Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-464/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi (BDYPİ) 29.09.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ-nin DYPİ-nin 29.09.2021-ci il tarixli EQ ******* nömrəli qərarın ləğv olunması və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə Akim Abbasov küçələrinin kəsişməsində sola dönmə edən zaman (327.1 - yol nişanlarının tələblərinə riayət edilməməsi - 327.1 -ci) maddəsi ilə elektron qaydada 40 manat məbləğində cərimə olunmuşdur. Hal-hazırda cərimə ödənilmədiyi üçün dəbbə pulu hesablanaraq məbləğ 65 manat olunmuşdur. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan hadisə ilə bağlı bildirmişdir ki, xidməti olaraq istifadəsində olan ** PZ *** qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı nəqliyyat vasitəsilə 29.09.2021-ci il tarixdə saat 08:05 radələrində Yasamal rayonu, Mətbuat pr. ilə Akim Abbasov küçələrinin kəsişməsində sola dönmə edən zaman əsassız olaraq (EQ 7907718) nömrəli elektron cərimə tərtib etmişdir. Sözü gedən ərazidə 10 il müddətə yaxındır yaşayır və bu dönmə əməliyyatını o, daxil gün ərzində yüzlərlə sürücü edir. Qeyd olunan yol hərəkəti istiqamətində gecə saatlarında işıqfordan 80-100 metr məsafədə ağac tutan yerdə (şəkil əlavə edilib) quraşdırılıb və Mətbuat pr. ilə gəlib geriyə dönmə əməliyyatını edən zaman sürücü üçün bu nişanı görməkdə məhdudiyyət yaranır. Paralel olaraq eyni yolun əks istiqamətində olan sağa və yaxud düz hərəkət istiqaməti bildirən nişan yolun üzərində 2 dəfə qeyd olunub (1 ədəd nişan 80-100 metr məsafədə. 1 ədəd tam işıqforun yanında) (şəkil əlavə edilib) burada sürücü üçün hərəkəti nizamlama məlumat nişanlarının quraşdırılmasında tam şərait yaradılıb. Necə ola bilər ki, eyni statusa malik yolun qarşı tərəfində bütün nişanlama edilir, burada isə sürücülərin cərimələnməsi üçün bu cür vəziyyət yaradılır. Bu gün ölkəmizdə Cənab Prezident tərəfindən köklü islahatlar aparılır, məmurlara, dövlət qulluqçularına vətəndaşları əsassız incıdməmək barədə tapşırıqlar veririlir. Bununla əlaqədar X11 cənab V.Eyvazov tərəfindən cox ciddi addımlar atılır və o, bir vətəndaş olaraq, görülən işləri yüksək qiymətləndirir. Polis xalqın keşiyindədir, təhlükəsizliyin qarantıdır. Qeyd edilənləri nəzərə alaraq həmin qərarın ləğv edilməsinə və həmin yol nişanının tam görünməsinə şərait yaradılmasına və yaxud yerinin dəyişıdırilməsinə köməklik göstərmənizi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmədən Bakı şəhəri BPİ-nin DYPİ-nin 29.09.2021-ci il tarixli EQ ******* nömrəli qərarın ləğv olunması və inzibatı xəta haqqında ış üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini BDYPİ-i tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X6 əməlində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 29.09.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X6 yol nişanının tələblərinə riayət etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 64 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı və yeri 29.09.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə Akim Abbasov küçələrinin kəsişməsi kimi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin 17.12.2021-ci il tarixli məktubunda X5 bildirilmişdir ki, "xxxx" ASC-nin İnzibati İdarəetmə Departamentinin balansında olan «Hyundai» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı əsassız inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunması haqda Bakı Şəhər Baş Polis İdarəsi X12 İdarəsinin rəhbərliyinə ünvanladığınız 18.11.2021-ci il tarixli 43- 14635/2021 nömrəli məktubunuza baxılmışdır. Bildiririk ki, 29.09.2021-ci i! tarixdə «Hyundai» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisinin Bakı şəhərinin Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 18-ci bəndinin, yəni 1.18 zolaqlar üzrə hərəkət istiqamətləri yol nişanlanma xəttinin və 5.8.1 zolaqlarda hərəkət istiqamətləri məlumatverici-göstərici yol nişanının tələblərini pozması xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. DİN BDYPİ-nin X3 məlumatına əsasən nəqliyyat vasitəsinin vət.X4 istifadəsində olması müəyyən edildiyindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun iştirakı olmadan barəsində Məcəllənin 327.1-ci maddəsi üzrə EQ ******* nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Yol hərəkəti qaydasının pozulması xüsusi texniki vasitələrlə qeydə alınmış vdecgörüntülərə baxış keçirilərkən təsdiqini tapmışdır. Araşdırma zamanı törədilmiş inzibati xətanın aşkar olunması və sənədləşməsində nüquqazidd hərəkətlərə yo! verilməsi hallan müəyyən edilməmişdir. Qeyd edilən 29.09.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən videogörüntü məhkəməyə təqdim edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan respublikasının qanunun 65-ci maddəsinin İV hissəsinə əsasən 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli EQ ******* nömrəli qərar ləğv edilməlidir. Belə ki, X4 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin olunsun. X6 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-464/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-464/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver