Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4629/2024 05.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20069163 saylı elektron qərarından verdiyi şikayətə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20069163 saylı elektron qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20069163 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 istifadəsində olan “X6” minik markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M- 3, E-119, AH-8 Ələt-Astara-İran yolu, 32 km ərazisində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20km/saat həddində aşmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsinə görə barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixdə elektron qərar çıxarılmışdır. Göründüyü kimi DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20069163 saylı inzibati tənbeh vermə haqqında qərar (fiziki şəxs kimi) X4 barəsində qəbul edilmişdir. Təqdim edilmiş sənədlərdə inzibati xətanın törədildiyi yer kimi M-3, E-119, AH-8 Ələt-Astara-İran yolu, 32 km ünvanı qeyd edildiyindən və həmin inzibati ərazı Salyan rayonunun ərazisi olduğundan hazırkı şikayətə həmin ərazidə fəaliyyət göstərən məhkəmədə baxılmalıdır. Digər tərəfdən elektron məhkəmə informasiya sisteminin məlumatlarından görünür ki, X1 şəhər, S.Vurğun küçəsi, ev 52 ünvanında qeydiyyata alınmışdır. Lakin S.Əliyev hazırki şikayətində işə onun yaşayış yerində baxılması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə yeri Salyan rayonu ərazisidir. Ona görə də inzibati işə aidiyyəti üzrə Salyan Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20069163 saylı elektron qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4629/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4629/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver