Məhkəmə qərarları › İş №3(004)-460/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-460/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-460/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, xx xxxx 1998-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə zərərçəkmiş şəxsin və Bakı şəhəri Yasamal RPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, “Yamaha” markalı, 99-F-531 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Şəxs hərəkətdə olarkən sağa doğru manevri təhlükəsiz etməli və digər hərəkət iştirakçılarına təhlükə yaratmamalı olduğu halda göstərilənlərə əməl etməyərək həmin vaxt yol tıxac olduğu üçün tez çatmaq məqsədi ilə sağa doğru manevr edib avtobus zolağına daxil olaraq həmin yolla sürət alıb yoluna davam etmək istəyərkən idarəetməni itirib motosikletin yerə aşaraq asfaltın üzəri ilə sürüşüb yolun kənarında dayanmış piyadalara toxunmasına və nəticədə X7 ilə X3 yüngül dərəcəli bədən xəsarəti almasına, X1 isə dərəcəsi təyin edilməyən bədən xəsarəti almasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş maddələrin dispozisiyasına əsasən şəxsin həmin maddələrlə cinayət məsuliyyətinə cəlb olunması üçün zərərçəkmiş şəxsə az ağır və ya ağır xəsarət yetirilməli, habelə zərərçəkmiş şəxsin ölümü baş verməlidir. Bundan başqa zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Toplanmış materialdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Şəxs “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin tələblərinə əməl etməməsi səbəbindən təqsirin ehtiyatsızlıq növündə törətdiyi əmələ görə X7 ilə X8 yüngül dərəcəli bədən xəsarəti, X4 isə dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Bundan başqa toplanmış materialdan görünür ki, hadisə zamanı Şəxs da xəsarət almış, baş vermiş hadisə onun təqsiri səbəbindən olduğundan, sonuncunun məhkəmə tibbi ekspertizadan keçirilməsinə zərurət olmamış və onun özünün aldığı xəsarətlə bağlı məsuliyyəti istisna ediləcəkdir. Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsində cinayət təqibini istisna edən hallar göstərilmişdir. Həmin hallar cinayət təqibi başlama haqqında məsələ həll edilərkən daxil olmuş materialların yoxlanılması zamanı aşkar olunduqda cinayət təqibinin başlanmasının rədd edilməsinə, cinayət təqibi gedişində aşkar olunduqda isə cinayət təqibinin xitam olunmasına səbəb olur. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cinayət tərkibinin yaranmasına səbəb olan sağlamlığa az ağır və ya ağır xəsarət yetirilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməli, qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 noyabr 2024-cü il tarixdə saat 18:31 radələrində “Yamaha FZ25 motosikl” markalı 99-F-531 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin rəyinə əsasən vətəndaş X1 almış olduğu xəsarətlər-sol əlin şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1079 nömrəli Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin rəyindən görünür ki, vətəndaş X3 almış olduğu xəsarətlər- sağ aşıq-baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bayır topuq nahiyəsinin və ayağın arxa səthinin şişkinliyi və qançırı, sağ baldırın əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1075 nömrəli Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin rəyindən görünür ki, vətəndaş X2 almış olduğu xəsarət- alının əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Yamaha FZ25 motosikl” markalı, 99-F-531 dövlət qeydiyyat nişanlı avtomaşınla 01 noyabr 2024-cü il tarixdə saat 18:31 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində ehtiyatsızlıq edərək X6 və X5 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 03 dekabr 2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 10 yanvar 2025-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 03 fevral 2025-ci il tarixdə daxil olmuşdur ki, bununlada həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar