Məhkəmə qərarları › İş №3(004)-4560/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4560/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4560/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Cəbrayıl rayonu, Mahmudlu stansiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəbrayıl rayonu, Mahmudlu stansiyasında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları xidmətdə olan zaman Yasamal rayonu, Spartak körpüsünün yaxınlığında 01 nəfər şəxsin yolun hərəkət hissəsində “Hyundai” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında yerə uzanmış vəziyyətdə görüb ona yaxınlaşmışlar. Həmin şəxsin halı pisləşərək ürəyi getməsi mülki geyimdə olan polis əməkdaşları tərəfindən aşkar olundu. Onlar həmin şəxsə ilk tibbi yardım göstərərək, TTTY-na məlumat vermişlər. Bu zaman 2 nəfər şəxs polis əməkdaşlarına yaxınlaşıb işlərinə maneçilik törədərək, "Siz kimsiniz? Bəlkədə həmin şəxsin avtomaşınından oğurluq edirsiniz" ifadəsini işlətmişlər. Polis əməkdaşları həmin şəxslərə özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək, onlardan işlərinə maneçilik etməmələrini bildirmişlər. Bundan sonra həmin şəxslər 27-ci PŞ-nə təmin olunmuşlar. PŞ-də məlum olmuşdur ki, həmin şəxslər X4 və Şəxsdur. Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sonuncu polis şöbəsində olan zaman özünü nizam-intizamlı aparmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, qardaşı ilə birlikdə 30 may 2025-ci il tarixdə Yasamal rayonu ərazisində, Spartak körpüsünün yaxınlığında piyada hərəkət edərkən bir nəfərin yıxıldığını görmüşlər. Qardaşı dərhal təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Həmin vaxt yerdə yıxılmış şəxsin cibinə əl atıldığını görmüş və bu hərəkəti soyğunçuluq kimi dəyərləndirmiş, buna görə həmin şəxsə yaxınlaşaraq etirazını bildirmiş və hərəkətinə əngəl olmağa çalışmışdır. Bu zaman aralarında mübahisə yaranmışdır. Lakin mübahisə zamanı heç bir təhqiramiz ifadə işlətməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs polis əməkdaşı imiş və yıxılmış şəxsə yardım məqsədilə yaxınlaşmışdır. Lakin o, hadisə zamanı qarşısındakı şəxsin polis əməkdaşı olduğunu bilməmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X3 izahatında bildirmişdir ki, növbədə olan zaman xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Yasamal rayon Spartak körpüsünün yaxınlığında 1 nəfər şəxsin yolun hərəkət hissəsində “Hyundai” markalı **-HT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yanında yerə uzanmış vəziyyətdə görüb ona yaxınlaşmışlar. Həmin şəxsin halı pisləşərək ürəyi getməsi aşkar olunmuşdur. Onlar həmin şəxsə ilk tibbi yardım göstərərək, TTY-na məlumat vermişlər. Bu zaman iki nəfər şəxs onlara yaxınlaşıb işlərinə maneçilik törədərək, "Siz kimsiniz? Bəlkədə həmin şəxsin avtomaşınından oğurluq edirsiniz" ifadəsini işlətmişlər. Onlar həmin şəxslərə özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək, onlardan işinə maneçilik etməmələrini bildirmişlər. Lakin həmin şəxslər öz qanunsuz əməllərini davam etdirərək, onlara məhəl qoymayıb, nəlayiq ifadələr işlətmişlər. Onlar həmin şəxsləri 27-ci PŞ-nə dəvət etmişlər. Poliş Şöbəsində məlum oldu ki, həmin şəxslər X4 və Şəxsdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şəxs ilə aralarında anlaşılmazlıq baş vermiş hazırda münasibətlər tam normal olmaqla heç bir şikayətləri yoxdur. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Şəxs hadisə zamanı qarşısındakı şəxsin polis əməkdaşı olduğunu bilməmiş, həmçinin bilməli də olmamışdır. Həmçinin Şəxs ictimai asayişi kobud şəkilə pozan hərəkətlərə də yol verməmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: 01 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 01 iyul 2025-ci il tarixli raport ilə təsdiq olunmuşdur. 01 iyul 2025-ci il tarixli, AZA seriyalı ******* nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 01 iyul 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları xidmətdə olan zaman Yasamal rayonu, Spartak körpüsünün yaxınlığında 01 nəfər şəxsin yolun hərəkət hissəsində “Hyundai” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında yerə uzanmış vəziyyətdə görüb ona yaxınlaşmışlar. Həmin şəxsin halı pisləşərək ürəyi getməsi polis əməkdaşları tərəfindən aşkar olundu. Onlar həmin şəxsə ilk tibbi yardım göstərərək, TTTY-na məlumat vermişlər. Bu zaman 2 nəfər şəxs polis əməkdaşlarına yaxınlaşıb işlərinə maneçilik törədərək, "Siz kimsiniz? Bəlkədə həmin şəxsin avtomaşınından oğurluq edirsiniz" ifadəsini işlətmişlər. Polis əməkdaşları həmin şəxslərə özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək, onlardan işlərinə maneçilik etməmələrini bildirmişlər. Lakin həmin şəxslər öz qanunsuz əməllərini davam etdirərək, polis əməkdaşlarına məhəl qoymayıb, onları nalayiq ifadələrlə təhqir edirdilər. Polis əməkdaşları həmin şəxsləri 27-ci PŞ-nə dəvət etsə də onlar polis əməkdaşlarına tabesizlik göstərərək, öz qanunsuz əməllərini davam etdirmişdirlər. Həmin şəxslərdən biri qaçaraq avtomaşınına əyləşmək istəyərkən polis əməkdaşları onu tutmağa çalışan zaman həmin şəxslər onlara müqavimət göstərərək, əl-qol hərəkətləri ilə onları itələyib qaçmağa cəhd göstərdilər. Həmin şəxslər əmələ hüquqi qiymət verilməsi üçün saxlanılaraq 27-ci PŞ-nə təmin olunmuşlar. PŞ-də məlum olmuşdur ki, həmin şəxslər X4 və Şəxsdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Spartak körpüsü yaxınlığında yerdə yıxılmış bir vətəndaşa qarşı yardım məqsədilə yaxınlaşan digər şəxsin hərəkətlərini yanlış dəyərləndirərək müdaxilə etmişdir. Hadisə zamanı qarşısındakı şəxsin polis əməkdaşı olduğunu bilməmişdir. Şəxs qeyd edilən norma ilə inzibati məsuliyyətə cəlb olunması, yəni polis işçisinin qanuni tələbini qəsdən yerinə yetirməməsi üçün şəxsin polis əməkdaşı olduğunu bilməsi zəruridir. Beləliklə məhkəmə tərəfindən Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmamışdır. Bu da məhkəmə tərəfindən belə nəticəyə gəlməyə əsas verir ki, sonuncunun əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın tərkibi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi müəyyən olunmamışdır. Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Spartak körpüsü yaxınlığında yerdə yıxılmış bir vətəndaşa qarşı yardım məqsədilə yaxınlaşan digər şəxsin hərəkətlərini yanlış dəyərləndirərək müdaxilə etmişdir. Bu zaman tanımadığı həmin şəxslə etiraz zəminində sözlü mübahisə etmişdir. Hadisə zamanı baş vermiş davranış sırf sözlü mübahisə xarakterli olmuşdur. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməsi öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri aşkar edilmədiyindən həmin hissədə inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hazırki vəziyyətdə Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətlərinə rast gəlinmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməsi məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar