Məhkəmə qərarları › İş №3(004)-468/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-468/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-468/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 nümayəndəsi (əri) X6 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİnin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXP-3724286 saylı protokol əsasında tətib edilmiş TP4137826 saylı, xx.xx.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edib, icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş X5 barəsində İXP-3724286 saylı, xx.xx.2021-ci il tarixli protokol üzrə qəbul edilmiş TB-4137826 saylı, xx.xx.2021-ci il tarixli inzibati qərar əsasında 200 manat cərimə tənbehi tətbiq edilmişdir. İXM-nin 211.1-ci maddəsi üzrə tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, sözü gedən maddə vətəndaşın adının xüsusi karantin günlərində portalda olmamasına əsaslanmışdır. Halbuki, vətəndaş X2 M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsində işləyir, protokol tərtib edilən vaxt vətəndaşın adının portalda olmaması səbəbi xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək COVİD-19 diaqnozu ilə Binəqədi rayonu 9 saylı şəhər poliklinikası tərəfindən verilmiş 937533 saylı əmək qabiliyyətinin olmaması vərəqəsində olmuş və bu səbəbdən portala düşməmişdir. Göstərilənlərə əsasən, tərtib edilmiş protokol və onun əsasında verilmiş qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi (əri) X8 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X5 xx.xx.2021-ci il tarixdə saat 15:05-də Zərdabi prospektində epidemiya, sanitar, gigiyena və karantin rejimini pozaraq dənizdə çimdiyinə görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2021ci il tarixli arayışdan, “əmək qabiliyyətinin olmaması vərəqəsindən” və iş cədvəlindən görünür ki, X5 həqiqətən akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2019-cu il tarixindən 1-ci cərrahiyyə şöbəsində təsdiqlənmiş iş qrafiki əsasında tibb bacısı vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən karantin rejimi ilə əlaqədar xəstəxana işçiləri icazə.e-gov.az portalına daxil edilmişdir. D.S.Muradova xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək “COVİD-19” diaqnozu ilə Binəqədi rayonu 9 saylı şəhər poliklinikası tərəfindən verilmiş 937533 saylı əmək qabiliyyətinin olmaması vərəqəsində olub və bu səbəbdən portala düşməmişdir. D.S.Muradova xx.xx.2021-ci il tarixdə növbədən sonra işdən evə gedərkən Dövlət Yol Polisi tərəfindən X12 Protokol tərtib edilmişdir. Xəstəlik vərəqəsindən sonra texniki səbəblər üzündən D.Muradova portalda qeydiyyata düşməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X5 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş sübutlar təsdiq edir ki, X5 tibb bacısı olmaqla, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X10 işləyir və xx.xx.2021-ci il tarixdə icazə.e-gov.az portalına isə üzrlü səbəbdən daxil edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər DYPİnin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar