Məhkəmə qərarları › İş №3(004)-465/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-465/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-465/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin EXP ******* saylı, 14.01.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş EPQ ******* saylı, 15.01.2022-ci il tarixli qərardan şikayət verərək, ona yazılan inzibati 211.2 tənbeh maddəsi qeyri qanunidir, çünki polis rəisi sahə inipektoru Hacıyev Nurlan onu görmədən, nə foto şəkil, nə video görüntü olmadan ona qeyri-qanuni protokol tədbiq etmişdir. Polis işçisinin cəzalandırmasını və ona dəymiş ziyana görə təzminat ödənilməsini təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 14.01.2022-ci il evdə olarkən 22:19 radələrində mobil nömrəsinə AR İXM-İN 211.2 maddəsində nəzərdə tutulmuş maddə telefon vasitəsi ilə “Asanpay” vasitəsi ilə ona cərimə haqqında məlumat daxil olmuşdur. Onun ardınca isə səhər saat 8:53-də 211.2-ci maddəsinin artıq qüvvəyə minməsi barədədə yenə bir “Asanpay” EQ8823940 protokol daxil olmuşdur. Yuxardakıları nəzərə alaraq onun heç bir yerdə masqasız gəzmədiyini düşünərək onu çox təcübləndirdi. Çünki o, özü Tibb işçisi olaraq bütün karantin normalarına riayət edərək hərəkət etmiş və mülki insanlarıda tanıdığı və tanımadığı şəxsləridə həmişə marifləndirici xəbərdarlıqlar etmişdir. Şikayət vermiş şəxs və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 15.01.2022-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X7 14.01.2022-ci il tarixdə saat 22:18 radələrində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərar EXP ******* saylı, 14.01.2022-ci il tarixli protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan qeyd edilən protokolun surətindən, həmçinin hazırkı şikayətdə də görünür ki, faktiki olaraq şikayət vermiş şəxs tərəfindən protokolda göstərilən əməlin törədilməsi, təsdiq edilir. Şikayətçi qərarın qanunsuz olması barədə hər hansı bir dəlil gətirməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin EXP ******* saylı, 14.01.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş EPQ ******* saylı, 15.01.2022-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar