Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4571/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X3, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsinin 25 iyun 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsinin 25 iyun 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolundan şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “X12” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mətbuat prospekti- Nəşriyyat küçəsi kəsişməsində hərəkətdə olarkən qarşıdan işıqforun yaşıl işığına sola yandığını görüb sola geridönüş etmişdir. Qarşıdan gələn **-YP-*** markalı YPX-nin avtomobilini idarə edən DYPŞ-nin YPX inspektoru onu saxlayaraq yol hərəkəti qaydasını pozduğumu iddia etmişdir. Bu zaman 100 manat, 3 bal tətbiq edəcəyini bildirmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur, çünki o, işıqforun ona icazə verdiyi sola dönmədən istifadə etmişdir. O, YPX əməkdaşına işıqforun saniyələr fərqinin olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsinin 25 iyun 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolunun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsinin tərtib etdiyi 17 may 2025-ci il tarixli EQ seriyalı 27990546 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X7 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X13 İdarəsi yol-patrul xidməti inspektoru X5 izahatında bildirmişdir ki, X6 tərəfindən yol hərəkəti qaydalarının pozulması vizual şəkildə aşkar olunduğundan onun tərəfindən saxlanılmışdır. Beləki, Mətbuat prospektində “X12” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qadağanedici işarəsinin tələblərini pozaraq hərəkətini davam etdirmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsinin 25 iyun 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 “X12 MİNİK” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 25 iyun 2025-ci il tarixdə, saat 17:15-də Bakı şəhəri, Mətbuat prospekti-Nəşriyyat küçəsi kəsişməsində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X6 “X12 minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 25 iyun 2025-ci il tarixdə, saat 17:15-də Bakı şəhəri, Mətbuat prospektində hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin 1-ci bəndinin 2-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 59-cu maddəsinin 4-cü bəndinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. 60-cı maddəsinin 1-ci bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. 60-cı maddəsinin 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, protokol qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin protokolla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və protokolun dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin videogörüntüyə baxış keçirilərkən X6 tərəfindən svetoforun qadağanedici işarəsi verildikdən sonra hərəkətini davam etdirməsi nəticəsində yol hərəkəti haqqında qanunun tələblərinin pozulması öz təsdiqiqni tapmışdır. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə protokolın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, protokol qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən protokol dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2in Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsinin 25 iyun 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayət təmin edilməsin, həmin protokol dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4571/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4571/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver