Məhkəmə qərarları › İş №3(004)-4683/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4683/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4683/2023 07.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Müdafiəçi: Vəkil, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat təxminən 12:30 radələrində Yasamal rayonu, İnşaatçılar prospektində “Olimp” hospitalın qarşısında həyat yoldaşını iş yerinə düşürdərkən, polis əməkdaşları avtomobili orada saxlamamağı tələb etmişlər. Bir neçə dəfə xəbərdarlıq etdikdən sonra o avtomobildən düşüb polis əməkdaşlarına irad bildirmişdir. Polis əməkdaşı isə yenidən avtomobili ordan çəkməyini tələb etmiş, o, tabesizlik göstərmişdir. Polis əməkdaşı ondan dəfələrlə avtomobilini orada saxlamamağı tələb etmiş, o, isə polislərin qanuni tələblərinə tabe olmamış, polislərlə mübahisə etmişdir. Buna görə də, polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nə gətirmişlər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 07 sentyabr 2023-cü il tarixdə saat təxminən 12:30 radələrində Yasamal rayonu, İnşaatçılar prospektində “Olimp” hospitalın qarşısında həyat yoldaşını iş yerinə düşürdərkən polis əməkdaşları onun avtomobilini orada saxlamamağı tələb etmişlər. O, polis əməkdaşından niyə bir neçə dəfə xəbərdarlıq etməyinin səbəbini soruşmuş, polis əməkdaşı ilə arasında anlaşılmazlıq olmuşdur. Əməlindən peşmandır. Törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə inspektoru Fərid Abbasovun məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat təxminən 12:30 radələrində Yasamal rayonu, İnşaatçılar prospektində “Olimp” hospitalın qarşısında həyat yoldaşını iş yerinə düşürdərkən, polis əməkdaşları avtomobili orada saxlamamağı tələb etmişlər. Bir neçə dəfə xəbərdarlıq etdikdən sonra o avtomobildən düşüb polis əməkdaşlarına irad bildirmişdir. Polis əməkdaşı isə yenidən avtomobili ordan çəkməyini tələb etmiş, o, tabesizlik göstərmişdir. Polis əməkdaşı ondan dəfələrlə avtomobilini orada saxlamamağı tələb etmiş, o, isə polislərin qanuni tələblərinə tabe olmamış, polislərlə mübahisə etmişdir. Buna görə də, polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nə gətirmişlər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar