Məhkəmə qərarları › İş №3(004)-4678/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4678/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4678/2023 29.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi Rabi-zadə İnarə Yusif qızının iştirakları ilə, Şikayətçi Rabi-zadə İnarə Yusif qızının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin inzibati xəta haqqında 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Rabi-zadə İnarə Yusif qızı vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan şikayət vermiş, həmçinin məhkəməyə şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini və 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətin icraata götürülməsini xahiş etmişdir. Məhkəmədə çıxış edən şikayətçi Rabi-zadə İnarə Yusif qızı vəsatəti müdafiə edərək izahatında göstərdi ki, 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın surətini 2020-ci ildə xatırlamadığı tarixdə alaraq müdiriyyətinə vermişdir. Bundan sonra o düşünmüşdür ki, qərarda göstərilən məsələ öz həllini tapmışdır. Lakin 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilmişdir. Gətirilməsinin səbəbi Yasamal rayon icra şöbəsi tərəfindən barəsində icra işi ilə əlaqədar axtarış verilməsi olmuşdur. Yasamal rayon icra şöbəsində olan zaman ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 03 iyun 2020-ci il tarixli inzibati qərar əsasında 1500 manat məbləğində cərimə olunmuşdur və həmin cərimə ödənilməmişdir. Bu səbəbdən həmin qərardan şikayət verərək, şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Yekun olaraq o ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus QT 8803/20 saylı idxal icazə sənədi ilə ölkəyə daxil etdiyi “Tilush Glucosamine” adlı qida əlavəsinin 4800 ədədindən 464 ədədini sertifikatsız satışını həyata keçirilmişdir. Nəticədə Rabi-zadə İnarə Yusif qızı tərəfindən Azərbaycan Respublikası İnzbati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə izahatı dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Belə ki, İXM-in 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzrlü səbəblərlə əlaqədar deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* görünür ki, Rabi-zadə İnarə Yusif qızının qərardan xəbəri olmuş, lakin uzun müddət keçməsinə baxmayaq bununla bağlı məhkəməyə müraciət etməmişdir. Müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edilir. Belə ki, İXM-in 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi Rabi-zadə İnarə Yusif qızının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar