respublika Kliniki Xəstəxanasının laboratoriya şöbəsinə getmiş, Zərərçəkmiş şəxs2 orada olmadığı üçün iş yoldaşlarına onu çağırmalarını demiş, bir qədər sonra o gəlmiş və ondan hansı səbəbdən onun pozğunluq etdiyi barədə şaiyələr və həqiqəti əks etdirməyən məlumatlar yaydığını soruşduqda, o, cavab olaraq əlini öz sinəsinə vuraraq “yaxşı eləmişəm” ifadəsini işlətmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs2 üzünə tüpürmüşdür. Bu vaxt Zərərçəkmiş şəxs2 onun saçından tutmuşdur. O da əliylə onun üzündən vurmuşdur. Dırnaqları uzun olduğundan onun üzündə dırnaqlarının izləri qalmışdır. Ətrafda olan insanlar onları aralamışdırlar və ürəyi soyumadığından onun ünvanına təhqiramiz ifadələr işlətmiş və oranı tərk etmişdir. Zərərçəkmiş şəxs2 onun dayısı Zərərçəkmiş şəxs1 rəsmi nikah münasibətlərində olduğu həyat yoldaşından və ailəsindən ayırmışdır. Onun dayısı Zərərçəkmiş şəxs1 hələ də öz həyat yoldaşı ilə rəsmi nikah münasibətlərini pozmamışdır. Bununla kifayətlənməyərək Zərərçəkmiş şəxs2 bir müddətdir ki, onun barəsində də qohumları arasında yalan məlumatlar yaymış və onun öz ailəsindən uzaqlaşmasına səbəb olmuşdur. O da əlacsız qalıb buna son qoyması üçün Zərərçəkmiş şəxs2 çalışdığı müəssisəyə getmiş və ondan hansı səbədən ona qarşı belə ifadələrdən istifadə etdiyini müəyyənləşdirmək istəmişdir. Son olaraq, o, himayəsində iki azyaşlı övladının olduğunu, yoldaşının cəzaçəkmə müəssisəsində olduğunu və ailəsini dolandıran şəxsin olmadığını nəzərə alaraq, onun barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi X3 bildirmişdir ki, zərərçəkmiş şəxs onun anasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdikləri həqiqətə uyğun deyildir, belə ki, Zərərçəkmiş şəxs1 onun doğma atasıdır və onlarla bir evdə yaşayır. Onun anasının kiminlə hansı nikah münasibətlərində olduğu nə Şəxs, nə də onun qohumlarını maraqlandırmamalıdır. Şəxs anası olan X6 Hümbətovanın digər oğlunun mülki qaydada baxılan işində yalançı şahidlik etməsi aralarında olan münaqişəninin daha da böyüməsinə səbəb olmuşdur. S.Hüseynova tərəfindən edilmiş bu hərəkət nəticəsində qətnamə çıxarılmış və həmin sənədə əsasən onların 7000 manat məbləğindəki pulu ödəməli olduqları qət edilmişdir. Şəxs Zərərçəkmiş şəxs2 çalışdığı iş yerinə basqın edərək, başına onun iş yoldaşlarını yığmış, anası barəsində təhqiramiz ifadələrdən istifadə etmişdir. Bunu görən anası Zərərçəkmiş şəxs2aa ona yaxınlaşmaq məcburiyyətində qalmışdır. Şəxs isə onun köməksiz vəziyyətdə olduğundan istifadə edərək ona hücum etmiş və müxtəlif dərəcələri xəsarətlər yetirmişdir. Eləcə də, o bildirmişdir ki, Azərbaycan Respublikasının bir sıra dövlət orqanına Şəxs ilə bağlı müvafiq təbdirlərin görülməsi üçün müraciət etmiş, lakin müvəffəq olmamışdır. Hətta mühafizə orderi belə almaq istəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun Zərərçəkmiş şəxs2 oğlu kimi həmin vaxt xaricdə təhsil almasından, fiziki olaraq anasının yanında olmamasından və həyatının ən gərgin dönəmlərindən biri olan imtahan sessiyası vaxtı olmasından sui-istifadə edərək anasını döymüşdür. O, məhkəmədən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 09 mart 2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Şəxs qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın sürəti Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatı və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir, lakin o, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın 09 mart 2023cü il tarixində qəbul edildiyinə baxmayaraq, inzibati xəta haqqında protokol 01 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş və həmin tarixdə baxılması üçün aidiyyatı məhkəməyə göndərilmişdir. Beləliklə, iş üzrə inzibati məsuliyyətə cəlb etmək üçün inzibati qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsi cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bir sıra hallarda o, cümlədən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlbetmə müddəti ötürüldüyündən AR İXM-nin 53.1.6-cı maddəsinə uyğun olaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin inzibati məsuliyyətə cəlbetmə müddəti ötürüldüyündən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə uyğun olaraq xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4560/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4560/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver