Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4670/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi yol-patrul xidməti inspektoru, polis serjantı X8 X1 və onun vəkili X6 iştirakı ilə, X1 Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Yasamal DYPŞ-nin patrul xidmətinin polis kiçik serjantı X16 onun barəsində İXM-nin 342.3 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün İXP ******* №li inzibati akt tərtib etmişdir. Yəni mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırması və xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar edilmişdir. Halbuki, o xx.xx.2023 saat 21:00 radələrində Papanin adlanan ərazidə özünə məxsus olan İnfiniti G35 markalı **-LE-*** qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman Yasamal Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları onu saxlamış və maşınının səsboğucu sistemində guya konstruktiv dəyişiklik olduğuna görə hərəkətdən çıxarıb Yasamal rayonu ərazisində yerləşən cərimə meydançasına yerləşdirilmişdir. Ona nə təhvil-təslim aktı, nə də ki, dərhal yerində tərtib olunmalı olan inzibati xəta törətmə haqqında protokol və akt verilməmişdir. Sadəcə ona idarəyə gedib 5-ci otağa yaxınlaşaraq gücləndirilmiş iş rejimi ilə əlaqədar və vətəndaşlara kömək üçün iş vaxtından əlavə qalan polis əməkdaşının olduğunu və ona orda hərşey izah ediləcək deyərək oraya yönləndirmişlər. X5 İdarəsindən çıxıb DİN-in qaynar xətti olan 102 xidmətinə zəng edərək şikayətini bildirmiş və həmçinin qeyd etmişdirki o avtomobili 5 gündür alıb və avtomobil 5 gündür ki, texniki baxışdan keçib. xx.xx.2023 saat 10:00 da İdarəyə yaxınlaşıb eyni qaydada müvafiq sənədlərin ona verilməsini tələb etmiş və avtomobilinin normanın tələblərini pozmadığını bildirmişdir. Bu zaman polis əməkdaşı saat 16:00 da yenidən idarəyə yaxınlaşmağını və avtomobilinin "Meyvəli" adlanan ərazidə texniki baxış məntəqəsinə aparılacağını bildirmişdir. Şikayətçi saat 16:00 da yenidən idarəyə yaxınlaşaraq polis əməkdaşlı ilə birlikdə sözügedən yerə getmişdir. İlkin olaraq avtomobilin buraxılan qazların xaric etməsi yoxlanılmış və ona normativləri pozmadığını və qaydasında olduğunu demişdirlər. Sonraki proses səs desibelinin ölçülməsi olmuşdur. Desibeli ölçən zaman şikayətçi aparatın sertifikatının göstərilməyini istəmiş və bu zaman ona “get baş idarədən istə. Biz sənə sertifikat göstərmirik” demişlər və zorla “sən maşında ancaq otur qaz pedalını biz deyəndə bas” demişlər. O, avtomobilin yan güzgüsündən baxarkən yoxlanışın düzgün aparılmadığını görmuşdür. Belə ki, aparat xüsusi ştativin üzərində yox əməkdaşın əlində hərəkət etdirilirdi və aparatın arxa hissəsini öz bədəninə yaxınlaşdırıb uzaqlaşdırırdı. Və polis əməkdaşlarının dediyinə görə guya norma 80 db olduğu halda onun avtomobildə səs 81 db aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə etdiyini və Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, onun idarə etdiyi avtomobilin üzərində istehsalçı tərəfindən nəzərdə tutulmayan səsboğucunun quraşdırılmasından (olmasından) xəbərdar deyildir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X3 Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi, yol-patrul xidməti inspektoru, polis serjantı X13 qərarı müdafiə edərək bildirmişdir ki, X7 idarə etdiyi avtomobilə baxış keçirilərkən həmin avtomobildə mühərrikin səs gücünün artirılması üçün həmin avtomobilin səsboğucusuna müdaxilə olunması aşkar edilmişdir. Bu halın aydınlaşdırılması məqsədi ilə ixtisaslaşdırılmış müəssisəyə müraciət edilmiş və onların təqdim etdiyi akta əsasən sözügedən avtomaşına zavod tərəfindən nəzərdə tutulmuş avadanlıq dəyişdirilmiş və mühərrikin səs gücünün artırılması məqsədi ilə “kustar” üsulla hazırlanmış avadanlığın quraşdırılması faktı öz təsdiqini tapmışdır.Digər tərəfdən texniki müayinədən keçirilərkən müəyyən edilmişdir ki, səs desibili 81 DB olmaqla normadan artıqdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 xx.xx.2023-cü il tarixdə saat 20:55-də Bakı şəhəri Yasamal rayonu ərazisində “İnfiniti G35” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü və 342.5-ci maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli texniki baxış aktından görünür ki, xx.xx.2022-ci tarixində 77LE787 dövlət qeydiyyat nişanlı “İnfiniti G35 Minik” markalı avtomobilə Yasamal YPX-nın əməkdaşlarının iştrakı ilə baxış keçirilmiş, avtomaşında zəhərli qazların xaric etmə sistemində səs gücünü artırmaq məqsədilə arxa qazanlara üst nahiyyədən kəsilərək müdaxilə olunduğu müəyyən olunmuşdur, mühərrikin səsboğucusunun səs-küyü (DB) 81 db olmaqla nasaz olmuşdur. Avtomobilin səs boğucu sisteminə edilən konstruksiya dəyişikliyi avtomobilin mühərrikinin səsinin səbəb olur. AZS ECE 51-2012 standartının 6.2.2.1 bəndindən səs səviyyəsinin hədlərini müəyyən edən çıxarışdan görünür ki, sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş, sürücünün oturacağı daxil olmaqla oturacaqlarının sayı 9-dan çox olmayan nəqliyyat vasitələri üzrə səs səviyyəsinin maksimal həddi 74 db müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və yadəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4670/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4670/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver