Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4588/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1965-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7697/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1465 (min dörd yüz altmış beş) manat məbləğində borc tutularaq tələbkar “X11” MMC-yə verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-130/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 12.030 (on iki min otuz) manat məbləğində borc tutularaq tələbkar X4 verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4800/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 303,26 (üç yüz üç manat 26 qəpik) manat məbləğində borc tutularaq tələbkar X2 verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2480/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 71894,55 (yetmiş bir min səkkiz yüz doxsan dörd manat 55 qəpik) manat məbləğində borc tutularaq tələbkar X1 verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1168/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1430 (min dörd yüz otuz) manat məbləğində borc tutularaq tələbkar X2 verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-6296/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1786,27 (min yeddi səksən altı manat 27 qəpik) manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-yə verilməlidir. Daha sonra Bakı şəhəri 14 saylı Notariat Kontorunun 25027/2017-53-14 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1800 (min səkkiz yüz) manat məbləğində borc tutularaq X5 verilməlidir. Daha sonra Bakı şəhəri 19 saylı Notariat Kontorunun 85683/2017-53-14 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1392 (min üç yüz doxsan iki) manat məbləğində borc tutularaq X5 verilməlidir. Borclu həmin icra sənədlərini icra etməmişdir. Borclu icra vərəqələrində göstərilən tələbləri tam icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində olan icra sənədlərindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Maddi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Hazırda da imkanı olmadığı üçün ödəyə bilmir. Borcu hissəhissə imkanı olduqca ödəyəcəkdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, borcunu ödəməmişdir, bununla da icradan yayınmış və üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7697/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1465 (min dörd yüz altmış beş) manat məbləğində borc tutularaq tələbkar “X11” MMC-yə verilməlidir. Daha sonra iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-130/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 12.030 (on iki min otuz) manat məbləğində borc tutularaq tələbkar X4 verilməlidir. Daha sonra iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4800/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 303,26 (üç yüz üç manat 26 qəpik) manat məbləğində borc tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. Daha sonra iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2480/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 71894,55 (yetmiş bir min səkkiz yüz doxsan dörd manat 55 qəpik) manat məbləğində borc tutularaq tələbkar X1 verilməlidir. Daha sonra iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1168/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1430 (min dörd yüz otuz) manat məbləğində borc tutularaq tələbkar X2 verilməlidir. Daha sonra iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e- 2(004)-6296/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1786,27 (min yeddi səksən altı manat 27 qəpik) manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-yə verilməlidir. Daha sonra iş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Kontorunun 25027/2017-53-14 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1800 (min səkkiz yüz) manat məbləğində borc tutularaq X5 verilməlidir. Daha sonra iş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat Kontorunun 85683/2017-53-14 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1392 (min üç yüz doxsan iki) manat məbləğində borc tutularaq X5 verilməlidir. İcra məmuru tərəfindən xx.xx.2016-cı il, xx.xx.2014-cü il, xx.xx.2016-cı il, xx.xx.2018-ci il, xx.xx.2017-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin qadın olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4588/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4588/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver