Məhkəmə qərarları › İş №3(004)-469/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-469/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-469/2021 02.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola xitam verilməsi barədə müraciətinə baxaraq, m ü ə y y ə n e t d i m: X2 məhkəməyə müraciət edərək, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə müraciəti araşdıraraq hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət imzalanmamışdır. Eyni zamanda, X2 şikayətində barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş etmişdir. Halbuki, qanunvericiliyə əsasən, səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, X1 Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola xitam verilməsi barədə şikayəti imzalanmadığından, eyni zamanda Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsində nəzərdə tutulmuş tələblər pozulduğundan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: X1 Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola xitam verilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar