Məhkəmə qərarları › İş №3(004)-4681/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4681/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4681/2023 29.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7 X1 və onun vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 52 saylı tam orta məktəbin təsərrüfat üzrə direktor müavini X9 02 mart 2023-cü il tarixdə saat 10:30-da əmək funskiyasının yerinə yetirərkən nərdivandan yıxılaraq, burun nahiyyəsindən xəsarət almışdır. Ona məktəbin tibb işçiləri tərəfindən ilkin yardım göstərilmiş, sonra isə Təcili Yardım maşını çağırıb, xəstəxanaya göndərilmişdir. Məktəbdə baş vermiş bədbəxt hadisə ilə əlaqədar Bakı şəhər Təhsil İdarəsinə 02 mart 2023-cü il tarixdə saat 10:45-də yazılı məlumat verilmişdir. Dərhal hadisə yerinə baxış keçirilmiş akt tərtib edilmiş, eyni zamanda istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 1 №-li akt tərtib edilmiş zərərçəkəndən və hadisəni görən şəxslərdən izahatlar alınmışdır. İstehsalatda (məktəbdə) baş vermiş bədbəxt hadisə haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixdə aktları, izahatların surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə məktub yazılaraq sənədlərlə birlikdə təqdim edilmişdir. X13 Xidmətindən həmin sənədlərin qəbulu barədə sənədlərə imza edilməmiş, əlavə məlumat və sənədlər tərtib ediləcəyi bildirilmişdir. Məktəbin səlahiyyətli nümayəndələri 29 gündən sonra yenidən Əmək Müfəttişliyində olmuş, bədbəxt hadisə barədə Bakı şəhəri 52 saylı məktəb tərəfindən verilmiş məlumatın qeydiyyata alınıb alınmaması soruşulmuşdur. Əmək müfəttişliyindən verilmiş sənədlərin itdiyi və yenidən bildiriş və əlavə sənədlərin verilməsi tələb olunmuşdur. Onlar təzədən ikinci dəfə Əmək Müfəttişliyinə bədbəxt hadisə barədə məlumat və digər tərtib olunmuş aktların surətini təqdim etmişlər. Bu halın sübut edilməsi üçün qəbul şöbəsində sənədi verən işçiləri şəkilidə çəkilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məktubla 210 adda sənəd göndərilmişdir. xx.xx.2023-cü il tarixdə heç bir qanuni əsas olmadan Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən MN №1291011 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərarın verilməsinə səbəb bədbəxt hadisə barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsini əsas götürülmüşdür. Bu barədə həm Təhsil İdarəsinə, həm də Əmək Müfəttişliyi Xidmətinə xəbər verilmişdir. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati təhbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhər 3 saylı Vəkil Bürosunun vəkili Vəkil X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, bildirdi ki, 02 mart 2023-cü il tarixdə Bakı şəhəri 52 saylı tam orta məktəbdə baş vermiş bədbəxt hadisə barədə həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməmişdir. Əgər həmin idarəyə bu barədə məlumat verilsə idi, bunun təsdiq edən sənəd olardı. O hesab edir ki, X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin və Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Bu səbəbdən 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərar tam qanuni və əsaslıdır. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbdə müəllim işləyir. Həmin məktəbin təsərrüfat üzrə direktor müavini X9 02 mart 2023-cü il tarixdə saat 10:30-da əmək funskiyasının yerinə yetirərkən nərdivandan yıxılaraq, burun nahiyyəsindən xəsarət almışdır. Bu zaman məktəbin direktoru X8 ona həmin hadisə barədə yazılı məlumatı verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etməsini tapşırmışdır. Bundan qısa müddət sonra yəni, həmin gün o Q.Nəsibov tərəfindən ona verilmiş məktubu həmin idarənin birinci mərtəbəsində xidmət edən əməkdaşa təqdim etmiş, həmin əməkdaş isə məktubu qəbul etmişdir. Bu zaman o həmin əməkdaşdan məktubun diqər sürətində imza etməsini xahiş etmiş, lakin əməkdaş bunu etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin təsərrüfat üzrə direktor müavini vəzifəsində işləyir. 02 mart 2023-cü il tarixdə saat 10:30-da əmək funskiyasının yerinə yetirərkən nərdivandan yıxılaraq, burun nahiyyəsindən xəsarət almışdır. Bu zaman məktəbin direktoru X8 müəllim işləyən Şahid həmin hadisə barədə yazılı məlumatı verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etməsini tapşırmışdır. Bundan qısa müddət sonra yəni, həmin gün D.Məlikli Q.Nəsibov tərəfindən ona verilmiş məktubu həmin idarənin birinci mərtəbəsində xidmət edən əməkdaşa təqdim etmiş, həmin əməkdaş isə məktubu qəbul etmişdir. Bu zaman D.Məlikli həmin əməkdaşdan məktubun diqər sürətində imza etməsini xahiş etmiş, lakin əməkdaş bunu etməkdən imtina etmişdir. Bundan bir necə gün sonra yəni, 13 mart 2023-cü il tarixdə Qabil Nəsibov ona bir daha eyni məzmunlu məktubu və ona əlavə edilmiş sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə verməsini tapşırmişdir. O isə həmin gün ona verilən tapşırığı yerinə yetirərək, Q.Nəsibov tərəfindən ona verilən məktubu həmin idarəyə vermiş və idarənin əməkdaşı bu barədə göndərilən sənədlərin qeydə alınması kitabına imza etməklə məktubu qəbul etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 tərəfindən M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin işçisi X5 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin gizlədilməsi və aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumatdan, 02 mart 2023-cü il tarixli hadisə yerinə baxış aktından, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 nömrəli aktdan və iz formasından görünür ki, M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini X5 02 mart 2023-cü il tarixdə saat 10:30 radələrində əmək funksiyasını yerinə yetirərkən nərdivandan yıxılaraq burun nahiyəsindən xəsarət almışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin göndərilən sənədlərin qeydə alınması kitabından görünür ki, xx.xx.2023-cü il tarixdə 504 nömrəli və xx.xx.2023-cü il tarixdə 505 nömrəli məktubla Əmək müfəttişliyinə D.Məlikov haqqında məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli məktubun qəbulu haqqında heç bir qeyd aparılmasada 07 mart 2023-cü il tarixli məktub xx.xx.2023-cü il tarixdə imzalanmaqla qəbul edilmişdir. X11 Xidmətinin İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan 07 mart 2023-cü il tarixli məlumatından görünür ki, 4 saylı X20 stansiyasının böyük həkimi 52 saylı məktəbin təsərrüfat işləri üzrə müavini X5 02 mart 2023-cü il tarixdə məktəbdə olarkən işıq lampasını bağlayarkən ayağı sürüşərək yıxılması barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X11 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X11 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X11 Xidməti həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə-min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatına əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, X8 işçisi X5 xəsarət alması barədə 02 mart 2023-cü il tarixdə yəni hadisə baş verəndən dərhal sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətininə məlumat verməsini bildirsədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin göndərilən sənədlərin qeydə alınması kitabından görünür ki, məlumat xx.xx.2023-cü il tarixdə verilmişdir. Belə olduğu təqdirdə X8 Azərbaycan Respublikası Əmək Məcəllənin 217.1-ci maddəsinin tələblərini pozaraq işçisi X5 istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı xəsarət barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinə dərhal həmin hadisə baş verən gün məlumat verməmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar