Məhkəmə qərarları › İş №3(004)-468/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-468/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-468/2025 05.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu X2 barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 9 iyul 2023-cü il tarixli EQ 15599053 saylı qərarından verdiyi şikayətə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 2 iyul 2024-cü il tarixli EQ 22107454 saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xəta haqqında protokola əsasən X2 tərəfindən “Hyudai Sonata” minik markalı, **-TM-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən 339.1-1 nəqliyyat vasitəsini “yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə, nəqliyyat vasitəsni idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə AR İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 inzibati xəta törətdiyi ünvan Bakı şəhəri, Mərdəkan prospekti 118 (GPS: 40.4703,50.1166) ərazisidir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 2 iyul 2024-cü il tarixli EQ 22107454 saylı qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar